Cümə axşamı günü, 05 noyabr 2026
     

Qondarma "Arsaxın" nə "mədəni irsi" var ki - Alman hökuməti bu yalana da dəstək versə...

Image


2020-ci ildən bəridir ki, Almaniya, Fransa kimi bəzi Avropa ölkələrinin təşkilatları, dövlət qurumları Qarabağda olmayan "erməni mədəni irsinin" "qayğısına qalmaqla" məşğuldur. Bu "qayğıkeşlik" tendensiyası keçən ilin sentyabrından daha da şiddətlənib. 

Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında vasitəçi olmaqda maraqlı olan Almaniya hökuməti obyektivliyi unudaraq erməni yalanlarına dəstək verir. 

Almaniyanın bəzi dövlət qurumlarının ifrat ermənipərəstliyi diqqətdən yayınmır. Elə bu səbəbdən də Azərbaycan QHT-ləri Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondunun rəhbərlərinə açıq məktub ünvanlayıb.

Azərbaycanın vətəndaş cəmiyyətinin üzvləri Xarici Əlaqələr üzrə Alman Şurasının direktoru Quntram Volfa və Konrad Adenauer Fondunun sədri Norbert Lammertə müraciət edərək, onları rəhbərlik etdikləri qurumların bu il martın 6-da Berlində "Arsaxın mədəni irsi" adlı qərəzli və ermənipərəst təbliğat tədbirini ləğv etməyə çağırıblar: "Siz diplomatiya ilə sıx bağlı olan şəxslər kimi yaxşı bilirsiniz ki, Ermənistan və onun 30 ilə yaxın müddətdə mövcud olmuş oyuncaq separatçı rejimi Azərbaycan Respublikası ərazisini uzun müddət işğal altında saxlayaraq, Azərbaycan xalqının maddi və mədəni irsini məhv edib, şəhər və kəndləri Yer üzündən silib, qəbiristanlıqlara qədər hər şeyi dağıdıb. Ermənistan tərəfindən onlarla məscid uçurulub, bir çoxları mal-qara saxlanılması üçün istifadə olunaraq təhqir edilib". 

Məktubda qeyd edilib ki, Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondu bir dəfə də olsun bu işğala, etnik təmizləməyə qarşı ekspert müzakirələri təşkil etməyib, Azərbaycan xalqının maddi və mədəni irisinin məhvi barədə hesabatlar yaymayıb. Qarabağda məscidlərin dağıdılması və içərisində donuz saxlanılması faktlarına münasibətdə bu susqunluq islamofobiya nümunəsidir: "2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü ilin sentyabrında baş verən antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bu gün Azərbaycan dövləti öz gücünə Qarabağ və Şərqi Zəngəzurda Ermənistandan miras qalan 1.5 milyondan çox mina və partlamamış hərbi sursatdan ərazinin təmizlənməsi, genişmiqyaslı quruculuq və bərpa işləri ilə məşğuldur. Rəhbərlik etdiyiniz təşkilatlar buna da əhəmiyyət verməyib.

İndi sual edirik: yalan, saxtakarlıq və riyakarlıq üzərində qurulmuş "Arsaxın mədəni irsi" nəşri üzərində birtərəfli, qərəzli müzakirələr təşkil etməkdə məqsədiniz nədir?

Berlində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşündən dərhal sonra bu tədbirin təşkili qarşılıqlı etnik nifrəti artırmağa və sülh danışıqlarına zərbə vurmağa yönəlmiş addımların bir hissəsidir. Xarici Əlaqələr üzrə Alman Şurası öz rəsmi saytında Corc Sorosun Açıq Cəmiyyət İnstitutundan maliyyələşdiyini gizlətmir. Bu, islamofobiyanın təşviqinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olmağa və Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin ört-basdır edilməsinə səbəb olmamalıdır.

Biz inanmaq istəyirik ki, sizlərin müdaxiləsi ilə məsələ həllini tapacaq və rəhbərlik etdiyiniz qurumlar "Arsaxın mədəni irsi" mövzusunda islamofob tədbiri ləğv edəcək.

Biz sizləri Qarabağda və Ermənistan ərazisində Azərbaycan xalqının maddi-mənəvi irsinin yox edilməsinə dair faktları araşdırmağa və bütün tərəflərin iştirakı ilə müzakirələr təşkil etməyə çağırırıq".

Ekspertlər hesab edir ki, Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondunun rəhbərləri mütləq mənada məktbu nəzərə almalı və sözügedən kampaniyanı dayandırmalıdır. Onların keçirmək istədiyi "Arsaxın mədəni irsi" mövzusunda islamofob tədbirin ləğv edilməsi vacibdir. Ekspertlər qeyd edir ki, ümumiyyətlə Qarabağda erməni mədəni irsi yoxdur. 

Qarabagda ermənilərin nə irsi var ki, almanlar təşvişə düşüb? Bəyəm orda erməni irsi var ki? Başqa tərəfdən, Qarabağdakı mədəni abidələri, irsi nə təhlükə gözləyə bilər ki, bunlar yalandan hay-küy salırlar?

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Qarabağda tarixi erməni abidəsi yoxdur: "Qarabağda erməni izinin olmamasını arxeoloqlar, tarix çoxdan təsdiqləyib. Bu bölgədə erməni dilində bir coğrafi ada belə rast gələ bilməzsiniz. SSRİ dövründə ermənilərlə bağlı Qarabağda bir sıra "abidələr" tikdilər, Qarabağda tarixlərini qədimləşdirməyə çalışdılar. Bölgədəki alban kilsələrini erməniləşdirməklə bu torpaqlarda "qədimdən yaşadıqlarını" göstərməyə çalışdılar. Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra həmin ərazilərdəki tarixi-mədəni abidələr qorunur.  Əvvəllər də qorunmuşdu. İşğal dövründə ermənilər həm xristian, həm də müsəlman abidələrini baxımsız vəziyyətə salıqlarından sonradan onların bərpasına ehtiyac yarandı" - deyə S.Soltan əlavə etdi.

Martın 6-da Berlində keçirilən "Arsaxın mədəni irsi" adlı qərəzli və ermənipərəst təbliğat tədbirinə gəlincə, S.Soltan bildirdi ki, bu, daha çox Almaniyanın Azərbaycan-Ermənistan danışıqlarına moderatorluq etmək cəhdlərinin qarşısını almağa yönəlir. "Çünki Fransa sıradan çıxır, Azərbaycan tərəfi ona etimad göstərmir. Hər iki tərəfin Almaniyaya etimadı var. Ola bilsin, ermənilərin oradakı havadarları Almaniyanın tərəfsiz mövqeyini şübhə altına almaq və onu  gözdən salmaq üçün Almaniyada bu tip tədbiri keçirmək istəyirlər" - deyə S.Soltan qeyd etdi. 

S.Soltan bu üzdəniraq tədbirin planlaşdırılması işində Fransanın təxribatını da istisna etmir. O əlavə etdi ki, görünür, təxribatçı qüvvələr perspektivdə tərəflər arasında görüşə Almaniyanın moderatorluq etməsinə mane olmağa çalışırlar.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ