Cümə axşamı günü, 05 noyabr 2026
     

Qarabağa və Şərqi Zəngəzura qayıdış sürətlənir...

Image


"Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb".

Bu fikirlər Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Xocalı şəhərində Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə səsləndirilib. Artıq keçmiş məcburi köçkünlərin işğaldan azad edilən ərazilərə qayıdışı daha sürətli xarakter daşımağa başlayır. 

Viran edilmiş ərazilər yenidən dirçəldilir 

İşğaldan azad edilən ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işləri, təməli qoyulan yaşayış mənəqələri, istehsal və digər iqtisadi obyektlər Qarabağın və Şərqi Zəngəzurun məskunlaşma prosesinə də təsirsiz ötüşmür. Qeyd edək ki, Ermənistanın işğalçılıq fəaliyyəti dövründə zəbt olunan ərazilərdə mühüm mülki infrastruktur məhv olunub. Amma İkinci Qarabağ savaşından sonra erməni vəhşiliyinin törətdiyi dağıntıların nəticələrinin aradan qaldırılması lazımdır. Bu istiqamətdə intensiv işlər görülür. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri hələ Vətən müharibəsinin davam etdiyi günlərdən başlanmışdı. Düşməndən azad edilən Suqovuşana və Talışa gedən yolun çəkilişinə start veriləndə hələ hərbi əməliyyatlar davam edirdi. Torpaqlarımızın geri alınmasından sonra dərhal müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə başlanıldı.İndi isə Qarabağ və Şərqi Zəngəzurda ən müasir tələblər səviyyəsində yeni yaşayış sahələri inşa olunur. Dəmir və quru yol infrastrukturu yenidən qurulur. Qısa zaman kəsiyində Fizuli və Zəngilan rayonlarında beynəlxalq aeroportlar istifadəyə verilib. Laçın şəhərində isə daha bir hava limanının tikintisi davam edir. Onu da qeyd edək ki, görülən işlər sayəsində Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda, yəni  2026-cı ilin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Amma bu sayın daha da artması istisna olunmur. Eyni zamanda burada insanların məşğuliyyətini təmin etmək üçün yeni iş yerlərinin yaradılması diqqət mərkəzindədir. Azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq və bərpa işlərinin geniş miqyas alması həmin bölgədə məşğulluq imkanlarını da artırıb. Bu yerlərdə fəaliyyət göstərən şirkətlər müxtəlif peşə ixtisasları üzrə işçi qüvvəsinə olan tələbatını ödəmək üçün məşğulluq xidməti orqanları ilə əməkdaşlığı da gücləndirib. Ən mühüm məqamlardan biri odur ki, azad olunmuş ərazilərdə işə qəbul zamanı məcburi köçkün statusu olan şəxslərə üstünlük verilir. Bu şərt hətta özəl və ya dövlət müəssisəsi olmasından asılı olmayaraq, həmin ərazilərdə fəaliyyət göstərən işəgötürən təşkilatlar qarşısında tələb kimi qoyulub. Həmçinin azad olunan ərazilərdə çalışanlara çoxsaykı güzəştlər də edilir. Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən, işğaldan azad olunan ərazilərdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və güzəştlərin tətbiqinə başlanılıb. Ötən ilin sentyabrın 1-dən tətbiq olunan qaydalara əsasən Qarabağ və Şərqi Zəngəzurda çalışan işçilərə aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı, 600 manat birdəfəlik müavinət də ödənilir. Sözügedən müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan, əmək müqaviləsi əsasında işləyən işçilər ala biləcəklər. Həmin müavinətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təyin edilir. Nazirlik qeyd edir ki, sosial dəstək xarakterli birdəfəlik müavinətin təyin olunması üçün şəxs 600 manat məbləğində vəsaiti almaq hüququ yarandıqda sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, "DOST" mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri"nə müraciət etməlidir. Əmək müqaviləsi əsasında işə başlayan şəxs birdəfəlik müavinəti almaq üçün şəxsiyyət vəsiqəsi ilə adları sadalanan qurumlardan birinə bu barədə məlumat verməlidir. Bundan sonra həmin müavinət proaktiv qaydada təyin edilir. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə əmək müqaviləsi əsasında işə götürülmüş şəxslərə hər il 5 gün əlavə məzuniyyət verilir. Atılan bu və digər stimullaşdırırcı addımlar məşğulluq məsələsinin həlinə mühüm töhfə verir.

Minalar hələ də problemdir 

Ermənistanın ölkəmizə qarşı müharibəsinin vəhşiliyi onunla səciyyələnir ki, qarşı tərəf etnik təmizləmə əməliyyatları həyata keçirdi, terror, talan aktları törətdi, mülki əhalini də hədəfə aldı. Getdikcə etnik çalarlara bürünərək zorakılıq birlikdə dinc yaşayışa da inamı məhv etdi. Etnik zəmində törədilən zorakılığı bir çox insanlar hiss etdilər.

Bundan başqa, ermənilər  əraziləri minalayıb. Birinci və İkinci Qarabağ müharibələridən qalma minlərlə partlamamış mərmi var və ərazinin təmizlənməsi bir neçə il çəkəcək . Müharibədən sonra da artıq uüzlərlə ölüm var - həm hərbçilər, həm də mülki şəxslər. Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır, müxtəlif bəhanələrlə dəqiqləşdirilmiş mina xəritələrini verməkdən imtina edir. Ümumilikdə 2020-ci ilin noyabr ayından indiyədək 346 azərbaycanlı mina qurbanı olub. Bu gün Azərbaycan dövləti öz gücünə Qarabağ və Şərqi Zəngəzurda Ermənistandan miras qalan 1.5 milyondan çox mina və partlamamış hərbi sursatdan ərazinin təmizlənməsi, genişmiqyaslı quruculuq və bərpa işləri ilə məşğuldur. Azərbaycanın azad olunan yerlərində xarabalıqlarının bərpasına bundan sonra da milyardlarla dollar xərclənəcək. Məktəbləri, xəstəxanaları yenidən tikmək, yolları uzatmaq, istehsalı bərpa etmək lazımdır. Ölkə büdcəsi bu tikintiləri nəzərə alınmaqla tərtib edilir. Nəticədə insanların qayıdışı təmin olunur. Bütün bu illər ərzində məcburi köçkünlər müxtəlif şəraitdə yaşayırdılar. Onların bəziləri üçün dövlət tərəfindən evlər və bütöv kəndlər tikilib, digərləri hələ də 1990-cı illərdə köçdükləri və bir neçə ailə üçün bir vanna otağı paylaşmalı olduqları məktəb binalarında və uşaq bağçalarında yaşamağa davam edirlər. Amma buna da tezliklə son qoyulacaq. Xatırladaq ki, 2007-ci ildə Azərbaycan məcburi köçkünlərin məskunlaşdığı sonuncu çadır şəhərciyindən qurtulub. İndi də azad olunan ərazilərdə infrastrukturun bərpası, mənzil və məşğulluq imkanlarının açılması üçün çox böyük işlər görülür. Bu da qayıdış prosesin iintensivləşdirir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ