Cümə axşamı günü, 05 noyabr 2026
     

Milli həmrəylik Azərbaycanı dünyanın ən qüdrətli ölkələrindən birinə çevirir

Image


Müasir dünyada qloballaşma şəraitində həmrəylik məsələləri bütün ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Əsl həmrəylik təkcə xarici fəaliyyət tərzinin təzahürü deyil, həm də insanın emosional, iradi və intellektual cəhətlərinin nümayişidir. İnsanın yaradıcılığa təbii cazibəsi həmrəyliyin yaranması üçün mühüm motivdir.

Həmrəyliyin yaranmasına təsir edən səbəblər və amillər çox müxtəlifdir. Lakin dərin, həqiqi həmrəyliyin formalaşması üçün insanlar arasında qarşılıqlı hörmət amili, milli maraqlar məsələsi kimi faktorlar mühüm rol oynayır.

Birlik, həmrəylik, şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha sıx birləşdirir

Həmrəyliyin inkişafı fərdin ictimai şüurunun səviyyəsi ilə müəyyən edilir. Əgər ictimai şüurun yüksəlişi və insan inkişafının lazımi dərəcəsi yoxdursa, deməli, həqiqi həmrəylik də yoxdur. Belə halda istənilən cəmiyyətin tənəzzülü də qaçılmaz hesab olunur. 

Bu cür həmrəyliyə malik olmayan ölkələrin süqutu da qaçılmazdır. Onlar kənar qüvvələrin təsiri ilə ərazi itkilərindən tutmuş digər formalarda itkilərə məruz qalırlar. Amma əks halı yaşayan ölkələrdə vəziyyət fərqlidir. Azərbaycan bunun ən yaxşı nümunələrindən biridir. Məhz bütün azərbaycanlıların həmrəyliyi ərazi bütövlüyümüzün bərpasında, Ermənistanın işğalına son qoyulmasında mühüm rol oynadı. Məsələnin bu tərəfinə nəzər salan Prezident İlham Əliyev inaqurasiya mərasimində çıxışı zamanı mühüm fikirlər səsləndirdi: "Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik. Biz hamımız şəhidlər vermişik, qan tökmüşük. Erməni işğalçılara qarşı sinəmizi qabağa verib döyüşə getmişik. Bu birlik, bu həmrəylik və bu şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir və bu da əsas vəzifələrdən biri kimi qarşıya qoyulur. Deyə bilərəm ki, bu sahədə çox böyük tarixi nailiyyətlər var, baxmayaraq ki, müxtəlif istiqamətlərdən bu birliyi pozmaq, bizim aramıza girmək, təxribat xarakterli uydurmaları ortaya atmaq cəhdləri kifayət qədər çox olub və olacaq. Çünki bizi istəməyən qüvvələr, bizim gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələr çalışacaqlar ki, bu amildən istifadə etsinlər. Onların səyləri əbəs olacaq. Bizim birliyimiz bu səylər qarşısında bir sədd kimi durmalıdır və durur. Bu istiqamətdə bundan sonra da lazımi addımlar atılacaq. Təbii ki, cəmiyyət, vəzifəli şəxslər, dövlət qurumları burada vahid siyasət aparır və bu siyasət gündəlik həyatda özünü göstərir". Azərbaycan xalqının dirçəlişində, tərəqqisində milli birlik müstəsna rol oynayır. Bu fakt ölkəmizin regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Aparılan siyasət nəticəsində  həmrəylik ideyası bütün səviyyələrdə ictimaiyyət üçün getdikcə daha maraqlı xarakter alıb. Çünki o, dövlətçiliyin və vətəndaş cəmiyyətinin, bütövlükdə cəmiyyətin inkişafı diskursuna uyğun gəlir. Cəmiyyət nə qədər mürəkkəbdirsə, onda mövcud olan bəzən ziddiyyətli proseslərin sayı bir o qədər çox olur və buna görə də tarazlıq və bütövlük məsələləri getdikcə daha çox əhəmiyyət kəsb edir. Güman etmək olar ki, bu fonda həmrəylik məsələləri dövlət və cəmiyyət üçün onların formalaşma dövründə və dönüş nöqtələrində, məsələn, böhranın aradan qaldırılması və ya modernləşmə zamanı daha çox aktualdır. Məhz o zaman həmrəylik dərəcəsi transformasiyaların uğurundan, sabit strukturlarla və normativ dəyərlər sistemi ilə səciyyələnən sosial nizama keçiddən danışmağa imkan verir. 

Milli həmrəylik şəxsi inkişaf üçün də mühüm resursdur 

Tarixi təcrübə göstərir ki, böyük dövlətlərin süqutu zamanı baş verən differensiallaşma prosesləri, bir qayda olaraq, yeni yaranmış ölkələrə, ilk növbədə milli dövlətlərə aiddir. Bu zaman insanları bir araya toplamaq və funksional sosial struktur qurmaq, ictimai nizamı bərpa etmək olduqca vacibdir. Belə halda həmrəylik faktoru ön plana çıxır. Bu, transformasiya dövrlərində qaçılmaz olaraq pozulan bütün sosial əlaqələrin bərpası xüsusi diqqət mərkəzində yer alır.  Deməli, həmrəyliyə çağırış heç də təsadüfi deyil, o, həmişə güclü münasibətlər diskursunda nəzərə alınıb. 

Qeyd edək ki, hər bir inkişaf edən cəmiyyət üçün dövlət institutu sabitliyi təmin edir və buna görə də vətəndaş cəmiyyətinin inkişafı dövründə dövlətin möhkəmlənməsi mümkün olur. Dövlət və vətəndaş cəmiyyəti institutlarının müşahidə olunan ikiliyi onlar arasında yaranan ziddiyyətlərdə və onların bir-birindən aşkar asılılığında özünü göstərir. İki təyin olunmuş sosial institutun qarşılıqlı əlaqəsi cəmiyyətin təşkilinin vacib mexanizmlərindən biri hesab oluna bilər. Bu, həm də həmrəyliyə təkan verir. Müasir demokratik azadlıqlar dövründə həmrəylik həm də milli dövlətin möhkəmləndirilməsi zərurəti ilə vətəndaş cəmiyyətinin təbii inkişafı prosesi arasında tarazlığın tapılması kontekstində qurulur. Həmrəylik sosial inteqrasiya prosesində də əsas hadisələrdən biridir. Bundan başqa, həmrəylik əməkdaşlığa münasibət, firavan gələcək obrazı, birgə fəaliyyət planı, qarşılıqlı yardım bacarıqları və sairi özündə birləşdirən mürəkkəb sosial-psixoloji konstruksiya kimi qəbul edilir. Həmrəylik təkcə qrup dinamikası üçün deyil, həm də şəxsi inkişaf üçün resurs kimi görünür. Bu fonda Azərbaycanda həmrəyliyə xüsusi diqqət təsadüfi xarakter daşımır. Azərbaycan xalqı hər zaman öz milli kimliyi, birliyi, həmrəyliyi ilə örnək, nümunə olub. Tarixin ən çətin dövrlərində belə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı vətən, dövlət, torpaq naminə birlik nümayiş etdirib. Bu, həm də hər bir azərbaycanlının özü üçün müstəsna önəm kəsb edib. Dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq isə dövləti daha güclü edir. Soydaşlarımızın qarşısında qoyulan əsas vəzifə yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi, mədəni həyatında yüksək mövqelər tutmaq, eyni zamanda tarixi vətənləri ilə əlaqələri daha da gücləndirməkdir. Xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasəti də məhz buna xidmət edir. Faktdır ki, 44 günlük Vətən müharibəsində dünya azərbaycanlılarının həmrəyliyi tarixi Qələbəmizi daha inamlı etdi. Müqəddəs savaşımız zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrinin təxribatlarına qarşı cəsarətli etirazları, dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin göstərilməsi işində fədakar xidmətləri qələbəmizə layiqli töhfə oldu. İndi əsas məsələ milli həmrəylik fonunda Azərbaycanı daha qüdrətli ölkəyə çevirməkdir.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ