Cümə axşamı günü, 05 noyabr 2026
     

Avropa Şurası 7 fevral seçkilərinə ziddiyyətli münasibətlərin içində itib-batır...

Image


Sahil İsgəndərov: "Bilirsiz ki, belə qurumlarda "yaxşı dayı", "pis dayı" kontekstindən çıxış edirlər"

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Avropa Şurasının Baş katibi İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib. Amma AŞPA səsvermə ərəfəsində Azərbaycana böyük təzyiqlər göstərdi, qarayaxma kampaniyası həyata keçirdi. Bunlar Avropa Şurasının eyni qurumudur. Bu məsələdə baş katib və Parlament Assambleyası fərqli-fərqli mövqe tutub. Bunların fərqli mövqe nümayiş etdirmələrinin səbəbi nədən ibarətdir?

"Bu qurumlarda Azərbaycanda keçirilən seçkilərə fərqli və bir-birinə zidd olan yanaşmalara rast gəlirik, amma o mövqelərin arxasında dayanan məqsədləri görürük" 

Politoloq Sahil İsgəndərov "Bakı-Xəbər"ə şərhində "Əslində Avropa Şurasının baş katibinin İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik etməsi, ən azı, protokol qaydalarından, yaxud etiket qaydalarından irəli gələn bir məqamdır. Amma burada söhbət əsasən daha çox İlham Əliyev kimi təcrübəli, strateji düşüncəyə malik bir şəxsə verilən qiymətdən gedir.   Yeri gəlmişkən, istər xanım Buriç, istərsə də Avropa qurumlarının rəhbərlərinin hamısı həm bir Prezident və siyasi fiqur kimi İlham Əliyevin, həm də Azərbaycanın əhəmiyyətini çox yaxşı dərk edirlər. Özü də təkcə regional səviyyədə yox, həm də Avropanın bir sıra problemlərinin həlli məsələsində bunu çox gözəl anlayırlar. Ona görə də onun Azərbaycan Prezidenti İlham Əliyevi növbəti qələbəsi münasibətilə təbrik etməsi məntiqi baxımdan çox düzgündür. Onu da qeyd edək ki, ondan əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin özünün Azərbaycan Prezidentini təbrik etməsi, ümumiyyətlə bir sıra məsələlərlə bağlı İlham Əliyevin dəstəyinə ümid etdiyini bildirməsi də bir göstəricidir. Sözsüz ki, bu kontekstdə Avropa Şurası rəhbərinin bu təbriki çox düzgün addımdır. Əlbəttə, burada bir məqam var ki,  Azərbaycanla və Azərbaycanın prezidenti ilə  onlar başqa cür davrana bilməzlər. Onlar yaxşı bilirlər ki, Azərbaycanla diqtə, təzyiq dili ilə danışmaq onlara heç nə verməyəcək. Əksinə, Azərbaycanın manevr imkanları onların imkanlarından qat-qat genişdir, böyükdür"-deyə bildirdi.

S.İsgəndərovun sözlərinə görə, artıq Azərbaycan regionda sülhə, sabitliyə və təhlükəsizliyə birbaşa qarant kimi çıxış edir, bunlar hamısı nəzərə alınır. "O ki qaldı AŞPA-nın bir qrup deputatının təhriki ilə hazırlanan qərəzli bəyanata, bu, AŞPA-nın daxilindəki ab-havadan irəli gəlir. Bu qurumun  özündə belə bir prosedur qayda var, 30-40 deputatın dəstəyi kifayətdir ki, götürüb hansısa bir dövlətə qarşı qərəzli qətnamə qəbul etsinlər. Artıq o qaydalara yenidən baxılması zəruridir. Tutaq ki, 750 nəfər üzvü olan bir qurumda 30-40 nəfərin sözü ilə qərar qəbul edilir. Bu isə heç bir məntiqə uyğun deyil. 

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərindən əvvəl müəyyən təzyiq cəhdləri var idi ki, Azərbaycan da bunu birdəfəlik dəf etdi. Yüksək şəkildə öz mövqeyini ortaya qoydu ki, əgər belə gedərsə Azərbaycan özü artıq AŞPA-dan ümumiyyətlə çıxa bilər. Bununla da Azərbaycan heç nə itirməyəcəkdi, onlar itirəcəkdi. Yeri gəlmişkən, belə məsələlər çox sirayətedicidir. Yəni bir dövlət, beş dövlət o qurumu tərk etdikdən sonra Avropa dövlətləri qalacaq, onlar öz ölülərini ağlamaqla məşğul olacaq" - deyə S.İsgəndərov qeyd etdi.

Avropa qurumlarında Azərbaycana baxışda ziddiyyətli məqamların olduğunu deyən S.İsgəndərov hesab edir ki, bu həmin qurumlarda təmsil olunan qrupların maraqları ilə bağlıdır. "Çox təəssüf, belə qurumlarda müəyyən qrup adamlar var ki, antiazərbaycan mövqeyindən çıxış edirlər. Amma hesab etmirəm ki, AŞPA-da, yaxud Avropa Şurasında, başqa təşkilatlarda olan şəxslərin hamısı antiazərbaycan mövqeyindədir. Bu qurumlarda Azərbaycanda keçirilən seçkilərə fərqli və bir-birinə zidd olan yanaşmalara rast gəlirik, amma o mövqelərin arxasında dayanan məqsədləri də görürük. Qeyd etdiyim kimi, orada müəyyən qruplaşmalar var, amma onların da bir çoxlarının, belə deyək, nə ermənilərə, nə də Ermənistana canları yanır. Sadəcə olaraq, onlar erməni diasporundan aldıqları ianələri doğrultmalıdırlar. Eyni zamanda, vaxtaşırı olaraq Avropa qurumları təzyiq cəhdləri kontektində "işləyib", onun əvəzini öz "fəaliyyətləri" ilə ödəməlidirlər. Məsəlinin bu tərəfi də var. Bilirsiz ki, belə qurumlarda "yaxşı dayı", "pis dayı" kontekstindən çıxış edirlər. Görürsüz, onlar pisdir, amma bu o demək deyil ki, hamı pisdir, burada sizin mövqeyinizi dəstəkləyənlər, Azərbaycanın əhəmiyyətini başa düşənlər var. Avropa Şurasının, eləcə də digər beynəlxalq və regional qurumların rəhbərliyi öz divarları arasında gedən belə oyunlara son qoymalıdır. Əgər onlar buna son qoymurlarsa, son qoya bilmirlərsə, yaxud özləri pərdə arxasından belə prosesləri dəstəkləyirlərsə, belə prosesləri gündəmə gətirirlərsə, demək ilk növbədə bundan onların özlərinin nüfuzuna xələl gəlir. Azərbaycanın oradan çıxıb getməsi AŞPA-ya hansı başucalığı gətirə bilər? AŞPA fikirləşirdi ki, orada Azərbaycan nümayəndə heyətinin sözünə, səsvermə hüququna məhdudiyyət qoyacaqlar, Azərbaycan da reaksiya verməyib cəzalandırılmış uşaq kimi küncdə dayanacaq. Amma sərt mövqeyi göstərdi ki, Azərbaycan o ölkələrdən deyil. Ermənistan və digər ölkələr o ölkələrdən ola bilər. Nəyin bahasına olursa olsun, Avropanın yedəyində getməyə çalışan ölkələr bunu edə bilər, bunu özləri üçün məqbul saya bilərlər, amma Azərbaycan bunu məqsbul saya bilməz. Bu baxımdan, düşünürəm ki, əlbəttə, Buriçin Azərbaycan Prezidentini təbrik etməsi çox normal və məntqili bir haldır. Bu, daha çox Avropa Şurasının maraqlarından irəli gəlir. Azərbaycan da birmənalı şəkildə həmişə öz mövqeyini ortaya qoyub ki, bütün münasibətlər adekvat olacaq"-deyə politoloq vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ