Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanın sərhəd təxribatında Aİ missiyası da iştirak edib - snayper xüsusi yerləşdirilib...

Image


Şakir Ağayev: "Bu  Ermənistanın və onun arxasında dayanan qüvvələrin bölgədəki sabitliyi pozmaq cəhdidir."

Azərbaycanla sülh sazişi imzalamaqda maraqlı olduğunu dəqiqəbaşı dilə gətirən Ermənistanın əslində məqsədi sülh deyil, bölgədə gərginlik yaratmaq, Avropa Birliyi missiyasının arxasında gizlənib öz işğalçılıq, təxribatçılıq əməllərini davam etdirməkdir. 

Gerçəklik budur ki, Ermənistanın niyyəti məkrli və çirkindir.  Ermənistan törətdiyi son sərhəd təxribatı ilə də özünün əsl məqsədini bir daha büruzə verdi. Məlumdur ki, fevralın 12-də Ermənistan Silahlı Qüvvələrinin hərbi təxribatı nəticəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Bu təxribatı bu ölkənin qəsdən törətdiyi video və foto görüntülərdə öz əksini tapıb. Fakt qarşısında qalan Ermənistan bəyan edib ki, təxribatla bağlı araşdırma aparılır və təxribatı törədən cəzasını alacaq. Əlbəttə, Ermənistanın bu bəyanatı səmimiyyətdən uzaqdır. Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən 12.02.2024-cü il tarixində törədilmiş təxribatın video görüntüsündə və fotolarda erməni snayperin posta necə yerləşdirildiyi, Azərbaycanın mövqelərini necə hədəfə aldığı və əsgərimizi necə vurduğu, ondan  sonra atəş mövqeyindən öz postuna geri qayıtdığı an aydın əksini tapıb. Bu o qədər dəqiq çəkilib ki, qatil snayperi postda gözləyən hərbiçilər də görsənir. Təbii ki, snayper məqsədli, şüurlu və hazırlıqlı şəkildə gətirilib o postda yerləşdirilib. Özü də bu təxribata əvvəlcədən hazırlanıblar. Məlumdur ki, Ermənistanın son sərhəd təxribatı məqsədyönlü şəkildə hazırlanıb. Snayperin məqsədli şəkildə gətirilib yerləşdirilməsinin özü göstərir ki, Ermənistan sabitliyin yaranmasında maraqlı deyil. 

Bildiyimiz kimi, xeyli müddət idi ki, Ermənistan atəşkəsi pozmurdu. Hətta Prezident İlham Əliyev də yerli mediaya  müsahibəsində son 4-5 ayın ən sabit dövr olduğunu bildirmişdi. Lakin Ermənistan bu sabitliyi növbəti dəfə də pozdu. Bu ölkənin bu sakitiliyin möhkəmlənməsinin qarşısını alması faktdır. Gizlin deyil ki, Ermənistan bu təxribatları Avropa Birliyi missiyasının arxasında gizlənərək və ondan dəstək alaraq həyata keçirib. Bu ölkənin Avropa Birliyi missiyasının ətəyinin altında  gizlənməsi əslində Avropa Birliyi missiyasının fəaliyyətini genişləndirmək adı altında özünün revanşist siyasətini gizlətmək məqsədi daşıyır. Onun sərhəddə belə bir təxribatı törətməsi onu bir daha təsdiqləyir ki, Ermənistan bu təxribatı məqsədyönlü şəkildə hazırlayıb törədib. Avropa Birliyinin missiyasını genişləndirmək pərdəsi altında gizlənərək bunu edib. 

Necə olur, snayper rahat şəkildə gəlib bizim hədəfi vurur, sonra da sakit şəkildə onu gözləyən hərbiçilərin yanına posta qayıdır, bundan da Ermənistan ordusuna rəhbərlik edənlərin xəbəri olmur? Bu absurddur. Bu təxribatın ssenari müəllifi elə Ermənistan hökumətidir. Əlbəttə, burada Aİ misiyasının məsuliyyəti də yox deyil. Əlbəttə, məqsəd də bölgədə sabitliyin yaranması yönümündə Azərbaycanın apardığı siyasəti pozmaqdır. 

"Aİ missiyasının indiyə qədər təxrtibatla bağlı reaksiya verməməsi ortaya çox ciddi şübhələr çıxarır" 

"Novoye vremya" qəzetinin baş redaktoru Şakir Ağayev də bizimlə söhbətində baş verənlərin məsuliyyətinin birbaşa Ermənistanın üzərinə düşdüyünü dedi: "5-6 aydan çox çəkən sərhəd sakitliyi, çox təəssüflər olsun ki, Ermənistan tərəfindən pozulub. Ermənistan fevralın 12-də iki dəfə sakitliyi pozub. Bir dəfə Zəngilan, ikinci dəfə Tovuz istiqamətində atəş açıblar. Baxmayaraq ki, Ermənistan təxrubatı boynuna aldı və bir zabiti, əsgəri cəzalandırmaqla bunun təsadüfi hal olduğunu dedi. Amma gecə Tovuzun atəşə tutulması bir daha təsdiqlədi ki, bu təsadüfi olmayıb. Bu qətiyyən təsadüfi deyil. Təxribatdan bir gün əvvəl Ermənistanın baş naziri Paşinyan The Telegraph" qəzetinə verdiyi müsahibə zamanı Azərbaycana qarşı növbəti dəfə böhtan söylədi və haqsız olaraq Azərbaycanı ittiham etdi ki, guya Azərbaycan sülh sazişinin imzalanmasında maraqlı deyil. Halbuki, əksinə, sülh sazişinin imzalanmasında Azərbaycan maraqlıdır, qalib ölkə olmasına baxmayaraq sülh müqaviləsi bağlamağı Azərbaycan Ermənistana təklif edib. Paşinyan bütün variantlardan istifadə edib sülh müqaviləsini pozmağa çalışır. Həmişə demişəm, yenə də deyirəm, Paşinyan sülh müqaviləsini imzalamaqda maraqlı deyil, inanmıram ki, o sülh sazişini imzalayacaq. Paşinyanın hakimiyyət müddəti bitənə qədər sadəcə olaraq sülh müqaviləsi alveri ilə başları aldadacaq. Paşinyanın gətirdiyi bəhanələrin hamısı sülh müqaviləsinin bağlanmasının qarşısını almağa hesablanıb. Fevralın 12-də baş verən təxribat da sülh müqaviləsinin bağlanmasının qarşısının alınmasına yönəlib. Bu bir daha göstərir ki, Ermənistan revanşist fikirlərindən əl çəkməyib. Təbii ki, Ermənistanı buna həvəsləndirən qüvvələr var. İlk növbədə Ermənistanı bu təxribatı törətməyə həvəsləndirən Aİ-nin oradakı missiyadır ki, Ermənistan onun arxasında gizlənib bu əməlləri törədib. Fevralın 12-də fransız generalı Ermənistana gəlmişdi və oradan da Azərbaycanla sərhəd bölgəsinə gəlib binoklla sərhədləri izləyib. Məhz həmin nöqtədən sərhəd təxribatı baş verib. Bundan əlavə, təxribatdan bir müddət əvvəl Aİ missiyasının tərkibi artırılıb. Ermənistan bu təxribatı öz havadarlarına arxalanıb edib. Yeri gəlmişkən, hələ Aİ missiyası da sərhəd pozuntusuna, təxribata görə münasibət bildirməyib, Ermənistanı ittiham etməyib. Aİ missiyasının indiyə qədər təxrtibatla bağlı reaksiya verməməsi ortaya çox ciddi şübhələr çıxarır. Bundan başqa, Fransa, Almaniya kimi Avropa dövlətləri Ermənistana həvəsləndirici vədlər verirlər. Fransanın və Hindistanın Ermənistanı silahlandırması erməniləri bir az da həvəsləndirir. Hər kəs bilir ki, silah olan yerdə mütləq atəş açılacaq. Ermənilər də bu atəşi açdılar. Bəli, bizim DSX "Qisas" əməliyyatı keçirdi, onların layiqli cəzalarını verdi. 

Paşinyanın tutduğu mövqe, Avropa İttifaqının missiyasına arxalanması, bu qurumdan dəstək alması növbəti sərhəd təxribatı ilə nəticələndi. Bu işdə ona ABŞ-ın da dəstək verməsini istisna etmirəm. Ermənistanın məqsədi sülh sazişinin bağlanmasının qarşısını almaqdır. Bir sözlə, bu, Ermənistanın və onun arxasında dayanan qüvvələrin bölgədəki sabitliyi pozmaq cəhdidir. Sərhəd təxribatında məsuliyyət birbaşa Ermənistanın üzərinə düşür və bu onun sülhü pozmaq cəhdidir.

Əlbəttə, bu təxribat əvvəlcədən planlaşdırılıb və biz bunu snayperin davranışlarında da yaxından izlədik".

Ş.Ağayevin sözlərinə görə, bu təxribatın törədilməsinə dəstək verən qüvvələrin də məqsədi Ermənistan vasitəsilə bölgəyə daxil olmaq, burada mövqelərini möhkəmləndirmək, Rusiya-Ermənistan münasibətlərindən istifadə edib Rusiyanı bölgədən sıxışdırmaq və Cənubi Qafqazın siyasətini dəyişməkdir. Bunun üçün də onlara yeni müşahibə, münaqişə ocağının lazım olduğunu deyən Ş.Ağayevin sözlərinə görə, bu bəhanəni də başda Fransa və Aİ olmaqla onlara Ermənistan verir.

Ş.Ağayev qeyd etdi ki, bu qüvvələr Ermənistan vasitəsilə Cənubi Qafqazda söz sahibi olmaq istəyirlər. "Münaqişə olmalıdır ki, bundan istifadə edib regionda öz mövqelərini bərkitsinlər. Çox təəssüflər olsun ki, Ermənistan bu gün Cənubi Qafqazda növbəti Ukraynaya çevirilir. Bu ölkə Ukraynanın taleyini görür, amma əməlindən əl çəkmir. Bu baxımdan, Ermənistanın taleyi daha acı olacaq..."

Ş.Ağayev əlavə etdi ki, burada əsas məqsəd həm də Azərbaycanın bölgədə formalaşdırdığı sabitliyi, təhlükəsizlik mühitini, sülh çağırışlarını pozmaq istəyidir.      

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ