Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycandakı tolerant mühit də Qərbin qərəz gülləsinə hədəf olur...

Image


Azərbaycanda dini sahədə hökm sürən əminamanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir.

Həqiqətən də, mübaliğəsiz demək olar ki, dinc yanaşı yaşamaq, bir-birini qəbul etmək və hərtərəfli vəhdət Azərbaycanın bütün dünyaya yaydığı yeni modeldir. Prezident İlham Əliyevin sərəncamları ilə 2016-cı il ölkəmizdə "Multikulturalizm İli", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan olunmuşdu. 

Bütün bunlara baxmayaraq, bir sıra xarici dövlətlər digər dövlətlərin daxili işlərinə dini mühit vasitəsilə təsir edirlər. Bunun da ən asan yollarından biri dini ədəbiyyatla düşüncəyə təsir göstərməkdir. Müasir dövrdə bu praktikdan geniş istifadə olunur. Bəzən Azərbaycanın da dini mühitinə yad adamın fikirlərini təlqin etmə, digər ölkələrin siyasətini din adı altında şüurlara yeritmə cəhdləri olur. Belə cəhdlərin qarşısının alınması üçün həmin ədəbiyyatın məzmunu öyrənilir.

Bu ədəbiyyatın mahiyyəti Azərbaycan qanunvericiliyinə ziddiyət təşkil edirsə, ölkəmizin dini mühitinə zərərli təsirlər olursa, kitabların idxalına qadağa qoyulur. Bəzi hallarda məzhəblərarası qarşıdurma yaradan, dövlətin quruluşuna qarşı yönəlmiş müəyyən fikirlər olur. Belə halda ədəbiyyatın idxalına qadağaların qoyulması tam təbii haldır. Bu təcrübə digər ölkələrdə də mövcuddur. Yəni göründüyü kimi, Azərbaycan belə sağlam mühiti asan əldə etməyib. Bu sahədə aparılan məqsədyönlü siyasətin hesabına tolerant və multikultral cəmiyyət formalaşdıra bilib.

ABŞ-ın Dövlət Departamenti səviyyəsində saxta məlumatlar əsasında… 

Təəssüflər olsun ki, bəzi Qərb dairələri və ABŞ-ın  rəsmi qurumları Azərbaycandakı dini mühiti əsassız olaraq tənqid edirlər.   Məsələn, ABŞ Dövlət Departamentinin bir neçə ölkəni, o cümlədən Azərbaycanı sözdə dini etiqad azadlığının ciddi şəkildə pozulmasına və ya buna dözümlülüyünə görə özünün "xüsusi izləmə siyahısı"na daxil etməsini buna misal göstərə bilərik.

Dövlət Departamenti həmin hesabat əsasında ayrı-ayrı ölkələrdəki dini durumla bağla açıqlama verir. Beynəlxalq Din Azadlığı Komissiyası neçə ildir ki, hesabatlarında Azərbaycana qarşı qərəzli, yanlış məlumatlar yayır. Dəfələrlə bu Komissiyanın yaydığı hesabatlarla bağlı müvafiq açıqlamalar verilib, onların göstərdikləri heç bir fakta söykənməyən şaiyə xarakterli, uydurma məsələlərlə bağlı mövqeyimiz onların diqqətinə çatdırılıb, görüşlər keçirilib, bu məsələlər müzakirə edilib. Buna baxmayaraq, Azərbaycanı "izləmə siyahısı"na daxil etmək ifadəsi özü yanlış və gülüncdür. ABŞ-nin Dövlət Departamenti səviyyəsində saxta məlumatlar əsasında belə fikrin səsləndirilməsi bir daha Amerikanın qərəzli siyasətinin bariz nümunəsidir. Bu, Azərbaycana qarşı böhtandan başqa bir şey deyil.

Dini baxımdan izlənməli olan ölkələrdən biri bəlkə də elə Amerikanın özüdür 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanda dini sabitlik hökm sürür: "Müxtəlif dini konfessiyalar arasında harmonik və birgə fəaliyyət, birgə bəyanatlar, açıqlamalar verilir. Müsəlman dini icmaları ilə qeyri-müsəlman dini icmalarının birgə fəaliyyət göstərdiyini, ümumilli, ümumdövlət məsələlərində birgə olduqlarını hər zaman görürük. Vətən müharibəsi dövründə də bunu gördük. Azərbaycanda dini mühitə xaricdən müdaxilə etmək, dinlərarası, məzhəblərarası qarşıdurma yaratmaq istəyənlər hər zaman iflasa uğrayıblar. Ona görə ki, Azərbaycanda dini mühit ənənələrə və tolerantlığa söykənir. Dövlət Departamentinin həmin Komissiyanın məlumatlarına istinadən bu cür fikirlər səsləndirməsi, dini mühitimizlə bağlı qərəzli mövqeyi nümayiş etdirməsi qəbuledilən deyil. Dini baxımdan izlənməli olan ölkələrdən biri bəlkə də elə Amerikanın özüdür. Çünki ABŞ-də müsəlmanlara və digər dini icmalara, habelə qaradərililərə qarşı nə qədər hadisələrin olduğu hamıya bəllidir". 

Bu, Azərbaycan cəmiyyətinin daha mədəni və tolerant olmasının sübutudur 

ABŞ-lı hüquq müdafiəçilərinin məlumatlarına görə, 2021-ci ildə ABŞ-da dini dözümsüzlük zəminində yəhudi və müsəlmanlara qarşı törədilmiş 1005 cinayət faktı qeydə alınıb. Eləcə də 2022-ci ildə 6720 müsəlman dini ksenofobiyaya məruz qalıb. Anti-İslam əhval-ruhiyyəsinin həyəcanverici həddə çatması barədə məlumatlar Amerika reallıqlarının kiçik bir hissəsini əks etdirir. Həmin Komissiyanın özü Amerikada bir alət rolunu oynayır, bu alətdən də başqa ölkələrə təzyiq göstərmək üçün istifadə edilir. Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı üçün sınaq dövrü idi. Həmin savaşdan və sınaqdan ölkənin hər vətəndaşı qalib, alnıaçıq, üzüağ çıxdı. Bu, Azərbaycan cəmiyyətinin daha mədəni və tolerant olmasının sübutdur. Bütün bunlar Azərbaycandakı vicdan azadlığı və mədəni azadlığın nəticəsidir. Belə azadlıqlar isə cəmiyyətin birliyinin təməlidir.

Azərbaycan çoxkonfessiyalı ölkədir və burada ayrı-ayrı dini konfessiyalar bərabər şəkildə fəaliyyət göstərir. Ona görə də respublikamızda mövcud olan bu sağlam mühitin təbliğində medianın rolu böyükdür. Buna görə də, dini mövzulara müraciət edən jurnalistlər bu istiqamətdə yazılar hazırlayarkən dindən sui-istifadə, dini siyasiləşdirməyə cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə hallarını nəzərə almalı, diqqətli olmalı və mövzuya həssaslıqla yanaşmalıdırlar. İdeoloji sahədə yaranmış bütün problemləri həll etmək üçün dövlət qurumları ilə yanaşı, jurnalistlər də öz töhfələrini verməlidirlər.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ