Cümə axşamı günü, 05 noyabr 2026
     

Avroittifaqın mülki missiyasına görə İran da İrəvana barmaq silkələdi...

Image


Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın İran prezidenti İbrahim Rəisi ilə görüşündə səslənən fikirlər iki ölkə arasında münasibətlərin gərginləşməkdə olduğunu göstərir. Buna səbəb Ermənistanın Avropa İttifaqının monitorinq missiyası adı ilə ölkəyə Qərb hərbçilərini gətirməsidir. 

Qeyd edək ki, Qriqoryanın Rəisi ilə görüşü erməni rəsmisinin İrana səfəri çərçivəsində baş tutub. Burada Qriqoryan bildirib ki, İranın Ermənistanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyi İrəvan üçün çox dəyərli və vacibdir. Öz növbəsində İran prezidenti Tehranın İrəvanla Bakı arasında sülh danışıqlarını dəstəklədiyini deyib. O qeyd edib ki, regional problemlərin həlli bəhanəsi ilə bölgədə əcnəbilərin olması İran tərəfindən birmənalı qarşılanmır. Məsələnin bu tərəfinə nəzər salan erməni türkoloq Varujan Qeqamyan Rəisinin açıqlamalarının Ermənistana mesaj olduğunu qeyd edib: "İran prezidenti Ermənistanın baş nazirinin müavini ilə görüşdə de-fakto deyib: "Biz xarici ölkələrin regionda olması ilə razılaşmırıq. Hansısa problemlərin həlli bəhanəsi ilə bölgədə xarici qüvvələr var və inanırıq ki, onların mövcudluğu təkcə bir problemi həll etməyəcək, həm də region xalqları və dövlətləri üçün daha böyük problemə çevriləcək". Bunu diplomatik dildən tərcümə etsək, o deməkdir ki, İranla da münasibətlər pisləşir, çünki bir qrup erməni hökmdarı bu ölkəyə düşmən olan Qərb qüvvələrini İran sərhədlərinə yerləşdirməyə çalışır. Burada xatırlamaq lazımdır ki, bizim regionda üç böyük dövlət var: Rusiya, İran, Türkiyə. Sonuncu aydın şəkildə bizə qarşı siyasətini müəyyən edib. İlk ikisinin oynaya biləcəyi imperiya maraqları var. Əvəzində Ermənistanın faktiki hökuməti ilk ikisi ilə də düşmənçilik edir və bununla da üçüncü ölkə üçün asan hədəfə çevrilir". Varujan Qeqamyan Avropa İttifaqının monitorinq missiyasının ölkəsi üçün heç bir fayda gətirmədiyini də vurğulayır. Əslində, İranın mövqeyinə zidd olaraq Ermənistanın Qərb hərbçilərini regona gətirməsi ilk hal deyil. Hələ ötən il sentyabrın 11-də Ermənistanda ABŞ-la birgə hərbi təlimlər keçirilib. "Eagle Partner 2023" adlı tədbir sentyabrın 20-dək Ermənistan ərazisində davam edib. O da məlumdur ki, İran ABŞ-la NATO-nun fəaliyyətini dünyada və regionda ciddi şəkildə izləyir. Odur ki, Ermənistanın keçirdiyi məlum hərbi təlimə rəsmi Tehran elə o vaxt sərt reaksiya verib. Həmin dövrdə İranın vitse-prezidenti Məhəmməd Cəmşidi qeyd edib ki, Cənubi Qafqazda "3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) formatından kənar ünsiyyət qurmaq vəziyyəti daha da çətinləşdirir. Onun sözlərinə görə, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti daha da çətinləşdirir. Bu durumda Ermənistan bölgəyə Avropa hərbçilərini gətirməklə durumu daha da pisləşdirir. İranla sərhədyanı bölgəyə Avropa İttifaqının mülki müşahidə missiyası adı altında hərbçiləri yerləşdirməklə rəsmi İrəvan artıq anti-İran və anti-Rusiya fəaliyyətinə start verib… Bununla da İran və Rusiya dost və qardaş adlandırdıqları Ermənistandan daha bir zərbə almış olur. Bu hərbçilərin gəlişinin həm də  daha çox İranın maraqlarına qarşı olduğu və onu təhdid etdiyi qənaətinə gəlmək olar. NATO, Avropa İttifaqı və ABŞ-ın regionda fəaliyyətini gücləndirməsi Ermənistanın İrana qarşı kəşfiyyat məntəqəsinə çevrilməsi deməkdir. 

Bütün bunlar İran tərəfindən təbii olaraq etirazla qarşılanır. Burada daha bir mühüm məqam odur ki, Ermənistan müxtəlif bəhanələrlə Avropa İttifaqı missiyasının say tərkibinin artıtılmasına çalışır. Bu da regiona daha çox Qərb hərbçisinin gəlməsi deməkdir. Onu da xatırladaq ki, regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək üçün fəaliyyətə başladığını elan edən missiya ötən müddət ərzində qarşısına qoyduğu heç bir hədəfə çatmayıb, əksinə, etimadın yaranmasında əngəl, şərti sərhəddə hərbi təxribatlar üçün katalizator rolu oynayır. Çünki bu halda daha çox sayda Qərb hərbçisinin regiona gəlişinə zəmin yaranır. Artıq onların sırasına ABŞ və Kanadadan olan hərbçilər də qatılacaq. Deməli, Qərb regionda hərbi cəhətdən Ermənistan vasitəsilə möhkəmlənməyə çalışır. Bunu İranda da görürlər. onu da qeyd edək ki, Avropa İttifaqının mülki missiyası 2022-ci ilin oktyabrında 2 aylıq müvəqqəti missiya adı ilə regiona gəlib və Azərbaycanla əldə olunmuş razılaşmalara zidd fəaliyyəti ilə seçilib. Amma Ermənistanın "açıq qapı" siyasəti sayəsində regiona daxil olan Avropa İttifaqı bu missiyanı fürsət bilərək fəaliyyətini genişləndirmək, Azərbaycanın razılığı olmadan şərti sərhəddə mandatını və missiya üzvlərinin sayını özbaşına artırmaq yolu tutub. 2023-cü ilin dekabrında Avropa İttifaqı Xarici İşlər Şurasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən mülki missiyasını gücləndirmək məqsədilə oradakı əməkdaşların sayını 138-dən 209 nəfərə çatdırmaq barədə razılığa gəlməsi məhz bu siyasətin bir elementi idi. Digər tərəfdən, mülki missiya adı altında Avropa İttifaqı regiona ayrı-ayrı Avropa ölkələrinin keçmiş hərbçilərini, xüsusi xidmət orqanlarının əməkdaşlarını yerləşdirməyə başladı. Onların missiyasının isə tamam fərqli olduğu heç kimə sirr deyil. Bunu Azərbaycan və Rusiya ilə yanaşı, İran da nəzərə almağa məcburdur.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ