Kreml Ermənistan-Azərbaycan şərti sərhədində növbəti insidentlə əlaqədar Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb.
"Şübhəsiz ki, bu, təmas xəttindən gələn narahatlıq verici xəbərlərdir. Biz hər iki tərəfi təmkinli olmağa çağırırıq", - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əlavə, o qeyd edib: "Biz çox diqqətlə izləyəcəyik, hər iki tərəflə təmaslarımızı davam etdirəcəyik".
Peskov qeyd edib: "Bu cür hadisələr, ən azı, danışıqlar prosesinin irəliləməsinə kömək etmir və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına yaxınlaşdırmır. Lakin ümid edirik ki, bu proses davam edəcək".
TAHİR