Cümə axşamı günü, 05 noyabr 2026
     

İtkinlərimizin xatirinə cinayətkar erməni səhra komandirləri ilə əməkdaşlıq edəcəyik...

Image


İbrahim Rüstəmli: "İtkin düşmüş vətəndaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə cinayətkar səhra komandirlərinin cəlb edilməsi məsələsi Azərbaycanın zəifliyi deyil..."

"...Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış və 01.01.2024-cü il tarixə olan məlumata əsasən onlardan yalnız 25 nəfərinin qalıqları eyniləşdirilmişdir". 

Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) yaydığı məlumatda bildirilib.  

Qeyd olunana görə, Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha ciddi narahat edir. "Belə ki, 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş həmin 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasındakı və vaxtilə işğal altında olmuş Azərbaycan Respublikasının ərazilərindəki saxlanma yerlərində BQXK tərəfindən baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olmuşlar. Lakin sonradan onlardan 17 nəfərinin meyiti Azərbaycana təhvil verilmiş, 4 nəfərin sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmamış, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmamışdır.

Eyni zamanda, Dövlət Komissiyası itkin düşmüş soydaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə kütləvi məzarlıqların yerləri barədə kifayət qədər məlumatlara malik və 1994-cü ilədək Ermənistan tərəfindən döyüş əməliyyatlarına rəhbərlik etmiş səhra komandirlərinin və digər səlahiyyətli şəxslərin cəlb edilməsini zəruri hesab edir.
 Dövlət Komissiyası olaraq, hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa hazır olduğumuzu bir daha bəyan edirik" - deyə məlumatda bildirilir. 

Ermənilərin səhra komandirləri, səlahiyyətli şəxsləri bu prosesə qoşula bilərmi?

"Buna çox yüksək səviyyədə düşünülmüş addım kimi yanaşıram, dəyərləndirirəm" 

Məsələyə şərh verən hərbi ekspert İbraihim Rüstəmli "Bakı-Xəbər"ə şərhində "Məsələ bundan ibarətdir ki, Azərbaycan dövləti vəziyyəti gərginləşdirmək yox,  sülh ab-havası yaratmaq məqsədilə çoxlu addımlar atır. Çünki özünün ən   böyük hədəflərinə artıq çatıb. Qarşıda onun bir neçə ciddi hədəfi də var. Bu hədəflərə nail olmaq üçün Azərbaycan. həmişə olduğu kimi, sülh mövqeyindən çıxış etməlidir. Bu çox zəruridir. Yəni Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb. 44 günlük Vətən savaşı da aniterror əməliyyatı kimi başlanıldı və bu əməliyyat nəticəsində biz torpaqlarımızın yarı bir qismini döyüş, yarı qismini isə sülh yolu ilə aldıq. İndi vəziyyət belədir ki, bu 30 il ərzində xeyli itkilərə məruz qalmışıq və itkin düşən vətəndaşlarımızın axtarılıb tapılması, öz doğmalarına qaytarılması günün əsas məsələlərindən biridir. Çünki ola bilməz ki, insan izsiz-tozsuz yox olsun. Bu mənada əgər ehtiyac varsa, vurğulandığı kimi, cinayətkar erməni səhra komandirləri ilə əməkdaşlığı da məqbul sayıram.  Ona görə ki, Azərbaycan dövləti itkin düşmüş vətəndaşları barədə çox ciddi narahatlıq hissi keçirir. İtkin düşən vətəndaşlarımız barədə dəqiq məlumatların əldə edilməsi bir vətəndaş kimi bizi də ciddi şəkildə düşündürür. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı dəfələrlə öz çıxışlarında hələ də "dəmir yumruğ"un göydə qaldığını və "ermənilər dəmir yumruğu yaddan çıxarmamalıdır" fikrini bəyan edib"-deyə bildirdi. 

İ.Rüstəmli qeyd etdi ki, biz bununla paralel olaraq sülh mövzusunda da çox ciddi diskussiyalara, tədbirlərə imza atırıq. O vurğuladı ki, ermənilər hər cür vasitələrlə Azərbaycana qarşı dezinformasiyalar, erməni əhalinin "öz ev-eşiyindən qovulması" kimi həqiqətə uyğun olmayan məlumatlar yayır və bundan öz məqsədləri naminə istifadə edirlər. "Eyni zamanda bu proseslərdə Fransa, Amerika kimi bir sıra dövlətlər iştirak edir. Onların da əsas məqsədi Cənubi Qafqazdakı sülh və əminamanlığın kökünü kəsməkdir. Bilirsiz ki, biz sonuncu antiterror tədbirlərini həyata keçirməzdən əvvəl Fransa çox böyük planla Cənubi Qafqaza soxulmaq istəyirdi. Bu, 500 nəfərlik fransızın Qarabağda, Xankəndidə yerləşdirilməsi planı idi. Onların böyük əksəriyyəti Fransa xüsusi xidmət orqanlarının, xüsusi təyinatlıların nümayəndəsi idi. Əgər onlar bura gəlsəydi çox ciddi problemlər yaşanacaqdı. Azərbaycan dövləti müdrik və qabaqlayıcı addımları ilə bunun qarşısını aldı. Dediyim kimi, biz böyük hədəflərimizə nail olmuşuq. Hazırda əsas məsələ bir tərəfdən ərazilərimizin minalardan təmizlənməsi, onların yaşayış üçün yararlı vəziyyətə gətirilməsi, bununla bağlı minaların basdırıldığı ərazilərin xəritələrini ermənilərdən tələb olunmasıdırsa, digər məsələ Birinci Qarabağ müharibəsi dövründə itkin düşən vətəndaşlarımızın taleyidir ki, Azərbaycan dövləti də həqiqətən buna çox həssaslıqla yanaşır. Mən bunu alqışlayıram"-deyə ekspert bildirdi. 

İtkin düşən vətəndaşlarla bağlı mövzunun həddən artıq ağır olduğunu deyən İ.Rüstəmli bildirdi ki, vətəndaşlarımız naminə Ermənistan tərəfindən döyüş əməliyyatlarına rəhbərlik etmiş səhra komandirlərinin və digər səlahiyyətli şəxslərin onların axtarışlarına cəlb edilməsi niyyəti Azərbaycanın zəifliyindən irəli gəlmir. O vurğuladı ki, həmin cinayətkar səhra komandirləri vətəndaşlarımızın dəfn yerlərini bilirlər, bu səbəbdən də onların axtarış prosesinə cəlb edilməsi vacib hal kimi ortaya çıxıb. "İtkin düşmüş vətəndaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə cinayətkar səhra komandirlərinin cəlb edilməsi məsələsi Azərbaycanın zəifliyi deyil, bu bir hümanizm, insanlıq, sülh nümunəsidir. Azərbaycan dəfələrlə bəyan edib ki, biz Cənubi Qafqazda yeni bir münaqişə ocağının yaranmasını istəmirik..."-deyə İ.Rüstəmli qeyd etdi.

O, həmçinin bildirdi ki, Ermənistan ərazisində binoklla gəzən Aİ missiyasının nümayəndələri də var, onların da əsas məqsədi Azərbaycan tərəfindən Cənubi Qafqazda yaradılmış yeni geosiyasi reallığı pozmaq və Cənubi Qafqazı öz monopoliyası altına almaqdır... 

"Bir sözlə, mən bu məsələyə humanizm, insanlıq baxıpmından, siyasi, hətta hərbi baxımdan müsbət baxıram. Buna çox yüksək səviyyədə düşünülmüş addım kimi yanaşıram, dəyərləndirirəm. Hər bir Azərbaycan insanının həyatı bizim üçün dəyərlidir. 30 il ərzində itkin düşmüş minlərlə insanımız var ki, onların taleyi barədə məlumat ortaya çıxamalıdır. Çıxacaq da. Mən hələ prosesin əvvəlində, bəzi yerlərdə lokal şəkildə məzarlıqlar aşkar ediləndə bildirmişdim ki, bu məzarlıqların sayı çox olacaq, belə məzarlıqlar illərlə tapılacaq. Bunun da arxasında Azərbaycan insanı dayanır. Orada insanlığa sığmayan şəraitdə dəfn olunan insanların cəsədlərinin geri qaytarılması, el qaydası ilə, layiqli şəkildə torpağa tapşırılması çox önəmlidir. Bu məsələ doğrudan da çox ciddi məsələdir. Tanıdığım onlarla, yüzlərlə insan var ki, hələ də öz doğmasının yolunu gözləyir. Onların ata-anaları, qardaşları, bacıları, övladları, doğmaları itkin düşüb. Hesab edirəm ki, bu itkin düşən insanların sümüklərinin də olsa geri qaytarılması onlar üçün nə qədər əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüsünü çox yüksək dəyərləndirirəm. Azərbaycan tərəfin bu müstəvidə cinayətkar ermənilərlə əlaqəyə girməsi onun hərbi zəifliyi, siyasi zəifliyi deyil. Əksinə, o insanların üzə çıxması Azərbaycan üçün Ermənistana qarşı növbəti bir arqument olacaq. Özü də çox ciddi arqument"-deyə qeyd edən İ.Rüstəmlinin sözlərinə görə, bu arqumentləri də biz istər regionda, istərsə də dünya miqyasında bütün beynəlxalq aləmə çatdıra bilərik, bununla da ermənilərin iç üzünü olduğu kimi göstərmək imklanı qazanarıq. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ