Cümə axşamı günü, 05 noyabr 2026
     

Almanlar bir yanda sülh vasitəçiliyi edir, o yanda Azərbaycanı ləkələyir - böhtançı film hardan çıxdı?...

Image


Bir çox ekspertlərin dediyi kimi, deyəsən Almaniya dövlətinin siyasətində qarışıqlıq, ziddiyyətlər var. Çünki Almaniya Kansleri Olaf Şolts bir söz deyir, amma ölkəsindəki bəzi siyasətçilər və deputatlar onun dediklərinin ziddini ortaya qoyur. 

Almaniya Kanslerinin Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında vasitəçi kimi çıxış etməyə cəhd göstərdiyi bir vaxtda birdən-birə bu ölkədə Azərbaycan əleyhinə çəkilən üzdəniraq bir film ortaya çıxır.  Söhbət Almaniyada çəkilən, guya Azərbaycanın Avropa təşkilatlarında "rüşvətlə" lobbi qrupları saxladığı ilə bağlı qərəzli, böhtan xarakterli bir filmdən gedir. O filmin premyerasında aktiv rol oynayanlardan biri Frank Şvabedir. Bu o Şvabedir ki, qatı Azərbaycan düşmənidir və fevralın 17-də AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılmasında onun çox aktiv rolu olub. AŞPA Azərbaycan nümayəndə heyətinin mandatının qəbul edilməməsi ilə bağlı qərarı məhz bu  Şvabenin təqdimatı ilə qəbul edib. Son iki ayda AŞPA-da erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı sanksiya tətbiq edilməsi haqda qətnamə qəbul etdilər, bundan başqa, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması haqda qətnamənin qəbul edilməsi də baş verdi... Bütün bunlardan sonra belə  görsənir ki, o bədnam kinonun çəkilməsində də aktiv rollardan birini məhz Frank Şvabe oynayıb. Şvabe kimiləri başdan-ayağa korrupsiyaya batmalarına və erməni lobbisinin muzdlu nökərləri olmalarına baxmayaraq, başqalarında nöqsan axtarırlar. Məlumdur ki, erməni lobbisinin pulu ilə hərəkət edən bu deputatlar Avroparlamentdə antiazərbaycan mövqeyindən çıxış edirlər. Avroparlamentin illərdir rüşvət və korrupsiya yuvasına çevrildiyi gizlin deyil. Neçə-neçə Qərb deputatının adı maliyə, rüşvət qalmaqalında hallandırılıb. Bunlar isə öz ayıblarına kor olmaq əvəzinə Azərbaycanı qaralamaqla məşğuldurlar.  

Özləri AŞPA-da rüşvətlə idarə olunan deputatların Azərbaycana qarşı qərəzli qərarlar qəbul etməklə məşğul olduqlarını görmürlər, amma əsassız olaraq iddia edirlər ki, guya Azərbaycan "lobbi qrupları" saxlayır. Onlar Azərbaycanı yersiz olaraq ittiham etməkdənsə, güzgünü əllərinə alıb özlərinə baxsınlar, onda görərlər gözlərinin içinə qədər korrupsiyaya, rüşvətə bələniblər. Məhz erməni milyarderlərdən aldıqları külli miqdarda rüşvət müqabilində öz mənəviyyatlarını satıb Azərbaycana qarşı qərəzli qərarlar, qətnamələr qəbul ediblər. Bu qərəzli qətnamələri qəbul edənlər erməni pulundan asılı olanlar olublar. Erməni lobbisinin maliyyəsi həmişə o deputatların həyatında əsas rol oynayıb, seçki kampaniyalarına erməni lobbisi lazımı qədər vəsait yatırıb, onlar da onun əvəzini çıxmaq üçün Azərbaycanla bağlı qaralama kampaniyası aparırlar. Deyilənə görə, bu üzdəniraq, qərəzli deputatlarla erməni lobbisi arasında vasitəçilik edən şəxs isə  erməniəsilli Kaspar Karapetyandır ki, yaşı 80-ni keçən bu şəxs Brüsseldə yaşayır, onun adı daim  çirkli pulların yuyulmasında, şübhəli maliyyə əməliyyatlarında və başqa neqativ işlərdə hallandırılır. Ermənilərin Qərb dünyasındakı "kassası" rolunu oynayan bu adamın adı Avropa Parlamenti tarixinin bəlkə də ən qalmaqallı korrupsiya faktlarında çəkilib. Bu adamın uzun illər amerikalı senatorlarla, qərbli parlamentarilərlə görüşlər keçirdiyi, bu görüşlərdən dərhal sonra vaxtilə işğal altında olan Azərbaycan torpaqlarına qeyri-qanuni səfərlər təşkil etdiyi barədə mətbauta məlumatlar var. Qeyd edək ki, Belçikada yaşayan Karen Karapetyan bütün Avropada brilyant biznesini əlində fırladır. Elə Şvabe kimi deputatlar da Karen Karapetyanın və başqa erməni biznesmenlərin pulu ilə Azərbaycana qarşı qərəzli qətnamələr çıxarırlar. Gizlin deyil ki, siyasi korrupsiya mexanizmlərinin böyüyünü elə  özləri yaradıblar. Amma Azərbaycanı onlar bunda ittiham edirlər.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, özü də indiki şəraitdə - Almaniyanın Ermənistan və Azərbaycan arasında vasitəçilik etməyə cəhd göstərdiyi bir zamanda Almaniyada belə bir addım atılır. Belə şəraitdə bu necə başa düşülə bilər ki Almaniyada Azərbaycana qarşı belə qərəzli və ikili standart çərçivəsində kino çəkilir? Özü də Almaniya Bundestaqı da bunu himayə edir, parlament də onu müzakirə edir və sair. Təbii, bu, Almaniyanın sülh təşəbbüsləri ilə qəti şəkildə bir araya sığmır.

Şvabe kimiləri özləri siyasi korrupsiyasının içində çabalayır, qurduqları rüşvət, korripsiya mexanizmi hər daim işləyir. Erməni lobbisinin idarə etdiyi korrupsiya mexanizmini Azərbaycana qarşı çevirmək istəyirlər. Məqsədləri də odur ki, yalanlarla Azərbaycanı ləkələsinlər, iddia edirlər guya Azərbaycanın orada lobbisi var, guya 2, 9 milyard da pul ayrılıb (?). Doğrudan da gülməli iddiadır. Necə deyərlər, bişmiş toyuğun gülməyi gəlir. Əgər Azərbaycan bu işə bu qədər vəsait ayrırsaydı və orada lobbisi olsaydı, Azərbaycana qarşı gündə bir qərəzli qətnamə necə qəbul edilərdi, Azərbaycan bunun qarşısını niyə ala bilmir? 

Əlbəttə, bunlar yalandan başqa bir şey deyil və Azərbaycan heç zaman belə bir addım atmayıb. Bu, erməni lobbisinə xas tərzdir ki, on illərdir Avroparlamentin deputatlarını və bəzi Avropa dövlətlərinin rəhbər şəxslərini, beynəlxalq qurumların təmsilçilərini pulla əllərində saxlayır və lazım gələndə Azərbaycana qarşı kin, nifrət saçırlar.

Bu gün Avropada yürüdülən ziddiyyətli, həftəbecər siyasətin nəticəsi çox dəhşətlidir. Onlar bir tərəfdən dövlətlərə əl uzadırlar, o biri tərəfdən də qarayaxma kampaniyası aparırlar. Azərbaycana qarşı olduğu kimi. Sülh danışıqlarında vasitəçi, moderator kimi iştirak etmək arzusu ilə Azərbaycanı ləkələyən  böhtançı film bir araya sığmır, cənablar! Hesab edirik ki, Almaniya hökuməti özü belə bir filmin geniş səviyyədə yayılmasının qarşısını alacaq. Çünki bu şər-böhtan kampaniyası heç Almaniyanın özünə xeyir gətirməz.    

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ