Cümə axşamı günü, 05 noyabr 2026
     

Qərbin "indulgensiyaları" Ermənistan hökumətini məhv etdi...

Image


Ermənistanın baş naziri Nikol Paşinyanın Münhendə səsləndirdiyi bir sıra fikirlər yenidən Moskva və İrəvan arasında gərginliyə səbəb olub. Paşinyan qeyd edir ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında 1991-ci il Almatı Bəyannaməsi Ukraynadakı vəziyyətə də şamil edilməlidir:

"Biz Almatı Bəyannaməsinə hörmət edirik, lakin bu, təkcə bizi əhatə etmir. Onlar özləri təşəbbüskar olublar, belə ki, bu, Rusiya, Ukrayna və Belarusun Sovet İttifaqının artıq mövcud olmadığına qərar verdiyi Belovejski razılaşmasından başlayır, müstəqilliyi və bir-birinin sərhədlərini tanıyıblar. Biz ondan çıxış edirik ki, Almatı Bəyannaməsi bizim müstəqilliyimizin və ərazi bütövlüyümüzün tanınması üçün əsasdır və eyni şeyi Ukraynaya da tətbiq etmək lazımdır. Bu sənəd bizim hamımız üçün vacibdir və onun məhv edilməsi sistemin dağılmasına gətirib çıxara bilər". 

Nikol Paşinyan onu da qeyd edib ki, Ermənistan Ukrayna məsələsində Rusiyanı dəstəkləmir. O, Ukrayna xalqını mehriban adlandırıb və İrəvanın vəziyyətə təsir edə bilməməsindən təəssüfləndiyini bildirib: "Mən çoxdan deyirəm ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bu da bizim səmimi mövqeyimizdir. Bu vəziyyətə təsir edə bilməməyimiz bizi çox ağrıdır. Ukrayna xalqı bizim üçün dost xalqdır". Ermənistanın baş naziri bundan əvvəl də demişdi ki, İrəvan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bir neçə gün əvvəl "The Telegraph" qəzetinə verdiyi müsahibədə o, Ermənistanın Rusiya Federasiyası ilə təhlükəsizlik sahəsində əməkdaşlıqdan imtina etmədiyini, eyni zamanda digər ölkələrlə də əlaqələri inkişaf etdirəcəyini bildirib. Kremlin bütün bunlara cavabı özünü çox gözlətməyib. Belə ki, Kremlin mətbuat katibi Dmitri Peskov Paşinyana belə cavab verib: "Moskva və İrəvanın Ukrayna ilə bağlı mövqeyi tamamilə fərqlidir, Rusiya haqlı olduğunu israrla izah etməyə davam edəcək. Həqiqətən də Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə dair diametral şəkildə əks mövqelərimiz var. Bu sirr deyil. Biz bu məsələdə onlarla razılaşmırıq və haqlı olduğumuzu israrla izah etməyə davam edəcəyik". Erməni politoloq Suren Surenyants qeyd edir ki, Ermənistanın baş nazirinin Ukrayna mövzusu ilə bağlı qalmaqallı açıqlamaları Qərbin müəyyən təzyiqindən və ölkənin strateji kursunun dəyişməsindən xəbər verir. Surenyantsın sözlərinə görə, Ermənistan keçmişdə iki dost ölkə arasında münaqişə vəziyyətində həmişə neytrallığını qoruyub saxlaya bilib: "2008-ci il Rusiya-Gürcüstan müharibəsini xatırlamaq olar, burada ümumilikdə İrəvan həm Moskva, həm də Tiflislə yaxşı münasibətlər saxlaya bilmişdi. Ermənistan son vaxtlara qədər ya Ukrayna ilə problem yarada, ya da Rusiya ilə münasibətləri korlaya biləcək açıqlamalar verməkdən çəkinirdi. Amma son altı ayda bu siyasətə yenidən baxıldı, hakimiyyət kifayət qədər təhlükəli yola qədəm qoydu və onların hərəkətləri macəraya bənzəyir. Əvvəlcə baş nazirin həyat yoldaşı Anna Akopyanın Ukraynaya, xüsusən də Buçaya səfəri oldu, daha sonra Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ukrayna məsələsi ilə bağlı bir neçə uğursuz çıxışı oldu. Və Münhendə Paşinyan rasionalizmin bütün sərhədlərini keçərək sübut etdi ki, onun vəzifəsi həqiqətən ölkənin strateji oriyentasiyasını dəyişməkdir".

Ekspert baş nazirin açıqlamasını əsassız və düşünülməmiş hesab edir: "Hətta Ukraynadakı hərbi əməliyyatların gedişi də göstərir ki, təşəbbüs tamamilə Rusiyanın əlinə keçib. Ən azı praqmatik baxımdan bu bəyanat kifayət qədər təhlükəlidir. Hətta Qərb nəşrləri Ukrayna cəbhəsinin mümkün süqutundan yazır və belə bir vəziyyətdə birmənalı olaraq ukraynayönlü mövqe tutmağın nə üçün lazım olduğu aydın deyil. Rusiya özü isə heç vaxt KTMT müttəfiqlərini Ukrayna münaqişəsində onun tərəfini tutmağa məcbur etməyib. Moskva öz tərəfdaşlarının neytrallığından kifayət qədər razıdır. Amma Paşinyan açıqlaması ilə bu neytrallığı pozdu. Baş nazir öz nöqteyi-nəzərini onunla izah edib ki, Ukraynada böyük tarixi birlik var, onlara münasibət həmişə isti olub. Lakin o unudur ki, dünyada ən böyük erməni icması Rusiyada yaşayır. İndi müttəfiqin yanaşmalarına kökündən zidd mövqe bildirmək və sonra bu müttəfiqlə münasibətlərdə böhranın daha da pisləşəyəcəyini gözləmək olar. Bütün bunlar Paşinyanın irəli getdiyini göstərir. O, Qərbin siyasi peykinə çevrilməyə doğru gedir. Almatı Bəyannaməsinə istinadlar həm də ona görə qəribədir ki, bu sənəd heç vaxt Ermənistanın özünün problemlərini həll etməyib və Paşinyanın bəyannaməni Ukrayna və Rusiyaya "tətbiq etmək" üçün heç bir əsası yox idi". Surenyants Paşinyanın sözlərini Qərbə baş əymə və onun tərəfindən təzyiqin sübutu kimi qiymətləndirir. Bu təzyiq həm Rusiya kontekstində, həm də İran kontekstində baş verir: "Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi də həmin Qərb tərəfindən legitimləşdirilir". Digər politoloq, Stenford Universitetinin doktoru Artur Xaçikyan hesab edir ki, Qərb İrəvana təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli heç nə vermədən Ermənistanı Rusiyadan "qoparıb". Onun sözlərinə görə, avropalı tərəfdaşlar Ermənistanın əsas rəqibi olan və ona təhlükə yaradan Azərbaycana təzyiq etmək istəmirlər: "İsrail və ya Ukrayna üçün etdikləri kimi Ermənistan üçün də nəsə etmək istəsəydilər, ən azı Azərbaycanı sanksiyalarla hədələyib Ermənistana hərbi yardım edərdilər. Əvəzində Avropa hər il enerji resursları üçün Azərbaycana 16 milyard dollar köçürür. Ermənistan hökuməti Qərbin "indulgensiyaları" ilə özünü və cəmiyyəti aldadaraq, səriştəsiz qərarlar verməkdə davam edir. Almaniya və bütövlükdə Avropa müxtəlif vədlərlə Ermənistanı Rusiyadan "qoparıb". Qərbdə Ukraynaya "döyüş" deyirlər, Ermənistanı təslim olmağa çağırırlar. Bu, ikili standartlar siyasətidir". Ermənistan hazırda Rusiya və Qərb arasında var-gəl edir, hər iki tərəfi qane etməyə çalışır. Bu isə bumeranq effekti verir. Rəsmi İrəvan üçün yeganə çıxış yolu regional əməkdaşlıq yolunu tutmaqdır. Bunun üçün isə Azərbaycan və Ermənistanla əlaqələrin normallaşması şərtdir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - DİN

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ