Cümə axşamı günü, 05 noyabr 2026
     

Konqresmen Frenk Pallone Qarabağ zəfərimizi hələ də "uda bilmir"

Image


Bədrəddin Quliyev: "ABŞ Nümayəndələr Palatasının üzvünün məlum açıqlaması tamamilə qərəzəlidir"

ABŞ Nümayəndələr Palatasının bəzi üzvləri var ki, sanki o kürsüyə Azərbaycanı qaralamaq, antiazərbaycan mövqeyi sərgiləmək üçün seçiliblər. 

Bunlardan biri də ABŞ Nümayəndələr Palatasının üzvü Frank Pallonedir ki, onun iş-gücü Azərbaycanı hədəfə almaqdan ibarətdir. Qarabağın işğaldan azad edilməsini, şanlı zəfərimizi həzm edə bilməyən Pallone  sosial şəbəkə hesabında yenə də həqiqətə uyğun olmayan fikirlər səsləndirib. İddia edir ki, guya Azərbaycan son lokal antiterror tədbirləri zamanı "beynəlxalq hüququ pozub". 

Qeyd edib ki, Ermənistanın Müdafiə Aktı ABŞ Konqresinin Nümayəndələr Palatasına təqdim edilib. Akt Azadlığa Dəstək Aktının ABŞ-ın Azərbaycana hərbi yardım göstərməsini məhdudlaşdıran 907-ci maddəsinin ləğvinin dayandırılmasını nəzərdə tutur.

O, həmçinin, postunda Azərbaycan-ABŞ münasibətlərinə xələl gətirə biləcək qəbuledilməz məsələlərdən yazıb. İşğalçı Ermənistana hərtərəfli dəstək olan Pallone kimiləri məqsədli şəkildə Azərbaycan-ABŞ münasibətlərini zədələməyə çalışır. 

"Onlar Azərbaycanın qələbəsini heç cür həzm edə bilmir" 

Müstəqil ekspert Bədrəddin Quliyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ABŞ Nümayəndələr Palatasının üzvü Frank Pallone Qarabağ məsələsini tez-tez gündəmə gətirməklə öz ermənipərəst mövqeyini ortaya qoyur. O, həmçinin vurğuladı ki, ABŞ Cənubi Qafqaza girmək və burada söz sahibi olmaq üçün müxtəlif vasitələrdən, o cümlədən də Qarabağ kartından, erməni  amilindən istifadə etmək niyyətini dəfələrlə ortaya qoyub. "Onlar bölgəyə girmək üçün Ermənistanda öz varlıqlarını gücləndirməyə çalışırlar. Rusiyanı bölgədən  çıxarıb onun yerini tutmağı hədəf götürmüşdülər. 

Keçən əsrin əvvəllərində də onlar ermənilər vasitəsilə bölgədə olublar və ermənilərin xalqımıza qarşı törətdiyi faciələri gözləri ilə görüblər. Hətta 1919-cu ildə ABŞ Ermənistanın təhlükəsizliyini öz üzərinə götürüb. Fransız da, ingilis də, alman da, başqaları da ermənilərdən öz məqsədləri üçün istfadə ediblər. İndi də bölgədə öz varlıqlarını ortaya qoymaq üçün  çalışırlar. Bu gün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması aktualdır. Danışıqlar müxtəlif formatlarda gedib, son olaraq da Azərbaycan ikitərəfli danışıqlar təklif edib…Əlbəttə, ABŞ da, Avropa da bu prosesə müdaxilə etmək istəyir. Verilən hər bir qərəzli bəyanat, səsləndirilən hər xoşagəlməz fikir birbaşa sülh sazişinə yönəlib. Müəyyən qüvvələr var ki, sülh sazişinin imzalanmaması üçün hər cür təxribata əl atırlar. 

Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərinə qara yaxmağa çalışan konqresmen nə üçün 30 il torpaqlarımız işğalda olanda, 1 milyondan çox vətəndaşımız qaçqın düşəndə, tarixi irsimiz, kəndlərimiz, şəhərlərimiz tar-mar ediləndə səsini çıxarmadı? Elə obyektivdirsə Ermənistanı ittiham etsin, 4 minə yaxın azərbaycanlının taleyini aktuallaşdırsın, 8 anklav kəndimizi qaytarması üçün bu ölkəyə qarşı kampaniya keçirsin. Amma görürsüz, heç birinin adını çəkmir. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisidir və orada Azərbaycanın konstitusiya quruluşu bərpa olunmalı idi, oldu da. 

ABŞ Nümayəndələr Palatasının üzvünün məlum açıqlaması tamamilə qərəzlidir və ikili standartın nümunəsidir"-deyə B.Quliyev qeyd etdi. 

B.Quliyevin sözlərinə görə, iqtidar da, müxalifət də, ziyalılar da, ictimai-siyasi xadimlər də  Qarabağ zəfəri, eləcə də bütün proseslər, baş verənlər barədə ABŞ və başqa ölkələrin mətbuatında çıxışlar etməli, rəsmi qurumlara məktublar, müraciətlər ünvanlamalıyıq. "Biz öz mövqeyimizi daim bildirməliyik. Təbii ki, hər bir ölkənin ərazi bütövlüyü toxulmazdır. Möhtəşəm qələbədən sonra xaricdəki erməni lobbisinin və onların havadarlarının bizə qarşı olacağı gözlənilən idi. Onlar Azərbaycanın qələbəsini heç cür həzm edə bilmir və bu səbəbdən bu cür açıqlamalar verirlər"-deyə B.Qilıiyev qeyd etdi.

O, həmçinin vurğuladı ki, Ermənistan Azərbaycan torpaqlarına vurduğu ziyana görə təzminat ödəməlidir və beynəlxalq aləm də bu ölkəyə təzyiq göstərməlidir. 

Azərbaycana qarşı aparılan qərəzli   kampaniyalara qarşı ayıq-sayıq olmalı olduğumuzu deyən B.Quliyev hesab edir ki, heç bir qüvvə bizim birliyimizi qıra bilməz və biz hər zaman gerçəyi təbliğ etməliyik. 

Əli TURABOV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ