Cümə axşamı günü, 05 noyabr 2026
     

12 fevral təxribatının ardınca Paşinyanın və AB missiyasının planı bu idi, pozuldu...

Image


Elxan Şıxəliyev: "Böyük marağı olan ölkələr bizi sülh sazişindən uzaqlaşdırırlar ki, müharibəyə daha uyğun vəziyyət yaransın"

Son təxribat nəticəsində əsgərimizə güllə atılan ərazi Avropa Birliyinin müşahidə missiyasının fəaliyyət dairəsinə aiddir və ərazidə baş verən atışmadan AB missiyası təbliğat, daha sonra isə Ermənistan Baş nazirinin "güzgü prinsipi" ilə orduların geri çəkilməsi təklifini aktuallaşdırmaq üçün istifadə etməsinin planlaşdırıldığı ehtimalı vardı. 

AB diplomatiyasının rəhbəri Jozep Borrell Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə bu mövzuya toxunmaqla planı faktiki olaraq deşifrə etdi. Borrell bildirib ki, Ermənistan tərəfinin Azərbaycan əsgərlərinə atəş açması təəssüf doğursa da, Azərbaycan qeyri-proporsional reaksiya verdi.

Bütün bunlar onu deməyə əsas verirmi ki, son təxribat Ermənistanın Avropa ilə birlikdə həyata keçirdiyi layihədir? 

Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, bugünlərdə Zəngilan istaqəmətində ermənilər tərəfindən atəşkəsin pozulması və sərhədçimizin yaralanması gözlənilən ehtimallardan biri idi: "Mən bütün zamanlarda da deyirdim ki, Ermənistan bu və ya digər formada təxribat törədəcək. Yerini və zamanını isə özləri qərarlaşdıracaq. Ehtimallarımız isə, təəssüf ki, özünü doğrultdu. Biz bunu səbəb və nəticə konteksində qiymətləndirəndə Ermənistanın sülh sazişi ab-havasında hərəkət etməsinin səbəbi olmalıdır. Səbəb odur ki, Ermənistan həm sülh sazişinə hazır olmamasını sahədə baş verənlərlə əlaqələndirəcək, həm də Ermənistanda Avropa missiyasının, Ermənistanı dəstəkləyən qüvvələrin öz strateji maraqlarlarını həyata keçirməsinin yolunun müharibədən keçdiyinə işarə edəcək. Yəni birbaşa atəşkəsin pozulmasında iştirak edən adamlara diqqət edəndə görürük ki, şərti sərhədimizdə Ermənistanın silahlı qüvvələrinin sərhədçiləri olmalı olduğu halda, orda Ermənistanın terror təşkilatları üçün planlar hazırlayan mülki təşkilatın üzvləri peyda olub. Xüsusən də kəskin snayperlər, nişancılar məqsədli şəkildə yerləşdirilir. Onlar xüsusi tapşırıqla qarşı tərəfə itki verib gedənlərdi. Bunun adı təxribatdır. Bütün müharibələr də elə belə başlayır. Vəziyyətin gərginləşməsində həm də Avropa İttifaqının mülki missiyası maraqlıdır. Çünki o zolaqda ki onlar patrul nəzarət aparırlar, orada təxribat planlamasının içərisindədirlər. Bu və ya digər formada zaman - zaman Azərbaycan silahlı qüvvələrinə, sərhədçilərimizə qarşı təxribatlar törədəcəklər. Məqsəd, Azərbaycanla Ermənistanı böyük müharibəyə gətirib çıxarmaqdır. Böyük müharibə olarsa, böyük güclər öz çıxarlarını bunun üzərindən edərlər. İndi iki fərqli güc Ermənistanın ərazisindədir. Bütün fəaliyyətləri, silahlanmanı, hərbi - təhsil sistemini nəzarətə götürüblər. Ermənistanın müdafiə nazirinin müşavirini Fransanın briqada generalı səviyyəsində təyin ediblər. Silahlanma gedir, mülki missiyanı iki min nəfərə çatdırmaq istəyirlər. Bu,  Avropa İttifaqının gələcək strateji niyyətlərini həyata keçirmək üçün hərbi gücün formalaşdırılmasıdır. Digər tərəfdən Rusiyanın da ümumi altı minə yaxın şəxsi heyəti Ermənistan ərazisindədir. Bu iki fərqli güc özünün münasibətlərini Ermənistan ərazisində aydınlaşdıracaq. Adətən bu birbaşa onların özləri arasında münaqişədən, hərbi əməliyyatdan keçməz. Ancaq Azərbaycanla Ermənistanı müharibə vəziyyətinə gətirib, öz münasibətlərini aydınlaşdıra bilərlər. Orda ikinci ölkələrin qüvvələri varsa, Ermənistan atəşkəsi pozmasa da günün birində ya Rusiya hərbiçiləri, ya da Avropa İttifaqının mülki missiyası ermənilərin formasında təxribat törədə bilər, müharibə başlayar. İndi göründü ki, Ermənistan şərti sərhədə nəzarət edə bilmir. Bir çox strateji maraqlar var ki, bizimlə Ermənistanın münasibətində özünü göstərəcək. Düşünürəm, böyük marağı olan ölkələr bizi sülh sazişindən uzaqlaşdırırlar ki, müharibəyə daha uyğun vəziyyət yaransın. Müharibələr necə ölkələri zəiflədirsə, bizi də o hala gətirmək istəyirlər. Burada Avropa İttifaqının öz istəkləri də ortaya çıxır. Ermənistan rəhbərlərinin  səsləndirdiyi qoşunların "güzgü prinsipi" ilə geri çəkilməsini istəyirik ifadəsi Ermənistanın Azərbaycana verdiyi təkliflərin hamısının başında Avropa İttifaqının durduğunu göstərir. Biz Ermənistandan daha çox Avropa İttifaqının rəsmilərinin yanaşmasını diqqətə almalıyıq. Çünki Ermənistanın bütün əsaslandırmalarının arxasında Avropa İttifaqının niyyətləri dayanır".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ