Bazar günü günü, 30 avqust 2026
     

Ermənistanın "buynuzu yenə qaşınır" - sərhəd təxribatları ilə sülhü baltalayır...

Image


Erməni tərəfinin şərti sərhəd zonasında törətdiyi təxribat yenə Emənistana baha başa gəldi. Düşmən bu dəfə də ciddi itkiyə məruz qaldı. Bu barədə danışmazdan öncə qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Pərviz Xəlilzadə yaralanıb. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Azərbaycan bəyan edir ki, Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin mətbuat xidmətindən bildiriblər ki, fevralın 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan hissəsində erməni hərbçilərin atəşə tutması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır: "Yuxarı komandanlığın yazılı əmrlərində hərbi qulluqçunun vəziyyəti qiymətləndirərək atəş açmaq barədə qərar qəbul edə biləcəyi və ya borclu olduğu hallar aydın şəkildə müəyyən edilir. Bu hal təsdiq olunarsa, əmrin pozulmasına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq". Maraqlıdır ki, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin mətbuat xidmətinin bu məlumatının ardınca, yenə fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Təbii ki, Azərbaycan erməni tərəfinin bu özbaşınalığına susqun qala bilməzdi. Dövlət Sərhəd Xidmətinin bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribata cavab olaraq "Qisas əməliyyatı" keçirib. Məlumata görə, əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. Dövlət Sərhəd Xidməti bildirir ki, Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bütün bunlar bir daha onun təsdiqi oldu ki, Prezident İlham Əliyevin dediyi kimi, bir nəfər də olsun Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq. Əslində, buna qədər də Azərbaycan heç bir əsgərinin qisasını yerdə qoymayacağını praktiki göstərib. 2022-ci ildə keçirlən "Qisas" əməliyyatı bunun sübutlarından biridir. Xatırladaq ki, həmin il avqustun 3-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarını kobud surətdə pozaraq Azərbaycan ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Azərbaycan ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. Bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görüldü.  Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir neçə döyüş mövqeyi dağıdıldı, Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildi. Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edildi. Daha sonra düşmən həmin ərazidən təmizləndi. 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən qisas əməliyyatı da bu qəbildəndir. Elə hərbi ekspert Ədalət Verdiyev də qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın fevralın 12-də törətdiyi və bir sərhədçimizin yaralanması ilə nəticələnən təxribata qətiyyətli qisas əməliyyat ilə cavab verdi. Onun sözlərinə görə, Ermənistan siyasi hərbi rəhbərliyi tam əmin olmalıdır ki, bir nəfər də olsun Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq: "Bunu Ali Bas Komandan dəfələrlə bəyan edib. Düşmən təxribatları heç bir zaman cavabsız qalmayıb, qalmır və qalmayacaq. Ermənistan Avropa İttifaqı missiyasının da hazırlanmasında iştirak etdiyi təxribatlarda əl çəkməsə, Azərbaycan Silahlı Qüvvələrinin cavabı daha sərt olacaq. Düşmənin təxribat törətdiyi hər bir döyüş mövqeyi darmadağın ediləcək, zərurət yaranarsa həmin mövqelərdə Azərbaycan əsgəri və dövlət bayrağımız yerləşdiriləcək. Hazırda təxribat törədilən düşmən mövqeyi dağıdılıb, fərari ordusunun canlı qüvvəsi itkilərə məruz qalıb. Baş verən bu hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və bu təxribatları təşkil edən Avropa İttifaqının missiyasının üzərinə düşür. Baş verən təxribatlara Avropa İttifaqı missiyası reaksiya vermək, təxribatı qınamaq əvəzinə ərazini tərk etməklə işini bitmiş hesab edir. Ermənistan birdəfəlik anlamalıdır ki, heç bir qüvvə onun arxasında dayana bilməyəcək. Nə Ermənistan, nə də onun havadarları öz çirkin niyyətlərini gerçəkləşdirə bilməyəcəklər. Buna görə də Nikol Paşinyan siyasi avantüralardan əl çəkməlidir. Əks halda Ermənistan daha ağrılı nəticələr əldə edəcək". İndilikdə isə son hadisələr İrəvanın sülhdən uzaq olduğunu, bölgədə vəziyyəti məqsədli şəkildə gərginləşdirməyə çalışdığını göstərir. Bəlli olur ki, Ermənistan rəhbərliyinin sülhlə bağlı dedikləri sadəcə ictimaiyyətə hesablanmış açıqlamalardır. Qarşı tərəf şərti sərhəddə vaxtaşırı bu cür insidentlər yaratmaqla bölgədə vəziyyəti daim gərgin saxlamağa çalışır. Məqsəd regionda davamlı sülhün qarşısını almaqdır. Eyni zamanda, bu kimi təxribatın məhz Ermənistandakı Avropa İttifaqı Missiyasının müşahidə həyata keçirdiyi ərazidən baş verməsi bu missiyanın məqsəd və məramlarına dair ciddi suallar yaradır. Eyni zamanda, bu hal Avropanın bölgədəki missionerlik fəaliyyəti və "binokl diplomatiyası"nın lazımsız və təhlükəli olduğunu göstərir. Əslində, qisas əməliyaytından əvvəl baş verənlərə Aİ missiyasının nümayəndələri də reaksiya verməli, erməni təxribatını qınamalı idilər. Lakin əvəzində susmağa üstünıük verdilər. İndiyə kimi missiya üzvləri  bildirirdilər ki, bütün fəaliyyətləri regionda sülhün və sabitliyin yaranmasına xidmət edir və bundan narahat olmağa dəyməz. Amma son təxribatlar sübut etdi ki, Qərbin həyata keçirdiyi bu missiya Ermənistanın silahlanması qədər təhlükəlidir. Belə hadisələr regionda sülhə töhfə vermək əvəzinə qarşıdurma risqini gücləndirir. Bütün bunlarda Fransa, ABŞ kimi ölkələr maraqlıdır. Onlar Ermənistan vasitəsilə regionda möhkəmlənməyə çalşırlar. Belə əməllər isə sülh quruculuğu prosesinə töhfə vermir. Amma Qərb ölkələrinə güvənməyin fəlakətə səbəb olduğunu İrəvan digər regionlara, o cümlədən Yaxın Şərqə, Şərqi Avropaya baxaraq görə bilər. Ermənistanı silahlandıran, onu revanşizmə sürükləyən qüvvələr hər vəchlə bu ölkəni yeni hərbi əməliyyatlara təhrik edirlər. Bundan uduzan yenə erməni tərəfi olacaq. Azərbaycan açıq mətnlə bəyan edir ki, qarşı tərəfin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək. Indi seçim erməni tərəfinindir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

30.08.2026 / 13:45
"Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib" - Hikmət Hacıyev

30.08.2026 / 13:21
Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

30.08.2026 / 11:18
Nigerdə hərbi üsyan başladı – ordu Rusiyadan kömək istədi…

30.08.2026 / 10:54
Trampın "tarixi neft sazişi”nin təfərrüatları ortaya çıxdı - ABŞ Venesuelanın neft biznesindən pay alacaq…

30.08.2026 / 10:31
Nepal və Tibetdə daşqınlarda ölənlərin sayı 750-yə çatdı, 3000 nəfər itkin düşüb…

30.08.2026 / 10:27
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik etdi

30.08.2026 / 10:10
Şəkidə itlərin hücumuna məruz qalan turist helikopterlə təxliyə edildi - VİDEO

30.08.2026 / 09:34
Trampın Hörmüz iddiaları yalan çıxdı - 400 gəmi 6 min dənizçi ilə aylardır bölgədən çıxa bilmir…

30.08.2026 / 09:11
Moskva metrosunda böyük əməliyyat - 140 miqrant saxlandı, deportasiya ediləcəklər...

29.08.2026 / 23:20
Tramp indi də okeanlara göz dikdi – körfəzimiz, gölümüz var, indi bizə bir okean lazımdır...

29.08.2026 / 22:19
SEPAH Pakistandan İrana sızmağa çalışan silahlı qrupun yaxalandığını açıqladı - ABŞ və İsrail izi…

29.08.2026 / 21:23
Paşinyan Qazaxıstan və Qırğızıstana Zəngəzur dəhlizində pay təklif etdi - Ermənistanın payının 5 faizi…

29.08.2026 / 21:06
Qaluzin Ermənistanın dəmiryolu tələbinin arxasında Qərbin olduğunu deyir – “İrəvan şantaj edilir”…

29.08.2026 / 20:55
“Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib" - MEDİA

29.08.2026 / 20:48
Qara dənizdə türk gəmilərinə ard-arda hücum - Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı...

29.08.2026 / 20:35
Alman nazir yanacağın bahalaşmasına görə Trampı günahlandırdı – İrana qarşı məsuliyyətsiz müharibənin nəticəsidir…

29.08.2026 / 19:50
Macarıstanın yeni hökuməti Viktor Orbanın atasının şirkətinə iş açdı - məhsulları iki dəfə baha satıb…

29.08.2026 / 18:49
Polşadan xəbərdarlıq – Rusiya eskalasiyaya hazırlaşır, növbəti aylar kritik olacaq…

29.08.2026 / 18:11
Azərbaycan Prezidenti Bişkekdə keçiriləcək ŞƏT sammitində iştirak edəcək…

29.08.2026 / 17:24
“Zəngəzur dəhlizi açılanda oradan ilk keçənlərdən biri olmaq istəyirəm” - Türkiyənin Naxçıvandakı Baş konsulu

29.08.2026 / 16:56
Folklorşünas alim, professor Məhərrəm Qasımlı yaradıcılığında milli ruh...

29.08.2026 / 16:15
Meksikada miqrantları tunellər vasitəsilə ABŞ-a keçirən "Xala"nın lideri yaxalandı…

29.08.2026 / 15:56
Naxçıvana uçuşlar təxirə salındı...

29.08.2026 / 15:17
Bakıda 3 gün leysan olacaq - XƏBƏRDARLIQ

29.08.2026 / 14:35
Rusiya Kiyevin Buça bölgəsində sursat anbarını bombaladı - 37 ölü, 42 yaralı, 400 təxliyə... VİDEO

29.08.2026 / 13:44
Seuta miqrasiya böhranı dərinləşir - İspaniya AB-dən dəstək istədi…

29.08.2026 / 12:38
"Qırmızı Körpü" postunda maşında giazlədilmiş külli miqdarda dərman aşkarlandı

29.08.2026 / 12:21
Polis 1,3 kiloqram narkotik ələ keçirdi

29.08.2026 / 12:09
Polis cinayət törətməkdə şübhəli bilinən 48 nəfəri saxladı

29.08.2026 / 11:50
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb

29.08.2026 / 11:47
ABŞ heç bir xərc çəkmədən Venesuelanın 65 milyard bareldən çox neft ehtiyatı üzərində nəzarəti ələ keçirdi

29.08.2026 / 11:33
Nizamidə quldurluq edən şəxs yaxalandı

29.08.2026 / 11:18
SEPAH Trampı növbəti dəfə təkzib etdi – Hörmüzə "həlledici nəzarət" bizdədir…

29.08.2026 / 10:56
Zaxarova Alen Simonyanın son açıqlamalarını təxribat adlandırdı

29.08.2026 / 10:33
Ukrayna OZON-un Rostov vilayətindəki logistika anbarını da vurdu…

29.08.2026 / 10:17
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı

29.08.2026 / 09:49
BDYPİ sürücülərə müraciət etdi

29.08.2026 / 09:35
Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatdı

29.08.2026 / 09:10
Tramp hərəkətə keçdi - Sorosun bütün fond və təşkilatlarında vergi yoxlaması başlayır...

29.08.2026 / 07:07
Sorğuda Köçəryanın halı pisləşib - xahişi rədd edilib…

29.08.2026 / 06:37
Özəldən maraqlı Kılıçdaroğlu açıqlaması - “… günlərini sayır…”

28.08.2026 / 22:15
Dünyada milyarderlərin sayı rekord həddə çatdı – kiçik bir qrup dünyanın sərvətini ələ keçirir... MARAQLI FAKTLAR...

28.08.2026 / 21:48
Qərb ölkələrinin Ukraynada uzaqvuran raket istehsalının arxasında xüsusi plan var... Rusiya açdı...

28.08.2026 / 21:25
Paşinyan KTMT-dən üzülüşdüyü tarixi açıqladı - 2022-nin sentyabrında Azərbaycanla nə baş verib...

28.08.2026 / 21:08
Azərbaycan ABŞ CNN-dən yüz milyonlarla dollar uda bilər - "İran böhtanına" görə...

28.08.2026 / 20:30
"Paşinyan Putinlə 1 aprel söhbətlərinin tam əksini edir" - Zaxarovadan ağır etiraf...

28.08.2026 / 20:07
Nepalda sel fəlakətində ölənlərin sayı 500-ü keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

28.08.2026 / 19:58
Polşa səfiri XİN-ə çağırıldı - Rəsmi Bakı Varşavaya nota verdi...

28.08.2026 / 19:42
ABŞ-ın MKİ şefinin gizli Moskva görüşlərinin əsil səbəbi sonadək aydınlaşmadı...

28.08.2026 / 19:22
İspaniyanın Seuta şəhərindəki vəziyyət yenidən gərginləşdi - etirazçılar miqrant düşərgəsini yandırdılar...

28.08.2026 / 19:11
Hökmdar və Şeyx - YUNUS OĞUZ yazır

28.08.2026 / 19:04
Paytaxtda oğurluq edən şəxslər saxlandı

28.08.2026 / 18:47
Türkiyə Şimali Kiprlə bağlı güzəştə gedir? - Şimal və Cənub prezidentləri razılaşdı...

28.08.2026 / 18:30
Şaraa Rusiyanın hərbi bazalarını Suriyadan niyə çıxarmadı – Əsədin özü yox, sərvəti iş gördü...

28.08.2026 / 18:14
Avropa Birliyi Rusiyanın pullarının müsadirəsi üçün yeni plan tələb edir...

28.08.2026 / 17:58
Klinton Tramp barədə ŞOK şeylər açıqladı - “Putinə heyrandır, qazandığı pulların kökü Moskvaya çıxır”...

28.08.2026 / 17:41
Bakı istintaq təcridxanasına ayaqqabının içərisində telefon keçirmək istədi...

28.08.2026 / 17:34
600-dən yuxarı bal yığmış savadlı abituriyent adicə texniki səhvin qurbanı olur - Çıxış yolu yoxmu?...

28.08.2026 / 17:20
Rusiyada yanacaq böhranı Moskvaya da çatdı – YDM-də uzun növbələr yenidən yaranıb...

28.08.2026 / 17:07
Qara dənizdə naməlum PUA Bolqarıstan ordusunu ayağa qaldırdı...

28.08.2026 / 16:55
Əli İsa Cabbarov istefa verdi, Şəfiqə Məmmədova AKİ sədrliyinə yeganə namizəd oldu...

28.08.2026 / 16:41
Rusiya hökumətindən İrəvana mesaj – “təcili 3 şeyi etməlisiniz", TRIPP İran raketlərinin hədəfi ola bilər...

28.08.2026 / 16:25
İran CNN-nin yalanlarına uysaydı, Naxçıvana zərbələr daha dağıdıcı ola bilərdi...

28.08.2026 / 16:12
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

28.08.2026 / 16:06
Tramp Ontario gölünün adını dəyişdi, Demokratlar hərəkətə keçdi – qərarı ləğv edəcəklər...

28.08.2026 / 15:51
Avropaya üzv qəbulu siyahısında Gürcüstanla Türkiyənin adı çəkilmədi... İşlər qəlizləşir...

28.08.2026 / 15:37
Kiberpolsi onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxladı - VİDEO

28.08.2026 / 15:24
Paşinyan Azərbaycanla sülhü pozan daxili və xarici qüvvələrdən danışdı...

28.08.2026 / 15:08
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

28.08.2026 / 14:53
Putin hakimiyyəti Moskvada antiAzərbaycançı kütləvi aksiyalara start verdi...

28.08.2026 / 14:27
Baltikyanıdan olan Avropa komissarlarının Rusiya təcavüzündən bəhs edən qorxunc məktubu...

28.08.2026 / 14:10
Paşinyan – “hüquq sistemində Köçəryan-Sarkisyan mafiyası var, axtarışdan əvvəl məlumat sızdırıblar"...

28.08.2026 / 13:41
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə səkkizinci dəfə zərbə endirdi...

28.08.2026 / 13:23
Baş Prokurorluq tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırmalara başladı

28.08.2026 / 13:08
ABŞ kəşfiyyat şefinin Moskva səfərinin pərdəarxası açılır – “vəziyyətiniz pisləşməmiş müharibəni dayandırın”…

28.08.2026 / 12:50
Nepalda daşqınlarda ölənlərin sayı 475-ə çatdı... Yeni təhlükə - çinli xilasedicilər axtarışları dayandırdı…

28.08.2026 / 12:37
Bakıda iki qeyri-yaşayış obyekti və məsciddə qanunsuz müdaxilə - xəbərdarlıq edildi

28.08.2026 / 12:25
Bir vaxtlar Vüsaldan incidiyim üçün özümü bərk-bərk qınayıram...

28.08.2026 / 12:10
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

28.08.2026 / 12:09
Qara dənizin Rumıniya sahillərində ticarət gəmisi vurularaq batırıldı...

28.08.2026 / 11:42
Nepalda ard-arda fəlakət yaşanır… İndi də su bəndi partladı – əhaliyə təcili çağırış edildi…

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ