Cümə axşamı günü, 05 noyabr 2026
     

Bakı bəyan etdi - İrəvanla sülh daha beynəlxalq gündəm mövzusu olmayacaq...

Image


Son sərhəd insidentinə baxmayaraq, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasında, əməkdaşlıq münasibətlərinin qurulmasında yenə maraqlı tərəf kimi çıxış edir. 

Hətta rəsmi Bakı elan edib ki, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı İrəvanla əməkdaşlıq etməyə hazırdır. Bu müsbət bəyanat Ermənistan və Azərbaycan arasında sərhəddə baş vermiş atışmadan sonra verilib.

Xatırladaq ki, sərhəddə dörd ölümə və yaralanmaya səbəb olmuş atışma Azərbaycan və Ermənistan arasında sülh razılaşması barədə danışıqlar getdiyi bir vaxtda baş verib. Artıq o da bəllidir ki, sərhəd insidentinin günahkarı Ermənistandır. Azərbaycan, cavab tədbiri olaraq, Ermənistan ordusuna aid döyüş postunu darmadağın etdi. Məhz həmin postdan açılan atəşlə Azərbaycan hərbçisi yaralanmışdı. Ermənistan hadisənin səbəbini araşdıracağını bildirib. Dövlət Sərhəd Xidmətinin əməliyyatı nəticəsində dörd erməni hərbçi həlak olub. Onların, əsasən, yaşlı könüllülər olduğu da üzə çıxıb. Ermənistan Müdafiə Nazirliyi bu hərbçilərin "Yerkrapa" hərbi qrupunun üzvləri olduğunu bildirib. Elə bundan sonra Ermənistan ordusunun sərhəddə vəziyyəti sual altına alınmaqdadır - atışmanın baş verdiyi hissəyə kim nəzarət edir: ordu, yoxsa muzdlu döyüşçülər? İndilikdə görünən odur ki, Ermənistan tərəfdən baş verənlər təxribatdır və son sabitlik fonunda sülh prosesinə ciddi zərbədir. Rəsmi Bakı onu da diqqətə çatdırır ki, Avropa İttifaqının Ermənistandakı missiyasının nəzarətində olan ərazilərdə baş verdiyi üçün insident bu missiyanın məqsəd və məramlarına dair ciddi suallar yaradıb. Xatırladaq ki, "Yerkrapa" Könüllülər Birliyi 1993-cü ildə yaradılıb. Təşkilatın əsas məqsədi "Ermənistan Silahlı Qüvvələrinin gücləndirilməsi, Qarabağ müharibəsi veteranlarının sosial şəraitinin yaxşılaşdırılması və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsinin təbliği"dir. Amma daha çox terrorçu fəaliyyətlə məşğul olan bu təşkilatın Azərbaycanla sərhəddə yerləşdirilməsi Ermənistanın sülhdən yayındığını göstərir. İrəvan bu kimi addımlara son verməli, sülh üçün digər addımlar da atmalıdır. Bunlardan biri də, sülh razılaşmasının tərkib hissəsi olaraq, Azərbaycan tərəfindən tələb kimi irəli sürülən Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsidir. Azərbaycan yüksək səviyyədə bunu bir daha diqqətə çatdırıb. Azərbaycan prezidenti İlham Əliyev fevralın 14-də inauqurasiya çıxışında deyib ki, əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq. 

Rəsmi Bakı İrəvandan Ermənistanın ali qanununun preambulasında əks olunan və Ermənistanla Qarabağın birləşdirilməsini nəzərdə tutan bəyannamənin çıxarılmasını tələb edir. Bakı Ermənistan konstitusiyasındakı bu məqamı Azərbaycan ərazisinə qarşı davamlı hüquqi iddia kimi görür. Bunlar fonunda "Carnegie Europe" təşkilatının Şərqi Avropa və Qafqaz üzrə baş elmi işçisi Tomas de Vaal bildirir ki, hazırda tərəflər arasında sülhün əldə olunmasını gecikdirən üç əsas məqam mövcuddur.

Bunlardan biri rəsmi Bakı və İrəvan arasında sərhədlərin demarkasiyası üçün istifadə ediləcək xəritələr ətrafında fərqli mülahizələrin olmasıdır. Digər bir məsələ münaqişənin həlli və davamlı sülh üçün beynəlxalq səviyyədə qarantiyanın yaradılmasıdır. Belə ki, Ermənistan sülh razılaşmasında beynəlxalq dəstək və qarantorların olmasına çalışır, rəsmi Bakı isə sərhəddə üçüncü tərəfin nəzarətinə ehtiyac görmür. Təhlilçi tərəflər arasında gərginliyə üçüncü səbəb kimi isə uzun müddət bağlı olan və 43 kilometrlik hissəsinin Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan Zəngəzur dəhlizini göstərib. Onun fikrincə, Bakı və İrəvan arasındakı münasibətlərdə narahat edən ssenari odur ki, Azərbaycan Ermənistanın cənubunda razılaşmaya uyğun olaraq dəhliz verilməsini tələb edir: "Başqa sözlə desək, 2024-cü ildə Ermənistan, böyük ehtimalla, Qərb və İrəvanın maraqlarına xidmət etməyən Zəngəzur dəhlizi   planını irəli sürən Bakı və Moskvanın böyük təzyiqi altında qalacaq".  O xatırladır ki, Azərbaycanda sərhəd hadisəsinə görə Avropa İtitfaqı missiyası tənqid olunmaqda ikən, Ermənistan və Aİ arasında daha da yaxınlaşma müşahidə edilir. Aİ xarici siyasət üzrə Ali nümayəndəsi Josep Borrell Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşündə bu xüsusda bildirib: "Aİ-Ermənistan əlaqələri heç vaxt olmadığı qədər güclüdür və hər iki tərəf bu münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır". Rəsmi Bakı Aİ rəsmisini sərhəddə Ermənistan ordusunun Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatına göz yummaqda günahlandırıb. Ümumiyyətlə, Ermənistan hökuməti uzun müddət müttəfiqi olan Rusiya ilə münasibətlərdə yaranan ixtilaflardan sonra Avropa İttifaqı ilə əlaqələri daha da yaxınlaşdırmağa çalışır. Azərbaycan prezidenti İlham Əliyev inauqurasiya çıxışında deyib ki, hər kəs Azərbaycan-Ermənistan məsələsilə məşğul olmağa çalışır, ancaq onun fikrincə, Ermənistan-Azərbaycan məsələsi həll edilib və Ermənistanla müqavilə imzalanmasa, Azərbaycanın hazırkı siyasətində heç nə dəyişməyəcək: "Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun". Beləliklə, Azərbaycan sülh üçün Ermənistana konkret yiolları göstərir. Buna diqqət olunmayacağı halda uduzan yenə Ermənistan olacaq.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ