Cümə axşamı günü, 05 noyabr 2026
     

Zəngəzur dəhlizindən mühüm xəbər - Rusiya dəmiryolunu öz hesabına bərpa edəcək...

Image


Ankara və Bakı Zəngəzur dəhlizinin açılmasına çox yaxındır. Bu fikirlər Türkiyənin "Haber7" portalında dərc olunan "Türkiyəsiz nizam qalmayıb" sərlövhəli məqalədə yer alıb. O da bildirilib ki, İran prezidenti İbrahim Rəisinin Ankara təmasları zamanı iqtisadi əlaqələrlə yanaşı, regional məsələlər də müzakirə edilib. 

Tərəflər arasında 10 müqavilə imzalanıb. Bölgədə hər iki dövləti narahat edən ən mühüm hadisə Azərbaycanın Qarabağda qələbəsi və bu qələbənin nəticələridir: "Həm Ankara, həm də Bakı Zəngəzur dəhlizinin açılması üçün geri sayıma başlayıb. Gec-tez istifadəyə veriləcək. Türkiyəni türk dövlətləri ilə quru yolu ilə birləşdirəcək bu dəhliz İranı narahat etsə də, Tehranın öz maraqları naminə Ankara ilə ortaq məxrəcə gəlməsi vacibdir".

Türkiyənin "Anadolu" agentliyi  isə diqqəti ona yönəldir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi regional əməkdaşlığın qarşısında illərdir dayanan maneələri aradan qaldıracaq. Naxçıvanın Kotam kəndində olan agentliyin əməkdaşları, Ermənistandan keçəcəyi təqdirdə, Zəngəzur dəhlizində istifadə olunacaq köhnə dəmiryolunun və avtomobil magistralının görüntülərini çəkib. Reportajda Azərbaycanın qərb əyalətləri ilə quru əlaqəsinin olmaması Naxçıvanın inkişafına maneə kimi göstərilir. Qeyd olunur ki, Vətən müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat xətlərinin açılması maddəsi də yer alıb. Zəngəzur dəhlizinin dəmir yolu və avtomobil magistralının Azərbaycan ərazisindən keçən hissəsinin inşası böyük ölçüdə başa çatsa da, Ermənistan hələ də bu istiqamətdə heç bir addım atmayıb. Bildirilir ki, keçmişdə fəal şəkildə istifadə edilən dəmiryol xətti 1991-ci ildən bəri işləmir və onun Ermənistan ərazisindən keçən hissəsi üzərində yerləşən tunellər təmir edilməlidir. Eyni zamanda, dəmir yoluna paralel olan Ermənistan ərazisindəki avtomobil yolunun da təmirə və genişləndirilməsinə ehtiyac var. O da qeyd olunur ki, Azərbaycan və Ermənistan dekabrın 7-də ilk dəfə birgə bəyanat yayaraq, iki dövlət arasında etimadın möhkəmləndirilməsi üçün mühüm addımların atılmasına dair razılıq əldə edib. Region ölkələri üçün geosiyasi və geoiqtisadi əhəmiyyətə malik Zəngəzur dəhlizinin açılması ilə Cənubi Qafqazda yeni inteqrasiya təşəbbüsləri başlayacaq. Beləliklə, burada yer alan fikirlərdən göründüyü kimi, Zəngəzur dəhlizinin açılması istiqamətində maraqlı proseslər cərəyan edir. Elə bu günlərdə "Fitch Solutions" beynəlxalq reytinq agentliyi də dəhlizlə bağlı olduqca maraqlı proqnoz açıqlayıb. Qurum bildirib ki, Azərbaycan və Ermənistan 2024-cü ilin birinci yarısında sülh sazişi imzalaya bilər: "Çox güman ki, sülh sazişinə Zəngəzur dəhlizinin yaradılması üzərində Azərbaycanın nəzarətinin gücləndirilməsi haqqında müddəalar daxil ediləcək". Onların proqnozuna görə, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan qısa və ortamüddətli perspektivdə regional təhlükəsizliyini gücləndirib. Bu da dəhlizin açılması üçün əlavə zəmin yaradıb.

Dəhlizin işə düşməsində maraqlı tərəflərdən biri isə şimal qonşumuzdur. Bu xüsusda Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov "İzvestiya" qəzetinə müsahibəsində bir sıra maraqlı fikirlər də səsləndirib. Onun dediklərindən belə bəlli olur ki, Ermənistan dəhlizin işə düşməsinə razılıq verəcəyi halda Rusiya öz vəsaiti hesabına onun çəkilişini həyata keçirə bilər: "Ermənistan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqları uzadır. Bu mövzu Azərbaycan tərəfi üçün çox vacibdir. Bu, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dayanıqlı nəqliyyat marşrutunun, nəqliyyat yollarının olmasıdır. Birinci Qarabağ müharibəsi zamanı bütün əlaqələr kəsilib, Naxçıvanın elektroenerji ilə təchiz olunması dayandırılmışdı. Ona görə də Azərbaycan üçün marşrutun (təxminən 46 km-dir) təhlükəsizliyi mücərrəd mövzu deyil". Səfirin sözlərinə görə, bu marşrutda tunellər və körpü var: "Rusiya Federasiyası öz vəsaiti hesabına onu yetərincə tez bərpa etməyə hazır idi. Müxtəlif, mənə çox da aydın olmayan səbəblərdən Ermənistan tərəfi danışıqları gecikdirir. Nəticə olaraq, ötən il Bakı və Tehran arasında İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair razılaşma imzalanıb. Orada bir az daha uzundur – 60 km-filan, marşrut daha mürəkkəbdir, lakin bu işlər artıq gedir. Bütün bu illər ərzində Azərbaycanla Naxçıvan arasında avtomobil yolu ilə yük daşımaları İran ərazisindən keçirdi. Üstəlik bu Türkiyəyə gedən marşrutdur. İndi əsas odur ki, Türkiyədən Naxçıvana dəmir yolları çəkilsin, ikili yol nəzərdə tutulub – Avropa və sovet. Müvafiq olaraq, Azərbaycan, İran və Naxçıvan vasitəsilə Rusiyadan Türkiyəyə yük daşıya biləcəyik". Bunlar fonunda regional məsələlər üzrə erməni ekspert Ani Avetyan Zəngəzur dəhlizinin açıalcağını vurğulayır: "Türkiyə və Azərbaycan uzun müddətdir Ermənistana qarşı yumşaq gücdən istifadə edir. Ermənistan diplomatik vasitələrlə müttəfiqlərdən məhrum edilir. Onlar bildirirlər ki, Ermənistanın özü də Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu isə Zəngəzur dəhlizinin 2028-ci ilədək istifadəyə veriləcəyini bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı dediklərinə qulaq assanız, görərsiniz ki, o, Ermənistana çağırış edərək, "dəhlizi dərhal açın" deyir. İndi də türkiyəli nazir 2028-ci ilə qədər dəhlizin işə düşəcəyini bəyan edir". Erməni ekspert bildirib ki, Zəngəzur dəhlizi məsələsində İranla Türkiyə arasında fikir ayrılığı var və Tehran dəhlizin əleyhinədir: "Türkiyə prezidenti hər zaman vurğulayır ki, Zəngəzur dəhlizinə müqavimət göstərən Ermənistan deyil, İrandır. Bu dəhlizlə bağlı Türkiyə, ilk növbədə, İran tərəfi ilə danışıqlar aparır. İran mövqeyini tədricən dəyişir".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ