Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyanın dördüncü respublika iddiası - Azərbaycan və Türkiyəyə ərazi iddiası bitdi...

Image


Azərbaycanla sülh müqaviləsi imzalamayacağı, əməkdaşlıq münasibətləri qurmayacağı təqdirdə Ermənistanın böyük problemlər burulğanında qalacağı bu ölkədə də açıq etiraf edilir. Amma sülh üçün Ermənistan qanunvericilik aktlarına, o cümlədən konstiyusiyasına da müəyyən dəyişikliklər etməlidir. 

Hazırda bu məsələ Ermənistanda ziddiyyət predmetinə çevrilsə də, ölkənin başqa çıxış yolu da yoxdur.

Qeyd edilən xüsusda BBC tərəfindən hazırlanan və konkret durumu əks etdirən təhlildə bildirilir ki, erməni kimliyi illər boyu Qarabağ və Ağrı dağı kimi simvolların üzərində inşa edilib: "Amma ötən ilin sentyabrında İrəvan Qarabağ üzərində nəzarətini tamamilə itirdi və Ermənistan hakimiyyəti ölkənin konstitusiyası, gerbi və himninin dəyişdirilməsindən danışmağa başladı. Nikol Paşinyan və onun komandasının niyə yeni, dördüncü respublika yaratmaq istədiklərini və sıravi ermənilərin simvolların itirilməsinə necə reaksiya verdiyi maraqlıdır. Hələ ötən ilin yayında Ermənistanın baş naziri xalqı Konstitusiya Günü münasibətilə təbrik edərək, vətəndaşları əsas qanunu oxumağa çağırıb, çünki onun sözlərinə görə, bu hamı üçün faydalıdır. O vaxtdan bəri Paşinyan ölkənin əsas sənədinə öz münasibətini dəyişib və ölkəni daha rəqabətli etmək üçün onun dəyişdirilməsini təklif edir. Onun sözləri 2020-ci ildə İkinci Qarabağ müharibəsindən və 2023-cü ildə Azərbaycanın bölgə üzərində nəzarətinin bərpasına səbəb olan hərbi əməliyyatından sonra Bakı ilə İrəvan arasında danışıqların çıxılmaz vəziyyətə düşdüyünü əks etdirir. Paşinyan və komandası daha güclü Azərbaycanla yeni müharibədən və nəticədə artıq Ermənistanın özünün müstəqilliyinin itirilməsindən qaçmaq istəyir. Ermənistan lideri alleqoriyalarla danışmağı xoşlayır: o, konstitusiyanı yolunda öküzlər duran səyyahın qırmızı paltarı ilə müqayisə edir. Bu paltarları sevimli nənəsi tikib və səyyah üçün çox əzizdir. O, seçim etməlidir: sentimental düşüncülərə əsaslanaraq, təhlükəyə və risqə məhəl qoymayaraq yoluna davam etsin, ya qırmızı paltarı öküzün baxışlarından qorusun. Baş nazir bu il fevralın əvvəlində İctimai radioya müsahibəsində belə bir bənzətmə aparıb. Hərçənd, Paşinyan bunun ona kənardan təzyiqlə bağlı olduğunu birbaşa deməyib, amma alleqoriyanın mənası onun auditoriyasının diqqətindən yayınmayıb. Üstəlik, həmin gün Azərbaycan prezidenti İlham Əliyev açıq bəyan etmişdi ki, Ermənistan konstitusiyanı dəyişməlidir.

Əliyev konstitusiyanın dəyişdirilməsini tələb etsə də, onun nöqteyi-nəzərindən problem başqa bir sənəddə - Ermənistanın Müstəqillik Bəyannaməsindədir. SSRİ-nin formal süqutundan bir müddət əvvəl, 1990-cı ilin yayında qəbul edilmiş sənəddə "Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında" qərarına istinad var. Həmin vaxt Qarabağ Azərbaycan SSR-in tərkibində idi. Yerli muxtariyyətin deputatlarının ordan çıxmaq haqqında qəbul etdikləri qərar formal olaraq Bakıdan aralanmaq demək idi. Ermənistan konstitusiyasının preambulasında Qarabağla birləşmə məqsədi əks etdirilən bu Bəyannaməyə istinad olduğuna görə, Bakının nəzərində bu, Azərbaycan ərazilərinə hüquqi iddia deməkdir. Ancaq Bəyannamədə mübahisəli bölgə ilə birləşmədən başqa, daha bir məqam da var - 1918-ci ildə çar Rusiyasının xarabalıqları üzərində qurulan və tezliklə bolşeviklər tərəfindən zəbt edilmiş ilk Ermənistan respublikasının ənənəsinin davam etdirilməsi haqqında. 1991-ci ildə yaradılarkən dövlət bu respublikanın varisliyini qəbul edib və onun himnini, o cümlədən, üzərində digər simvollarla yanaşı, Bibliya əfsanəsinə görə, daşqından sonra Nuhun gəmisinin dayandığı Ağrı dağı da təsvir olunmuş gerbini götürüb. Paşinyan Ermənistanın simvolu kimi bu dağdan imtina etməyi təklif edir. O deyir ki, ölkənin ən hündür dağı Türkiyə ərazisində yerləşən Ağrı deyil, Alagözdür. Ağrı dağı  Ermənistanın dövlət simvolu kimi Türkiyəni qıcıqlandırır. Gerbin digər elementləri  haqqında da Paşinyan deyir ki, onların postsovet respublikası ilə heç bir əlaqəsi yoxdur. Baş nazirin ən yaxın silahdaşlarından biri olan Ermənistan parlamentinin sədri Alen Simonyan himnin də dəyişdirilməsini təklif edib.

Himni dəyişdirmək deputatın çoxdankı layihəsidir. Lakin o, heraldik aslanı "Facebook smaylik"i ilə müqayisə edərək, gerblə də bağlı iradını gizlətməyib. "Ən azından, Ermənistan su altında ola bilməz", – deyə Simonyan "ümumdünya daşqını" sularında yüksələn Ağrı dağının üzərindəki gəmi təsvirini belə səciyyələndirib.

Ermənistan hakimiyyəti öz təkliflərini referenduma çıxarmaq niyyətindədir və deyirlər ki, söhbət Ermənistan dövlətinin yenidən qurulmasından və 1918-1920-ci illərdə demokratik dövlət, Ermənistan SSR və bərpa olunmuş 1991-ci il müstəqil respublikadan sonra yeni dördüncü respublikanın yaradılmasından gedir. Ermənilər arasında yeni müharibə qorxusu bu məsələni sürətləndirib. Azərbaycan uzun müddətdir ki, Ermənistanın cənubundan keçməklə öz Naxçıvan eksklavına Zəngəzur dəhlizi adlandırdığı quru yolla əlaqə yaratmağa çalışır. Paşinyan hesab edir ki, bu, Ermənistana girişdə və çıxışda gömrük postları olan yol olmalıdır. Amma prezident İlham Əliyev hər hansı bir yoxlamanın olmamasını tələb edir. Paşinyan sülhə doğru addım kimi qoşunların sərhəddən güzgüvari şəkildə geri çəkilməsini təklif edib. Lakin Bakı onu rədd etdi. "Biz həm 2021-ci ilin mayında, həm də 2022-ci ilin sentyabrında tutduğumuz mövqelərdən bir addım belə geri çəkilməyəcəyik", - Əliyev deyib.

Onun nöqteyi-nəzərindən, ölkələr arasında sərhədlərin delimitasiyası aparılmadığından, bu, ermənilərin iddia etdiyi kimi işğal sayıla bilməz. Bunlar fonunda Paşinyanın təklifləri Ermənistan cəmiyyətində "erməni olmaq nə deməkdir", Qarabağ itirildikdən sonra və gerbdən Ağrı dağının silinməsi ehtimalı fonunda milli simvollar, milli ideya haqqında qızğın müzakirələrə səbəb oldu. Ermənistan hakimiyyəti "öz xoşuna denasifikasiya" yolunu seçib – jurnalist Arşaluys Mqdesyan rəsmi İrəvanın Bakının tələblərinə həvəslə əməl etməsini belə təsvir edib. Baş nazirin öküzlər və qırmızı paltarlarla bağlı alleqoriya işlətdiyi müsahibədən sonra İctimai radionun direktoru əməkdaşının siyasətçini kifayət qədər tənqidi sorğu-sual etməməsinə görə üzr istəyib və baş nazirin sözlərini belə şərh edib: "Gəlin, erməni olmağımızdan əl çəkək". Bəyanatı direktorun qırmızı gödəkçəli fotosu bəzəyir. Keçən il Ermənistanda keçirilən sorğulardan ən etibarlı hesab edilən Amerika IRI tərəfindən aparılan sorğu göstərib ki, ermənilərin əksəriyyəti heç bir siyasətçiyə inanmır, hökumətdən, ordudan və məhkəmə sistemindən narazıdır. Uzun müddət hesab olunurdu ki, Qarabağı uduzan istənilən erməni lideri dərhal devriləcək - bu məsələ ermənilər üçün bu qədər vacibdir. Lakin Paşinyan Qarabağdan tamamilə imtina etdi. Müxalifət liderləri onu "təslimçi" adlandırıb və kütləvi etiraz aksiyaları keçiriblər. Amma heç biri uğurlu olmadı. Sentyabrda İrəvan Şəhər Şurasına seçkilərdə müxalifət partiyaları qalib gəldi. Lakin onlar mer vəzifəsinə vahid namizədlə bağlı razılığa gələ bilmədilər və nəticədə hakim partiyanın 32,5 faiz səs qazanmasına baxmayaraq, Paşinyanın tərəfdarı mer oldu. Paşinyan hələ 2020-ci ildə Konstitusiya məhkəməsində islahatlar keçirmək üçün referendum təşkil etməyə cəhd edib. O zaman səsverməni pandemiya pozdu, lakin hakim partiya parlamentdə səsvermə yolu ilə lazım olan hakimləri təyin edə və Konstitusiya məhkəməsində səs çoxluğu əldə edə bildi. Bu dəfə də hökumət əsas qanunu yenidən yaza biləcəkmi? Ekspert Tiqran Qriqoryan qeyd edir ki, referendumda uğur qazanmaq üçün 600 mindən çox "lehinə" səs lazım olacaq".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ