Bazar günü günü, 30 avqust 2026
     

Azərbaycan ATƏT-in bir neçə qurumunun ləğvini tələb etdi - faydasızdır, havayı pul yeyirlər...

Image


Yeganə Hacıyeva: "Bu cür təşkilatlar ya fəaliyyətlərini elan etdikləri missiyaya uyğun qurmalı və özlərini xilas etməlidirlər, ya da özlərini buraxmalıdırlar"

Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT rəhbərləri ilə görüşü və onlardan tələbi diqqət çəkib.

Münhendə İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə görüşündə artıq Qarabağ münaqişəsinin başa çatdığını bir daha vurğulayıb.

"Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib" deyən İlham Əliyev ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin ləğvini tələb edib. Prezident ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirib.

Ölkə başçısının bu yanaşması barədə ekspertlər nə düşünür?

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, 30 il nəticəsiz fəaliyyəti ilə özünü proseslərdən kənarlaşdırmış ATƏT-in Minsk Qrupu artıq tarixə köçüb:

"ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin həm də   BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi nizamlanma prosesinə töhfə verəcək istənilən kiçik  səyləri belə  bu ölkələr tərəfindən boğulub. 

Məsələn, Azərbaycan tərəfinin bir neçə dəfə ATƏT-in Minsk Qrupunun həmsədrliyinə digər ölkələr, məsələn, Türkiyənin namizədliyi üçün göstərdiyi təşəbbüslərin eyni formada qarşısı alındı. Bir sözlə, istənilən format dəyişikliyi təklifi həmsədr ölkələr tərəfindən bloklanıb. 

Bu isə tək Qarabağ konfliktinin nizamlanmasında yarıtmazlıq mənzərəsini canlandırmamışdı. Ümumilikdə ATƏT coğrafiyasında konfliktlərin hər birinin nizamlama prosesində ATƏT yarıtmaz bir sülhyaratma təsisatı kimi yadda qalıb. 

ATƏT öz coğrafiyasında sülhü nizamlama ilə məşğul olmalı olan avanqard təsisat kimi nəzərdə tutulurdu. Bunun üçün ATƏT-in bir neçə formatı varı idi. Bu formatlar bir neçə istiqamət üzrə ATƏT coğrafiyasında məhz cənub-şərqi Avropa ölkələrində və postsovet ölkələrində daha çox fəaliyyət göstərirdi. 

Yuqoslaviyadakı müharibə zamanı isə ATƏT sülhyaratma istiqamətində müəyyən addımlar atıb və bu addımlar beynəlxalq hüququn əleyhinə olub.

Minsk formatının Azərbaycanın torpaqları 30 ilə yaxın Ermənistanın işğalı altında olduğu dövrdə fəaliyyəti tam uğursuz olub. 2008-ci ildən Minsk formatı Abxaziya və Cənubi Osetiya  konflikti çətçivəsinfə fəaliyyət göstərməyə cəhdlər edir və bu da uğursuzdur.

2014-cü ildən sonra isə Krım və Ukraynanın digər işğal olunmuş əraziləri ilə bağlı məsələlərin həlli çərçivəsində Minsk formatı fəaliyyət göstərir ki, bunun da hər hansı nəticəsi yoxdur.

2010-cu ildən ATƏT-in Minsk formatı Özbəkistan-Qırğızıstan sərhədində baş vermiş məlum hadisələrdə nizamalama cəhdlərində iştirak elədilər. Lakin bunun da nəticəsi olmadı. 

Minsk formatının ən uzunömürlü fəaliyyəti Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, Qarabağ məsələsinin həlli istiqamətində vasitəçilik fəaliyyəti oldu. 

Amma yekun olaraq bu uzunmüddətli fəaliyyət ortaya müsbət heç bir nəticə qoymadı. 2020-ci ildə Azərbaycan öz torpaqlarını işğaldan özü azad etməklə, çoxbüdcəli sülhyaratma sənayesinin faydasız olmasını  sübüt etdi. Minsk Qrupu və diğər ATƏT formatlarının fəaliyyətinə ehtiyac qalmadı və ATƏT-in sülhyaratma "industriyası" çökdü. 

Son illər bir sıra diğər beynəlxalq təşkilatlarda institusional olaraq iflic olmaq tendensiyası izlənməkdədir. Belə ki, elan olunmuş dəyərlər, elan olunmuş missiya ilə onun həyata keçirilməsi istiqamətində uzlaşma itəndə təşkilat iflic olur. ATƏT bu gün bu tendensiyanı yaşayır. 

Ona görə də bu cür təşkilatlar ya fəaliyyətlərini elan etdikləri missiyaya uyğun qurmalı və özlərini xilas etməlidirlər, ya da özlərini buraxmalıdırlar".

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

29.08.2026 / 23:20
Tramp indi də okeanlara göz dikdi – körfəzimiz, gölümüz var, indi bizə bir okean lazımdır...

29.08.2026 / 22:19
SEPAH Pakistandan İrana sızmağa çalışan silahlı qrupun yaxalandığını açıqladı - ABŞ və İsrail izi…

29.08.2026 / 21:23
Paşinyan Qazaxıstan və Qırğızıstana Zəngəzur dəhlizində pay təklif etdi - Ermənistanın payının 5 faizi…

29.08.2026 / 21:06
Qaluzin Ermənistanın dəmiryolu tələbinin arxasında Qərbin olduğunu deyir – “İrəvan şantaj edilir”…

29.08.2026 / 20:55
“Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib" - MEDİA

29.08.2026 / 20:48
Qara dənizdə türk gəmilərinə ard-arda hücum - Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı...

29.08.2026 / 20:35
Alman nazir yanacağın bahalaşmasına görə Trampı günahlandırdı – İrana qarşı məsuliyyətsiz müharibənin nəticəsidir…

29.08.2026 / 19:50
Macarıstanın yeni hökuməti Viktor Orbanın atasının şirkətinə iş açdı - məhsulları iki dəfə baha satıb…

29.08.2026 / 18:49
Polşadan xəbərdarlıq – Rusiya eskalasiyaya hazırlaşır, növbəti aylar kritik olacaq…

29.08.2026 / 18:11
Azərbaycan Prezidenti Bişkekdə keçiriləcək ŞƏT sammitində iştirak edəcək…

29.08.2026 / 17:24
“Zəngəzur dəhlizi açılanda oradan ilk keçənlərdən biri olmaq istəyirəm” - Türkiyənin Naxçıvandakı Baş konsulu

29.08.2026 / 16:56
Folklorşünas alim, professor Məhərrəm Qasımlı yaradıcılığında milli ruh...

29.08.2026 / 16:15
Meksikada miqrantları tunellər vasitəsilə ABŞ-a keçirən "Xala"nın lideri yaxalandı…

29.08.2026 / 15:56
Naxçıvana uçuşlar təxirə salındı...

29.08.2026 / 15:17
Bakıda 3 gün leysan olacaq - XƏBƏRDARLIQ

29.08.2026 / 14:35
Rusiya Kiyevin Buça bölgəsində sursat anbarını bombaladı - 37 ölü, 42 yaralı, 400 təxliyə... VİDEO

29.08.2026 / 13:44
Seuta miqrasiya böhranı dərinləşir - İspaniya AB-dən dəstək istədi…

29.08.2026 / 12:38
"Qırmızı Körpü" postunda maşında giazlədilmiş külli miqdarda dərman aşkarlandı

29.08.2026 / 12:21
Polis 1,3 kiloqram narkotik ələ keçirdi

29.08.2026 / 12:09
Polis cinayət törətməkdə şübhəli bilinən 48 nəfəri saxladı

29.08.2026 / 11:50
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb

29.08.2026 / 11:47
ABŞ heç bir xərc çəkmədən Venesuelanın 65 milyard bareldən çox neft ehtiyatı üzərində nəzarəti ələ keçirdi

29.08.2026 / 11:33
Nizamidə quldurluq edən şəxs yaxalandı

29.08.2026 / 11:18
SEPAH Trampı növbəti dəfə təkzib etdi – Hörmüzə "həlledici nəzarət" bizdədir…

29.08.2026 / 10:56
Zaxarova Alen Simonyanın son açıqlamalarını təxribat adlandırdı

29.08.2026 / 10:33
Ukrayna OZON-un Rostov vilayətindəki logistika anbarını da vurdu…

29.08.2026 / 10:17
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı

29.08.2026 / 09:49
BDYPİ sürücülərə müraciət etdi

29.08.2026 / 09:35
Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatdı

29.08.2026 / 09:10
Tramp hərəkətə keçdi - Sorosun bütün fond və təşkilatlarında vergi yoxlaması başlayır...

29.08.2026 / 07:07
Sorğuda Köçəryanın halı pisləşib - xahişi rədd edilib…

29.08.2026 / 06:37
Özəldən maraqlı Kılıçdaroğlu açıqlaması - “… günlərini sayır…”

28.08.2026 / 22:15
Dünyada milyarderlərin sayı rekord həddə çatdı – kiçik bir qrup dünyanın sərvətini ələ keçirir... MARAQLI FAKTLAR...

28.08.2026 / 21:48
Qərb ölkələrinin Ukraynada uzaqvuran raket istehsalının arxasında xüsusi plan var... Rusiya açdı...

28.08.2026 / 21:25
Paşinyan KTMT-dən üzülüşdüyü tarixi açıqladı - 2022-nin sentyabrında Azərbaycanla nə baş verib...

28.08.2026 / 21:08
Azərbaycan ABŞ CNN-dən yüz milyonlarla dollar uda bilər - "İran böhtanına" görə...

28.08.2026 / 20:30
"Paşinyan Putinlə 1 aprel söhbətlərinin tam əksini edir" - Zaxarovadan ağır etiraf...

28.08.2026 / 20:07
Nepalda sel fəlakətində ölənlərin sayı 500-ü keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

28.08.2026 / 19:58
Polşa səfiri XİN-ə çağırıldı - Rəsmi Bakı Varşavaya nota verdi...

28.08.2026 / 19:42
ABŞ-ın MKİ şefinin gizli Moskva görüşlərinin əsil səbəbi sonadək aydınlaşmadı...

28.08.2026 / 19:22
İspaniyanın Seuta şəhərindəki vəziyyət yenidən gərginləşdi - etirazçılar miqrant düşərgəsini yandırdılar...

28.08.2026 / 19:11
Hökmdar və Şeyx - YUNUS OĞUZ yazır

28.08.2026 / 19:04
Paytaxtda oğurluq edən şəxslər saxlandı

28.08.2026 / 18:47
Türkiyə Şimali Kiprlə bağlı güzəştə gedir? - Şimal və Cənub prezidentləri razılaşdı...

28.08.2026 / 18:30
Şaraa Rusiyanın hərbi bazalarını Suriyadan niyə çıxarmadı – Əsədin özü yox, sərvəti iş gördü...

28.08.2026 / 18:14
Avropa Birliyi Rusiyanın pullarının müsadirəsi üçün yeni plan tələb edir...

28.08.2026 / 17:58
Klinton Tramp barədə ŞOK şeylər açıqladı - “Putinə heyrandır, qazandığı pulların kökü Moskvaya çıxır”...

28.08.2026 / 17:41
Bakı istintaq təcridxanasına ayaqqabının içərisində telefon keçirmək istədi...

28.08.2026 / 17:34
600-dən yuxarı bal yığmış savadlı abituriyent adicə texniki səhvin qurbanı olur - Çıxış yolu yoxmu?...

28.08.2026 / 17:20
Rusiyada yanacaq böhranı Moskvaya da çatdı – YDM-də uzun növbələr yenidən yaranıb...

28.08.2026 / 17:07
Qara dənizdə naməlum PUA Bolqarıstan ordusunu ayağa qaldırdı...

28.08.2026 / 16:55
Əli İsa Cabbarov istefa verdi, Şəfiqə Məmmədova AKİ sədrliyinə yeganə namizəd oldu...

28.08.2026 / 16:41
Rusiya hökumətindən İrəvana mesaj – “təcili 3 şeyi etməlisiniz", TRIPP İran raketlərinin hədəfi ola bilər...

28.08.2026 / 16:25
İran CNN-nin yalanlarına uysaydı, Naxçıvana zərbələr daha dağıdıcı ola bilərdi...

28.08.2026 / 16:12
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

28.08.2026 / 16:06
Tramp Ontario gölünün adını dəyişdi, Demokratlar hərəkətə keçdi – qərarı ləğv edəcəklər...

28.08.2026 / 15:51
Avropaya üzv qəbulu siyahısında Gürcüstanla Türkiyənin adı çəkilmədi... İşlər qəlizləşir...

28.08.2026 / 15:37
Kiberpolsi onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxladı - VİDEO

28.08.2026 / 15:24
Paşinyan Azərbaycanla sülhü pozan daxili və xarici qüvvələrdən danışdı...

28.08.2026 / 15:08
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

28.08.2026 / 14:53
Putin hakimiyyəti Moskvada antiAzərbaycançı kütləvi aksiyalara start verdi...

28.08.2026 / 14:27
Baltikyanıdan olan Avropa komissarlarının Rusiya təcavüzündən bəhs edən qorxunc məktubu...

28.08.2026 / 14:10
Paşinyan – “hüquq sistemində Köçəryan-Sarkisyan mafiyası var, axtarışdan əvvəl məlumat sızdırıblar"...

28.08.2026 / 13:41
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə səkkizinci dəfə zərbə endirdi...

28.08.2026 / 13:23
Baş Prokurorluq tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırmalara başladı

28.08.2026 / 13:08
ABŞ kəşfiyyat şefinin Moskva səfərinin pərdəarxası açılır – “vəziyyətiniz pisləşməmiş müharibəni dayandırın”…

28.08.2026 / 12:50
Nepalda daşqınlarda ölənlərin sayı 475-ə çatdı... Yeni təhlükə - çinli xilasedicilər axtarışları dayandırdı…

28.08.2026 / 12:37
Bakıda iki qeyri-yaşayış obyekti və məsciddə qanunsuz müdaxilə - xəbərdarlıq edildi

28.08.2026 / 12:25
Bir vaxtlar Vüsaldan incidiyim üçün özümü bərk-bərk qınayıram...

28.08.2026 / 12:10
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

28.08.2026 / 12:09
Qara dənizin Rumıniya sahillərində ticarət gəmisi vurularaq batırıldı...

28.08.2026 / 11:42
Nepalda ard-arda fəlakət yaşanır… İndi də su bəndi partladı – əhaliyə təcili çağırış edildi…

28.08.2026 / 11:25
Norveç kralı V Harald vəfat etdi…

28.08.2026 / 11:14
İran ABŞ-ı ikiqat zərbə ilə hədələdi - hər hansı bir addım atsa...

28.08.2026 / 11:01
Kirayə ev axtaran tələbələrə DİN-dən TƏCİLİ XƏBƏRDARLIQ - "Təcili beh göndərin" ifadələrinə inanmayın...

28.08.2026 / 10:46
"Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir" - XİN

28.08.2026 / 10:24
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs yaxalandı

28.08.2026 / 10:08
Suriya prezidenti kürd lideri özünə müşavir təyin etdi...

28.08.2026 / 09:57
DİN kiberdələduzların yeni üsulları ilə bağlı əhaliyə müraciət etdi - diqqətli olun...

28.08.2026 / 09:50
Bakı aeroportunda “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verildi

28.08.2026 / 09:31
İran müharibəsi ABŞ-ı vurdu – “Patriot” ehtiyatı tükənir... Avropa mümkün hücum qarşısında müdafiəsiz qalacaq...

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ