Cümə axşamı günü, 05 noyabr 2026
     

KTMT-dən Ermənistana xəbərdarlıq: geosiyasi qüvvələr İrəvanı yeni müharibəyə sövq edir...

Image


KTMT Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialını görür, vəziyyəti normallaşdırmaq üçün sülh müqaviləsi tələb olunur. Bunu KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov deyib: 

"Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatlarına çıxış əldə etmək və özlərini Mərkəzi Asiyaya birbaşa çıxışla təmin etmək cəhdləri var. Bu məqsədlə Ermənistan-Azərbaycan sərhədinin yüksək münaqişə potensialından fəal istifadə olunur. Sülh sazişinin bağlanması vəziyyətin gələcək nizamlanmasında vacib olaraq qalacaq".

Serdyukovun sözlərinə görə, Qərb, Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı ilə İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır: "Ermənistanın təşkilata üzv olmasına baxmayaraq, münaqişədən sonrakı nizamlanmanın formatına kənardan təsir göstərmək cəhdləri davam edir". Beləliklə, bu açıqlamadan görünür ki, Ermənistanın sərhəd toqquşmasının arxasında həm də geosiyasi səbəblər dayanır.  Belə halların qarşısının almağın əsas yolu isə sülh müqaviləsinin imzalanmasından keçir. Rusiyalı politoloq Dmitri Solonnikov da məsələyə qeyd olunan prizmadan nəzər salır: "Təxminən dörd ay ərzində hər şey sakit və yaxşı idi. Ənənəvi sual təşəbbüskarın kim olması və bunun niyə baş verməsidir. Burada bir neçə variant var. Baş verənlər İrəvanın işi ola bilər. Paşinyanın sülh prosesində status-kvonu saxlamaq və Azərbaycanla sülh sazişi imzalamaqdan yayınması faydalıdır. Nikol qorxur ki, belə bir sənədə imza atan kimi onu uzaqlaşdıracaqlar. Ona görə də o, sülh sazişinin imzalanmasını yubadır, ənənəvi təxribatçı və tamamilə saxta bəyanatlar səsləndirərək sülh prosesini əngəlləməkdə günahkarın guya Azərbaycan olduğunu deyir. Baş verənlər həm də erməni millətçi yaraqlıları ilə əlbir olan hərbi komandirlərin təşəbbüsü ola bilər. Erməni mediası təxribatın "Yerkrapa" adlı strukturun silahlıları tərəfindən həyata keçirildiyini yazır. Bu struktura 90-cı illərdə Azərbaycan ərazilərinin işğalında iştirak etmiş şəxslər daxildir. Yanvarın sonunda isə bu yaraqlıların başçısı iddia etdi ki, onun adamları, təxminən 10 min nəfər Ermənistan-Azərbaycan sərhədində yerləşdirilib". Solonnikov qeyd edir ki, eskalasiyada Qərb də maraqlıdır: "Ötən ilin sentyabrında Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra ABŞ və Aİ-nin bəzi strukturları ilə münasibətlər pisləşib. Çünki Bakı təzyiqlərə dözməyi dayandırdı və Azərbaycan əleyhinə bəyanatlara açıq şəkildə cavab verməyə başladı. İndi Əliyevin seçkidə qələbə çalmasından sonra ABŞ, Almaniya, Böyük Britaniya kimi dövlətlərin onlara heç bir reaksiya vermədiyini gördük. Aİ və ABŞ-ın Azərbaycandakı səfirliyi ATƏT DTİHB-nin seçkini guya rəqabətsiz adlandırdığı qənaətini dəstəkləyib, baxmayaraq ki, seçkidə 7 namizəd iştirak edib. Daha sonra Aİ-nin Ermənistandakı missiyasının təxribatçı fəaliyyəti, eləcə də Azərbaycanın sərhədində "itirilmiş" Çexiya vətəndaşı ilə bağlı qəribə hadisə ilə əlaqədar Aİ-nin səfiri Azərbaycan XİN-ə çağırılıb. Eyni zamanda Aİ missiyasının yerləşdiyi ərazidə eskalasiya baş verib". Ekspert bu ssenarinin məhz Qərbdə cızıldığını istisna etmir.

Bütün bu baş verənlərdən ən böyük zərbəni isə Ermənistan alır. Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov da qeyd edir ki, bundan sonra da Ermənistanın hər hansı təxribatına beşqat cavab verib, artıqlaması ilə qisas alacağıq. O, "axar.az"a bildirib ki, DSX təxribatın həyata keçirildiyi postu darmadağın edib, postun yerləşdiyi əraziləri isə nəzarətə götürüb: "Ermənistan ordusu yenə atəş açarsa, Azərbaycan ordusu erməniləri cavab atəşi ilə yox, onların bir neçə döyüş postunu götürməklə susduracaq. Azərbaycan-Ermənistan şərti sərhədində əsas hakim yüksəkliklərdə bizim əsgərlərimiz yerləşir. Burada həm DSX-nin, həm Müdafiə Nazirliyinin, həm də Daxili Qoşunların bölmələri xidmət aparır. Belə davam edərlərsə, ordumuz irəliləyib, onların ərazilərinə girəcək. Onsuz da həmin ərazilər bizim tarixi ərazilərimizdir. Ermənistan ordusu hansı istiqamətdə təxribat törətsə, biz həmin istiqamətdə ərazilərə nəzarəti tam təmin edəcəyik". Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə qeyd edir ki, "Qisas" əməliyyatı zamanı məhv edilənlərin "Yerkrapa" terror təşkilatının üzvləri olduğunu etiraf edilib: "Təxribatda iştirak edən terrorçuların yaşına baxanda adam dəhşətə gəlir. Hesab edirəm ki, bu faktı beynəlxalq ictimaiyyətin diqqətinə lazımi şəkildə çatdırmalıyıq. Çünki Ermənistan rəsmiləri sülhdən danışırlar, amma 1957-ci və 1974-cü il təvəllüdlü adamlar sərhəddə təxribat törədir. Üstəlik, bu faktlar rəsmi İrəvan tərəfindən də etiraf olunub. Bu, həm də Dövlət Sərhəd Xidmətinin  təqdim etdiyi görüntülərdən aydın şəkildə görünür. Görüntülərdə döyüş növbəsi çəkən ordudan əsər-əlamət yoxdur. Orada başıpozuq bir dəstənin gəlib atəş açdığı görünür. Amma qarşı-qarşıya dayanan ordular müəyyən ehtiyat tədbirləri görürlər. Ən azından, əsgərlərin başında dəbilqə, əynində zirehli gödəkçə və sair olur. Sözügedən terrorçular isə rahat şəkildə gəlib atəş açıb getdilər. İndiyə qədər Ermənistan ordusunun acınacaqlı vəziyyətindən danışırdıq. İndi isə yaşlı terrorçuları dövlət sərhədinə göndərirlər. Əlbəttə ki, bu da Ermənistan üçün böyük bir rüsvayçılıqdır. Rəsmi İrəvan buna mütləq şəkildə aydınlıq gətirməlidir. Belə həssas bir məqamda terrorçular əllərində silahlarla gəlib prosesi pozurlar. Həmçinin, Ermənistan polisi terrorçuların oraya icazəsiz keçidiyini də istisna etmir. Bunun təsdiqlənməsi orada başqa kənar qüvvələrin olduğunu göstərəcək. Bu isə təxribatda maraqlı qüvvələrin olduğunu üzə çıxaracaq". Elə digər ekspertlər də burada başqa qüvvələrin əlinin olduğunu vurğulayır.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ