Cümə axşamı günü, 05 noyabr 2026
     

Rusiya səhvini düzəltdi, ABŞ və Fransa hələ yanlış yoldadır - Əliyev doğrusunu göstərdi...

Image


Abutalıb Səmədov: "Ancaq təəssüf ki, ABŞ və Fransa öz yanlış siyasətlərindən imtina etmək fikrində deyillər"

"30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Və biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı". Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident Əliyev  vurğulayıb ki, həmin ölkələrin hər biri Azərbaycanı öz yolundan döndərmək üçün müxtəlif alətlərdən istifadə edib. "Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdilər. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər", - deyə Prezident qeyd edib.

Prezident Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən açıq şəkildə bəyan etdi ki,  vaxtilə Rusiya, Amerika, Fransa səhv etdi, sonra Rusiya  səhvini başa düşdü, ABŞ və Fransa da səhvlərini başa düşməlidirlər, onlar da bu bölgənin ən güclü iqtisadiyyatı, ordusu olan, stabil, müstəqil siyasət yürüdən Azərbaycanla işləməlidirlər, Ermənistanla yox. Prezidentin bəyanatından nəticə çıxarsalar, min qazanda qaynayan Ermənistanla yox, stabilliyin hökm sürdüyü güclü Azərbaycanla əməkdaşlıq edərlər. 

"...Rusiya nümunəsini nəzərə almalıdırlar"  

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov  "Bakı-Xəbər"ə şərhində "Azərbaycan Prezidenti son illər dünyanın böyük dövlətlərinin bölgəyə münasibətdə yol verdikləri yanlışıarı bir daha xatırladı. 2020-ci ilin sentyabrında Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinin qarşısını almaq üçün ATƏT-in Minsk qrupunun həmsədrləri olan üç dövətin prezidentləri oktyabrın 1-də bəyanat verib tələb etdilər ki, hərbi əməliyyatlar dayandırılsın. Bundan başqa, Fransa prezidenti ayrıca bəyanat verdi və dedi ki, Azərbaycanın Qarabağ ərazisinə girməsini Fransa qəbul etməyəcək.  Azərbaycan nə üç dövlət rəhbərinin o bəyanatına, nə də Fransa prezidentinin ayrıca verdiyi bəyanata heç bir əhəmiyyət vermədi və beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək öz ərazilərinin böyük hissəsini nəzarətinə götürdü"-deyə bildirdi.

A.Səmədovun sözlərinə görə, sonradan 2023-cü ilin sentyabrında ABŞ Dövlət Departamentinin rəsmisi bəyan etdi ki, Azərbaycanın "Qarabağ xalqına" qarşı kəskin addımlar atmasına ABŞ imkan verməyəcək. A.Səmədov qeyd etdi ki, məqsəd Azərbaycanın Qarabağda keçirmək istədiyi antiterror tədbirlərinin qarşısını almaq idi, ancaq ala bilmədilər. "Azərbaycan öz ərazisində tam suverenliyini bərpa etdi. Bu müddətdə Rusiya da müharibənin gedişində Ermənistana silah yardımı göstərməklə, sonrakı dövrdə sülh sazişinin Ermənistanı qane edən layihəsini təqdim etməklə  müəyyən yanlış addımlar atdı. 2022-ci ilin oktyabrında Soçidə keçirilən sammitdə həmin sülh sazişini  Azərbaycana qəbul etdirməyə cəhd göstərməklə yanlış addımlar atdı. Soçidə Azərbaycan Prezidenti sonuncu dəfə bu yolun yanlış olduğunu Rusiya rəhbərliyinin nəzərinə çatdırdı. Rusiya bu məsələdə çeviklik göstərdi, özlərinin yanlış addımlarından imtina etdi və sülh sazişinin həmin layihəsi bir də ortaya çıxarılmadı. Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri zamanı da Rusiya beynəlxalq hüquqa uyğun mövqe tutdu. Bu da, təbiidir ki, bizim tərəfimizdən qiymətləndirildi. Nəhayət, bu gün də həm ABŞ, həm Fransa Ermənistana dəstək verməklə yanlış addımlarını davam etdirdilər. Məqsəd Ermənistanı antirusiya cəbhəsinin lokomotivinə çevirməkdir. Təbiidir ki, söhbət bölgəmizdən gedir. Son nəticədə məqsəd Rusiyanın liderlik etdiyi beynəlxalq qurumları sıradan çıxarmağa cəhd göstərməkdir. Söhbət ilk növbədə KTMT-dən gedir ki, Paşinyan KTMT-də fəaliyyətlərini de-fakto dondurduqlarını deyir. Sonrakı mərhələdə isə söhbət, təbiidir ki, MDB-nin və Avrasiya İqtisadi Birliyinin dağıdılmasından gedir.

Aydındır ki, Ermənistan bu sahədə ciddi uğurlar əldə edə və Qərbin istəklərini tam yerinə yetirə bilməyəcək. Ancaq son nəticədə Ermənistanın özü üçün çox ciddi problemlər yaranacaq. Hətta müstəqilliyi sual altına alınacaq. Təbiidir ki, bu da Qərbi narahat etmir. Bölgənin lider dövləti Azərbaycandır. İlk növbədə Azərbaycanla işləmək lazımdır. Prioritet Azərbaycana verilməlidir. Bunu dünyanın bir çox dövlətləri anlayır, ancaq təəssüf ki, ABŞ və Fransa öz yanlış siyasətlərindən imtina etmək fikrində deyillər. Bu, Azərbaycan Prezidentinin sonuncu xəbərdarlığıdır. Bu xəbərdarlıqdan həm dünyanın aparıcı dövlətləri, həm də Ermənistan nəticə çıxarmalıdır, Rusiya nümunəsini nəzərə almalıdırlar. Əks halda Qərbin bölgəyə nüfuz etməsi, bölgədə möhkəmlənməsi ciddi problemlərlə üzləşəcək. Digər tərəfdən, Ermənistan son dövrlərdə "qazandığı" problemlərə yenilərini də əlavə edəcək" - deyə A.Səmədov əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:18
Paşinyan bəyanat verdi - “KTMT ilə əlaqəli heç bir marağımız qalmayıb"…

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ