Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan mina xəritələrinin məsuliyyətini qondarma "Arsax məmurlarının" üstünə atır...

Image


Mətin Məmmədli: "Ermənistan hökumətinin qeyru-dəqiq çıxan xəritələrə görə məsuliyyətdən qaçmaq cəhdi qəbul edilə bilməz"

Bildiyimiz kimi, bu günlərdə Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina sahələrinə dair 8 ədəd formulyarı Azərbaycan tərəfinə təqdim edib.

"Kəlbəcər rayonunun Murov dağ silsiləsi ətrafındakı minalanmış əraziləri əhatə edən məlumatlar əvvəlki kimi qeyri-dəqiq, etibarsız və natamamdır".

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd edilib ki, Ermənistan tərəfi növbəti dəfə Azərbaycana qeyri-dəqiq mina sahələrinin qeydlərini təqdim edib.

Ermənistan XİN-dən mətbuata bildirib ki, etibarsız, qeyri-dəqiq, natamam xəritələr Qarabağdan olan, yəni "Arsax Respublikasının" "məmurlarından" alınmış informasiyalar əsasında tərtib olunub. Ermənistan dövləti, hökuməti tərəfindən keçmiş "Arsax məmurlarından alınmış informasiyalar" fikrinin ortaya atılması  Azərbaycan ərazisində minaların basdırılmasında Ermənistanın məsuliyyətinin ört-basdır edilməsi cəhdidir. Deyirlər ki, biz etməmişik, bunu məhv edilmiş qondarma "Arsax"ın  qondarma "məmurları" ediblər, məlumatları onlardan almışıq. Ermənistan həm minaların basdırılmasına görə məsuliyyəti öz üzərindən keçmiş "Arsax məmurlarının" üstünə atır, həm də xəritələr qeyri-dəqiq olacağı təqdirdə yenə də məsuliyyəti "Aarsaxçıların" üstünə qoyurlar. Ermənistanın minalara görə məsuliyyəti öz çiynindən atmağı həm də çox incə hiyləgərlikdir... Görünən odur ki, Ermənistan yenə də məsuliyyəti öz üzərindən atmağa cəhd edir. 

"Məsuliyyəti vaxtilə mövcud olmuş o cinayətkar, qondarma "qurumun", "rejimin" "məmurlarının" üzərinə atmaq, təbii ki..." 

Məsələyə şərh verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Mətin Məmmədli "Bakı-Xəbər"ə bildirdi ki, bugünə qədər Ermənistan Azərbaycana bir neçə dəfə mina xəritələri təqdim edib. "Azərbaycan rəsmi qurumlarının verdiyi məlumata görə, bundan əvvəl verilən xəritələrin cəmi 25 faizi, yəni 4-də 1-i dəqiq çıxıb. Sonuncu təqdim olunan mina xəritələri də növbəti dəfə qeyri-dəqiq çıxıb.  Görünən odur ki, Ermənistan humanitar məsələdə də  qeyri-səmimidir. Bu qeyri-səmimi mövqe bütövlükdə Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinə də mənfi təsir göstərir. Yəni mina xəritələrindən də vacib olan məsələlərdə Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirir. Eyni zamanda humanitar, qeyri-siyasi məsələlərdə də, qeyd etdiyim kimi, doğru-düzgün davranmır, qeyri-səmimi davranır. Ermənistan hökumətinin qeyru-dəqiq çıxan xəritələrə görə məsuliyyətdən qaçmaq cəhdi qəbul edilə bilməz.  Azərbaycan ərazisində basdırılmış xeyli sayda minalara görə bütün məsuliyyəti Ermənistan dövləti daşıyır. Yəni vaxtilə Azərbaycan torpaqları məhz Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, bölgədə qondarma, cinayətkar bir "rejim", "qurum" formalaşdırılıb. Belə bir qurumu müstəqil tərəf kimi təqdim etmək ki, guya baş verənləri bu "qurum" edib, hətta minaları da onlar basdırıb, məsuliyyəti vaxtilə mövcud olmuş o cinayətkar, qondarma "qurumun", "rejimin" "məmurlarının"  üzərinə atmaq, təbii ki, Azərbaycan tərəfindən qəbul edilə bilməz. Yəni bunun bütün məsuliyyətini Ermənistan daşıyır"-deyə M.Məmmədli bildirdi.

M.Məmmədlinin sözlərinə görə, vaxtilə etmiş olduğu və beynəlxalq hüququn normalarına zidd olan bu cinayətkar fəaliyyəti aradan qaldırmaqda da, görünən odur ki, Ermənistan hökuməti Azərbaycanla əməkdaşlıq etməkdən yayınır. O qeyd etdi ki, 30 il ərzində Azərbaycan torpaqları işğalda saxlanılıb, işğal müddətində Azərbaycan ərazilərində görünməmiş vəhşiliklər törədilib, Azərbaycan xalqının maddi və mənəvi sərvətləri dağıdılıb, talan edilib, tarixi abidələri, mədəni irsi məhv edilib, yüzminlərlə insan evindən, yurdundan didərgin salınıb, bölgə bütövlükdə etnik təmizləməyə məruz qalıb, bütün bunlara əlavə olaraq da torpaqlarımıza bu gün də ağır vəsadlarını, faciələrini gördüyümüz minalar basdırılıb. "İkinci Qarabağ müharibəsindən sonra, səhv etmirəmsə, 345-ə yaxın insan mina qurbanına çevrilib. Mina terrorunun məsuliyyətini ilk növbədə Ermənistan daşıyır. Ermənistanın da belə bir mövqe nümayiş etdirməsi, yəni qeyri-dəqiq xəritələr təqdim etdiyinə görə məsuliyyətdən qaçması və sair bütövlükdə Ermənistanla davam edən sülh prosesinə, eyni zamanda iki dövlət arasında etimad quruculuğuna, təəssüf ki, mənfi təsir  göstərir"-deyə M.Məmmədli əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ