Cümə axşamı günü, 05 noyabr 2026
     

“Fransanın Ermənistanı silahlandırması yeni müharibə planlarının tərkib hissəsidir” - Vüqar Rəhimzadə

Image


İstər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycanın atdığı hər bir addım ədalətin və beynəlxalq hüququn əsas olduğunun təqdimatıdır. Tarixi Zəfərimizdən dərhal sonra ölkəmiz regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh sazişini imzalamağı təklif etdi.

Baxmayaraq ki, həmin vaxtdan xeyli müddət keçib, Ermənistan hələ də havadarlarının dəstəyinə söykənərək müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanması prosesini uzadır. Hazırda Ermənistanda yaşanan duruma, həmçinin baş nazir Nikol Paşinyanın Fransaya səfərindən, daha dəqiq desək bu ölkənin Prezidenti Emmanuel Makron ilə görüşündən sonra səsləndirdiyi bəyanatlara diqqət yetirəndə işğalçı dövlətin sülh sazişini imzalamaqdan yayınmasının səbəblərini görmək mümkündür. Makronla Paşinyanın görüşündən sonra Fransanın müdafiə naziri Sebastyan Lekornunun Ermənistana səfəri də bu dövlətin yürütdüyü siyasətə və onun arxasında gizlənən maraqlara "işıq saldı". Ermənistan və Fransanın hərbi əməkdaşlıq barədə sənədlər paketi imzalamaları fonunda artıq geniş şərhə ehtiyac görmürük. Bu iki ölkəni eyni dəyərlərin birləşdirdiyini nəzərə alsaq, qeyd etdiyimiz səfərlər çərçivəsində gedən müzakirələrdə ədalət və beynəlxalq hüquq nöqteyi-nəzərindən hansısa konstruktiv addımın atılması barədə fikir mübadiləsinin aparılmasını düşünmək sadəlövhlük olar. Eyni zamanda, hazırda Ermənistanla Rusiya arasında münasibətlərdə nəzərə çarpan gərginlik bu ssenarinin müəlliflərinin kimlər olduğunu açıq şəkildə nümayiş etdirir. Reallıq budur ki, Qərb Ermənistanı ölkəmizə qarşı müharibəyə hazırlayır. Müharibəyə hazırlıq istiqamətində əsas addım Ermənistanın silahlandırılmasıdır. Hazırda Fransa bu missiyanı öz üzərinə götürüb. Ermənistana Fransa və Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahların verilməsi bunun bir daha təsdiqidir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Ermənistan tərəfinin Azərbaycanın guya bu ölkənin ərazilərinə iddialı olması kimi sərsəm fikirlərinə münasibət bildirən V.Rəhimzadə qeyd edib ki, Azərbaycan hər zaman sülhün tərəfdarıdır. Heç bir dövlətin ərazisində gözü yoxdur. 30 il torpaqlarımızı işğal altında saxlayan, Azərbaycan xalqının izlərini silmək üçün bu əraziləri tamamilə dağıdıb yerlə-yeksan edən, tarixi saxtalaşdırmaqla zəbt etdiyi torpaqları öz ərazisi kimi təqdim etməyə çalışan Ermənistandır. Ermənilər tarixən qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürüb. "Böyük Ermənistan" xülyası azərbaycanlılara və türklərə qarşı zaman-zaman soyqırımı və deportasiya siyasətinin həyata keçirilməsi ilə müşayiət olunub. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan haqqında məlumatsızlığın hansı problemlərə yol açdığı məlumdur. Belə ki, o illərdə yenicə müstəqillik qazanan ölkələrlə münasibətinə yenidən baxan və onlara maliyyə dəstəyi göstərməyə hazırlaşan ABŞ hökuməti ermənilərin, erməni diasporu və lobbisinin apardıqları əsassız, ədalətə və beynəlxalq hüquqa sığmayan təbliğata uyğun olaraq Ermənistanı "işğala məruz qalan", Azərbaycanı isə "işğalçı" dövlət kimi qəbul edərək ölkəmizə qarşı "Azadlığı Müdafiə Aktı"na ədalətsiz 907-ci düzəlişi tətbiq etdi.

Vurğulanıb ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra başlanan yol Azərbaycan həqiqətlərinin təbliğində, erməni yalanlarının ifşasında öz sözünü dedi və bu gün də deməkdədir. Bu gün qalib Azərbaycan diktə edən tərəfdir. Ölkəmizin şanlı Qələbəmizin ilk günündən Ermənistana ünvanlandığı sülh təklifi bir çox məqamlara aydınlıq gətirir. Kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması prioritetlər sırasındadır. Azərbaycanın sülh təklifi Ermənistan üçün son şansdır. Ermənistan bu reallığın fərqindədir ki, Azərbaycana qarşı ərazi iddialarından rəsmi şəkildə imtina etməyib. Çünki Ermənistanda qəbul olunmuş bir çox sənədlərdə Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapır. Həmin qanunvericilik aktlarının hələ də qüvvədə olması sülh müqaviləsinin bağlanması istiqamətində əsas maneələrdən sayıla bilər. Bu sənədlərin mövcudluğu, eyni zamanda, Ermənistanın sülh müqaviləsinin imzalanmasına maraq göstərməməsinin təsdiqidir. Digər tərəfdən isə Ermənistanın hazırda Fransanın maraqlarının müdafiəçisinə çevrilməsi artıq vəziyyətin daha da gərginləşməsini şərtləndirir.

Bildirilib ki, Qərbdə və Ermənistanda "Azərbaycanın hücuma hazırlaşması" təbliğatı da hazırlanan ssenarinin əsas tərkib hissəsidir. Tarixi Zəfərimizdən sonra Prezident İlham Əliyevin çıxışlarında bu mühüm çağırış daim xüsusi yer tutur ki, əgər Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, unutmasınlar ki, "Dəmir yumruq" yerindədir. Səsləndirilən çağırışlar sırasında bu məqam da qeyd edilir ki, Azərbaycan Ordusu hər bir təxribatın qarşısını qətiyyətlə almağa qadirdir. Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq hərbi təxribatlar törətməsinin qarşısının alınmasının Azərbaycan tərəfinin hücumu kimi dəyərləndirilməsi Ermənistanın və ona havadarlıq edənlərin yeni müharibə planlarının tərkib hissəsidir. İşğalçı dövlətin bu sərsəm təbliğatının fonunda Azərbaycan Ordusunun Zəngilan istiqamətindəki mövqelərinin atəşə tutulması və hərbçimizin yaralanması, şərti sərhəddə atəşkəsin davamlı pozulması, Naxçıvan istiqamətində təxribatlara əl atılması bir daha məqsədin vəziyyəti gərginləşdirmək və Azərbaycanı günahlandırmaq olduğunu təsdiqlədi.

"Dövlətimizin başçısı andiçmə mərasimindəki çıxışında "Nəhayət Azərbaycan-Ermənistan münasibətləri. Mən çıxışımın sonunda bu məsələyə təsadüfən toxunmuram" fikirlərinin davamı olaraq qeyd etdi ki, bu məsələnin əhəmiyyəti süni şəkildə şişirdilir. Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək, öz səylərini göstərmək, deməli, yorğanı öz tərəflərinə çəkmək, vasitəçi olmaq istəyirlər. Ölkə Prezidenti vasitəçi olmağı şərtləndirən amillərə bir daha diqqəti yönəldərək "Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək" çağırışı ilə Ermənistana, həmçinin regionda vəziyyəti daha da gərginləşdirmək yolunu tutan bəzi Qərb ölkələrinə ciddi mesajlarını çatdırdı. Prezident daim bildirir ki, qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə həmişə hazır olmalıyıq", - deyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Fransanın məqsədi Cənubi Qafqazda sabitliyin bərqərar olması yox, məhz Ermənistan vasitəsilə regionda möhkəmlənmək və maraqlarının təminatına nail olmaqdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:18
Paşinyan bəyanat verdi - “KTMT ilə əlaqəli heç bir marağımız qalmayıb"…

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ