Cümə axşamı günü, 05 noyabr 2026
     

Sərhəddə Ermənistanla yeni toqquşmalar olacaq - “Yerkrapa” hazırlaşır...

Image


Şərti sərhəddə, Zəngilan rayonu istiqamətində Azərbaycan ordusuna qarşı terrorçu fəaliyyətinə görə 4 erməni quldurunun öldürülməsi Ermənistanda hələ də əsas müzakirə mövzusudur. Onlar Ermənistanın "Yerkrapa" Könüllülər Birliyinin   üzvləri olub. 

Birliyin sədri Sasun Mikaelyan məsələ ilə bağlı maraqlı açıqlama verib: "Faktla bağlı araşdırma aparılır, hallar aydınlaşdırılır. Sadəcə onu deyə bilərəm ki, onların dördü də snayper atəşi ilə vurulub". 

İndi hesab olunur ki, Nikol Paşinyan sərhəddə gərginlik və Azərbaycanla yeni müharibə istəmirsə, ilk işi "Yerkrapa" terror təşkilatının üzvlərini sərhəddən uzaqlaşdırmaq və tərk-silah etmək olmalıdır. Çünki bu təşkilat ordu komandanlığına və hökumətə tabe deyil. Hazırda sözügedən birliyin 10 mindən çox üzvü olduğu bildirilir - onların əksəriyyəti Birinci Qarabağ müharibəsi veteranıdır. Əvvəllər təşkilata Qarabağ müharibəsinin iştirakçıları üzv ola bilərdilər, lakin sonradan müharibədə iştirak etməyən vətəndaşlar da ictimai quruma qoşulmağa başladılar. "Yerkrapa" Ermənistan ordusunun ehtiyat hissəsi rolunu daşıyır. Təşkilat 2016-cı il aprel döyüşləri, eləcə də İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə silahlı könüllü göndərmişdi. Ümumiyyətlə, "Yerkrapa" müntəzəm olaraq, sərhəd bölgələrində qısamüddətli döyüş növbətçiliyi üçün könüllü dəstələri göndərir. Birliyin indiki sədri Sasun Mikayelyan qeyd edir ki, "Yerkrapa" mütəmadi rejimdə Ermənistan-Azərbaycan sərhədi boyunca "müdafiə xəttində"dir. Onun sözlərinə görə, 2020-ci ildə növbətçilikdə 1200 "Yerkrapa" üzvü iştirak edibsə, 2022-ci ildə onların sayı 1700 olub, keçən il isə eyni vaxtda 8000 "Yerkrapa" könüllüləri birlikdə döyüş növbətçiliyində iştirak ediblər. Onu da qeyd edək ki, "Yerkrapa"nı (ermənicədən tərcümədə "Yurdun qoruyucuları" deməkdir-red.) keçmiş müdafiə naziri Vazgen Sarkisyan yaradıb. Vazgen Sarkisyan 1990-1992-ci illərdə Birinci Qarabağ müharibəsində könüllü dəstələrdən birinin komandiri olub. Ermənistan ordusunun rəhbərliyi hər zaman "Yerkrapa"nı dəstəkləyib. 2016-cı ilin aprel döyüşləri zamanı minlərlə "Yerkrapa" könüllüsünün Qarabağa göndərilməsinə dair məlumatlar var. Bəzi iddialara görə, "Yerkrapa"çılar Rusiya ilə əlaqəsi olan könüllülərdir. Ancaq təşkilatın hazırkı sədri Sasun Mikaelyan Moskva ilə əlaqələri o qədər də isti olmayan baş nazir Nikol Paşinyanın yaxın adamı olub. Sasun Mikaelyan 2019-cu ildən "Yerkrapa" rəhbəridir. 65 yaşlı Mikaelyan əvvəllər hakim "Vətəndaş Müqaviləsi" Partiyasının İdarə Heyətinin sədri olub və Nikol Paşinyanın yaxın silahdaşı sayılırdı. Paşinyanı liderliyə gətirən "məxməri inqilab"da Mikaelyan da yaxından rol oynayıb. O, Serj Sarkisyanı devirən ən fəal etirazçılardan biri idi.

Mikaelyandan öncəki sədr Manvel Qriqoryan isə, əvvəlki prezident Serj Sarkisyanın yaxın adamı idi. Ümumiyyətlə, "Yerkrapa"nın liderləri hər zaman Ermənistan rəhbərliyinə yaxın adamlar olub. Bu fonda "Yerkrapa" müxtəlif illərdə siyasi repressiyada, etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıqda, iqtidar üçün seçki saxtakarlığında, qanunsuz silah və hərbi sursat, eləcə də ordu üçün nəzərdə tutulan ərzağı mənimsəməkdə ittiham olunub.

"Yerkrapa"ın ilk lideri Vazgen Sarkisyan 1999-cu ildə Ermənistan parlamentinə hücum zamanı qətlə yetirildikdən sonra Manvel Qriqoryan təşkilatın lideri seçilmişdi. Qriqoryanın "Yerkrapa"ya yolu Ermənistan Müdafiə Nazirliyindən keçmişdi,  o, nazir müavini idi, ancaq 2008-ci il seçkilərində Levon Ter-Petrosyanı dəstəklədiyi üçün vəzifədən azad olumuşdu. Sonradan o, Serj Sarkisyanı dəstəklədiyini elan edir və Sarkisyanın 2013-cü il seçkilərində qalib gəlməsinə yardım edir. Ancaq bir neçə il sonra Qriqoryan korrupsiya ittihamları ilə həbs olunur və "Yerkrapa" liderliyini tərk etməli olur. Ona verilən ittihamlar arasında qeyri-qanuni silah və hərbi sursat saxlamaq, külli miqdarda dövlət əmlakının mənimsənilməsinin və oğurlanmasının təşkili, dövlət vəsaitlərinin israfı, vergidən yayınma da var idi. "Yerkrapa", yuxarıda qeyd edildiyi kimi, müxtəlif illərdə siyasi repressiyada, etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıqda, iqtidar üçün seçki saxtakarlığında, qanunsuz silah və hərbi sursat, eləcə də ordu üçün nəzərdə tutulan ərzağı mənimsəməkdə ittiham edilib. Hazırda bu qurum könüllülərinin sərhəd bölgəsində döyüş növbətçiliyi Silahlı Qüvvələrinin rəhbərliyi ilə razılaşdırılır və tənzimlənir. "Yerkrapa" həm də Ermənistan hökuməti tərəfindən maliyyələşdirilir. Ancaq dövlət büdcəsində "Yerkrapa"üçün ayrıca bənd nəzərdə tutulmur. Erməni mediasında müxtəlif illərdə "Yerkrapa" tərəfindən həyata keçirilən layihələr üçün dövlətin Ehtiyat Fondundan vəsait ayrıldığı haqqında məlumatlara rast gəlinir. Sərhəddə döyüş növbətçiliyi zamanı "Yerkrapa" üzvləri hərbi təlimdə iştirak edən ehtiyatda olan hərbçilər kimi təchiz olunur və bu müddət ərzində onların iş yerlərində əmək haqqı qorunur. Təşkilatın yaradılması günü 2001-ci ildən bəri mayın 8-də qeyd olunur. Bu, 1992-ci ildə erməni qüvvələrinin həmin gün Şuşanı işğal etməsi ilə bağlıdır. Amma Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Şuşanı işğaldan azad edib və indi ölkədə Şuşanın azad edildiyi gün - 8 noyabr Zəfər günü kimi qeyd olunur. Hazırda belə hesab edilir ki, Ermənistan hakimiyyəti "Yerkrapa"nı sərhəddən çəkməsə, onun yeni təxribatlara əl atması tamamilə gözləniləndir. Bu halda sərhəddə baş verənlərə görə məsuliyyət də məhz əvvəlki kimi Ermənistanın üzərinə düşəcək.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ