Cümə axşamı günü, 05 noyabr 2026
     

Səbr tükəndi - Kreml İrəvanın üstünə yeriyir...

Image


Son günlərdə Ermənistanda əsas müzakirə, eyni zamanda da ciddi narahatlıq predmetinə çevrilən məsələlərədən biri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumunun yekun nəticələrinə dair mətbuat konfransında verdiyi açıqlamalardır. 

Çünki bu açıqlamalar artıq Rusiyanın Ermənistana qarşı münasibətlərini sərtləşdirməyə başladığını göstərir. 

Lavrovun dedikləri həqiqətən də Ermənistana qarşı Kremlin daha sərt ritorikaya start verdiyini göstərir. Məsələn. Lavrov bildirir ki, Ermənistan hakimiyyəti qonşuları və dostları ilə deyil, onların düşmənləri ilə münasibətlər qurmaq istəyir. Nazir qeyd edib ki, Ermənistan rəhbərliyi nədənsə belə hesab edir ki, öz taleyini tarixən onlarla həmrəy olan ən yaxın qonşular və xalqlarla əməkdaşlıqla deyil, onların dostlarına qarşı mövqedə olanlarla birlikdə qurmalıdır: "Əgər belədirsə, Ermənistan hakimiyyəti regionda olan bütün formatlar barədə qərar qəbul etməlidir. Biz Ermənistana qadağa qoya bilmərik. Amma qərarı xalq verməlidir. Bundan sonra isə Ermənistan hakimiyyəti yeni siyasət kursunu elan edə bilər. Belə bir şey bizi Ermənistanla münasibətlərə yenidən baxmağa məcbur edir. Onlar regionda olan digər əməkdaşlıq formatlarına da münasibət bildirməlidirlər". Lavrov ölkəsinin Ermənistanla münasibətlərinə yenidən baxa biləcəyini bəyan edib. Onun sözlərinə görə, Rusiya İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı ilə bağlı yekun qərarını gözləyir. Nazir qeyd edib ki, Ermənistanın KTMT-dəki statusu ilə bağlı qərar verməsinin vədəsi yetişib. Lavrovun sözlərinə görə, KTMT-nin Ermənistanı Qarabağ münaqişəsinin həllində tək qoyması ilə bağlı bəyanatlar həqiqətə uyğun deyil: "Təəssüflər olsun ki, İrəvan Rusiya ilə münasibətləri pisləşdirmək siyasəti yürütmək qərarına gəlib. Bu, müttəfiqlik münasibətləri çərçivəsinə sığmır. Ermənistan Rusiya ilə əlaqələri kəsmək üçün İrəvana təkid edən regiondan kənardakı ölkələrə arxalanmaq qərarına gəlib". Lavrov xatırladıb ki, rəsmi İrəvan KTMT müşahidə missiyasının Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilməsindən imtina edib: "KTMT-nin İrəvanda keçirilən tədbirində gecə yarıyadək təşkilatın missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi üçün mandatının formalaşması barədə sənəd üzərində iş aparılıb. Sənəd faktiki olaraq təşkilata daxil olan ölkələrin xarici işlər və müdafiə nazirlərinin birgə sənədi idi. Lakin buna baxmayaraq, səhəri gün Nikol Paşinyan bundan imtina etdi". Nazir qeyd edib ki, Paşinyan imtinaya səbəb kimi KTMT-nin Azərbaycanı ittiham etməməsini gətirib: "Amma bunun ardınca, çox qısa müddətdə Avropa İttifaqının sərhəddə missiyasına Ermənistan icazə verdi. Aİ də Azərbaycanı ittiham etməmişdi, amma ona etiraz etmədilər. Bundan başqa, Rusiya sərhədçilərinin İrəvan aeroportundan çıxarılması tələbinin olduğunu təsdiq edə bilmərəm, amma bu, baş nazir Nikol Paşinyanın, spiker Alen Simonyanın danışdıqlarının məntiqinə uyğundur. Onlar deyir ki, Ermənistanla Rusiya arasında 1991-ci ildən bəri baş verənlər hamısı səhv olub". Erməni politoloq Armen Baqdasaryan bunlar fonunda bildirir ki, proseslər sürətləndikcə ritorika da sərtləşir və Lavrov artıq bu dəfə konkret hərəkətlərdən danışır. O bildirib ki, hələlik Rusiyanın Ermənistana qarşı konkret hansı addımlar atacağı bəlli deyil: "Çünki Rusiyanın Ermənistana bir neçə istiqamətdə təsir rıçaqları var. Məsələn, iqtisadi təsir rıçaqları, Rusiyada çoxlu sayda Ermənistan vətəndaşının olması, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması və sair. Təbii ki, bunların hamısı bizim üçün çox ağrılı məqamlardır və Rusiya Ermənistanın kəskin addımlarına cavab olaraq həmin ağrılı məqamların hər hansı birinə təsir göstərməyə çalışacaq. Ümid edək ki, bu, Ermənistanla Azərbaycan arasında birbaşa təcavüz olmayacaq. Demək çətindir, görəcəyik. Hər halda belə güman edilirdi ki, Ermənistan sərtləşdikcə, Qərbə doğru kəskin şəkildə getdikcə Rusiya da öz təsir rıçaqlarından istifadə etməyə çalışacaq". O qeyd edib ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyini də təşkil edə bilər. Politoloq xatırladıb ki, Nikol Paşinyanın Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyinə cəhd etdiyini deməsi təsadüfi deyildi. 

Baş verənlərə erməni müğənni Lilit Bleyanın münasibəti də çox maraqlı olub. Onun fikrincə, Rusiyanın Ermənistanla münasibətinin pozulmasını istəyirlər. O, Ermənistanın gələcəyini Ukraynanın Baxmut şəhərinin hazırkı vəziyyətinə bənzədib: "Rusiya yaxşı müttəfiqdir? Yəqin ki, yox, amma çox "yaxşı" düşmən olacaq. Baxmut sakinləri də evlərinin, məktəblərinin, tikililərinin və s. dağılıb məhv olacağına inanmırdılar, son ana qədər hakimiyyəti alqışlayırdılar. Bu gün biz Rusiyanı özümüzə düşmən edərək ölkənin gələcəyini risqə atırıq. Eyni taleyi yaşamağımız istisna deyil". Rusiyanın hədələrinə baxmayaraq, Ermənistanda ruslara qarşı qəzəb artır. Hətta bu günlərdə İrəvanın "Zvartnots" hava limanı yaxınlığında aeroportda xidmət edən Rusiya sərhədçilərinin oradan çıxarılması tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları müraciətlərində qeyd ediblər: 

"Ermənistan Respublikasının vətəndaşı olan ləyaqətli erməni üçün əcnəbinin öz ölkəsinin, evinin qapısını mühafizə etməsi, ölkəyə kimin buraxılıb-buraxılmayacağına əcnəbinin qərar verməsi qəbuledilməzdir. Gəlin birlikdə Rusiya işğalçısını Ermənistandan qovmaq və suveren dövlət yaratmaq iradəmizi ifadə edək". Aksiyada "Rusiya düşməndir", "Rusiya alçaqdır"", "Rusiya, Ermənistandan rədd ol" şüarları səsləndirilib. Ermənistan parlamentinin deputatı, KTMT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan isə qeyd edir ki, bu gedişlə Ermənistan rəhbərliyi bundan sonra ölkənin KTMT-dən  çıxmasını hüquqi cəhətdən rəsmiləşdirmək üçün addımlar ata bilər: "Qarşılıqlı öhdəliklərlə bağlı KTMT-dən və ondan gözlənən yardımdan yanlış gözləntilər formalaşıb. Lakin bu halda da tərəflər Ermənistanın KTMT-ni tərk etməsinə gətirib çıxara biləcək addımlar atmamalıdır. Hesab edirəm ki, Ermənistan rəhbərliyi, addımlarının davamı olaraq, nəinki açıq şəkildə bəyan edildiyi kimi təşkilatdan çıxa, ümumiyyətlə Rusiya ilə münasibətləri xeyli pisləşdirə bilər". Eyni zamanda, Abramyan vurğulayıb ki, İrəvanın Aİ və ya ayrı-ayrılıqda hər hansı bir Avropa ölkəsi ilə münasibətlərinin mümkün dərinləşməsi heç bir halda Moskva ilə münasibətlərə xələl gətirə biləcək şəkildə baş verməməlidir. Onun sözlərinə görə, Ermənistan və Rusiyanın iştirakı ilə KTMT, MDB və Aİİ kimi çoxtərəfli formatlar dondurulmamalı və dayandırılmamalıdır, əksinə, onların çərçivəsində qarşılıqlı əlaqəni daha çevik və verimli etmək üçün transformasiya oluna bilər. Xatırladaq ki, daha öncə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-də iştirakının dondurulduğunu açıqlayıb. Ermənistan parlamentində müxalifətçi deputat Armen Rüstəmyan isə bildirir ki, ölkə indi Rusiya-Ukrayna müharibəsinin səhnəsinə çevrilir: "Ən pis proqnozlarımız özünü doğrultdu, məlum oldu ki, Paşinyanın xarici siyasəti Rusiya-Qərb qlobal müharibəsini Ermənistana gətirir. Qərb anti-Rusiya cəbhəsini genişləndirməyə çalışır, indi də bizimlə genişlənir və bu, Ermənistan üçün dağıdıcı olacaq".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ