Cümə axşamı günü, 05 noyabr 2026
     

Rusiya Gəncədə və Naxçıvanda konsulluqlar aça bilər...

Image


Akif Nağı: "Rusiya burada mövcudluğunu saxlamaq üçün Naxçıvana xüsusi önəm verir"   

Rusiya Azərbaycan və Ermənistanda konsulluq fəaliyyətinin genişləndirilməsi üzərində işləyir. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. O,  Azərbaycan və Ermənistanı Rusiyanın ümumi tarix və mədəniyyəti ilə bağlı olan dost ölkələr adlandırıb.

Qaluzinin sözlərinə görə, yaxınlaşmaya qarşılıqlı faydalı layihələr, müdafiə və təhlükəsizlik, mədəni dialoq, inkişaf etmiş ticarət-iqtisadi əlaqələr və turizm sahələrində götürülmüş öhdəliklər kömək edir: "Bütün bunlar diplomatların iş yükünü artırır və diplomatik nümayəndəliklərin ştatının genişləndirilməsini tələb edir".

Bilindiyi kimi, Rusiya XİN-in müavini Qaluzin bu günlərdə dedi ki, Azərbaycanda və Ermənistanda konsulluq açacağıq. Çoxdan idi Rusiya Gorusda ya Qafanda konsulluq açacağını vurğulayırdı.

Bəs Azərbaycanda harda açıla bilər? 

Bəzi ehtimallara görə, Gəncədə və Xankəndidə aça bilərlər. Naxçıvan da bu istiqamətdə diqqətdə ola bilər. Çünki Gəncədən Moskvaya reys var, Xankəndi isə ruslar üşün xüsusi əhəmiyyətli yerdi, Naxçıvan da həmçinin. 

Bildirək ki, Rusiyanın Azərbaycanda baş konsulluq açması məsələsi Milli Məclisin sədri Sahibə Qafarova ilə Moskvada Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun görüşündə də müzakirə olunub. 

Bu barədə Rusiya Federasiya Şurasının saytında məlumat yayılıb.

Bildirilib ki, görüş zamanı ikitərəfli münasibətlər müzakirə olunub.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Matviyenko çıxışında deyib ki, ötən il Rusiya və Azərbaycan arasında 10 hökumətlərarası və qurumlararası müqavilə, o cümlədən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb.

"Rusiyanın Azərbaycanda Baş konsulluğunun açılması müttəfiqliyin bariz nümunəsi olardı", - Matviyenko qeyd edib.

"Gəncəyə o qədər də ehtimal vermirəm, amma Rusiya əsasən Naxçıvanda və Xankəndidə konsulluq açmaq istəyəcək" 

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Rusiyanın Azərbaycanda konsulluq açmaq niyyəti regionda möhkəmlənmək, mövcudluğunu qoruyub saxlamaq istəyindən irəli gəlir. "Rusiya prosesləri başa düşür. Tədricən də olsa, regiondan çıxır. Xüsusən də Rusiyanın hərbi kontingentinin regionda qalmasına ehtiyac yoxdur. Ona görə də artıq konsulluq açmaq haqqında düşünür. Həm də regionda dünya üçün vacib olan hadisələr gedir, Zəngəzur dəhlizi ilə bağlı vacib proseslər baş verir, hər kəs ən azından Zəngəzur dəhlizinin ətrafında olmağa çalışır. Ona görə də, Rusiyanın Azərbaycanda konsulluq açmaq niyyəti aktualdır. Hesab edirəm ki, konsulluq ya Gəncədə, ya Xankəndidə, ya da Naxçıvanda açıla bilər, çünki hər üçü diqqət mərkəzindədir. Bunlar Rusiya üçün də önəmlidir. Təkcə Rusiya üçün yox, bəzi digər ölkələr üçün də önəmli məkanlardır ki, orada onlar konsulluq vasitəsilə diplomatik mövcudluqlarını bərqərar etsinlər. Məlumdur ki, bütün dünyada hansısa ərazidə konsulluğun, səfirliyin, bir sözlə diplomatik missiyanın olması müəyyən mənada hərbi mövcudluğa bərabərdir. Diplomatik məntəqələr vasitəsilə hərbi və xüsusi xidmət orqanlarının mövcudluğu da müəyyən qədər təmin edilir. 

Naxçıvan Zəngəzur dəhlizi üzərindədir, ona görə də həddən artıq önəmlidir. Belə bir məsəl var ki, bütün yollar Romaya aparır. Artıq Zəngəzur dəhlizinin açılması ilə yəqin o ifadə dəyişib "Bütün  yollar Naxçıvana aparır"  sözü ilə əvəz ediləcək. Hər bir ölkə çalışır ki, həmin əraziyə yaxın yerdə öz diplomatik mövcudluğunu bərqərar etsin. Bilirsiz ki, Zəngəzurda İran, Avropa dövlətləri, Rusiya artıq   prosesə başayıb. Ona görə də Naxçıvanda konsulluğun açılması Rusiya üçün maraq kəsb edir. Bu həm Zəngəzurla bağlıdır, həm də belə məsələ var ki, Ermənistan öz ərazilərini dünyanın "sülh  yolayrıcı", "sülh qovşağı" kimi təqdim etmək istəyir. 

Amma hesab edirəm ki, bu real şəkildə Ermənistanla yox, Naxçıvanla bağlıdır. Yəni Zəngəzur dəhlizi açılandan sonra Naxçıvan dünyanın sülh yolayıcı   olacaq, bütün yollar Naxçıvandan keçəcək".

A.Nağı qeyd etdi ki, Naxçıvanda bir çox dövlətlərin marağı var və ticarət yollarının haradan keçməsi dünya üçün maraqlıdır. O hesab edir ki, Zəngəzur dəhlizi və Naxçıvan da bu prosesin mərkəzində dayanıb. "Deyək ki, orta yol, orta dəhliz deyilən xəttin əhəmiyyəti bu gün çox artıb. Dünyanın artıq bir başından o biri başının halqalandırılması üçün, demək olar ki, başqa yol qalmayıb. Yaxın Şərqdəki, Qırmızı dənizdəki gərginləşmə xeyli yolları məhdudlaşdırıb, bağlayıb. Ona görə də Zəngəzur dəhlizi, Naxçıvandan geçəcək dəhliz çox böyük əhəmiyyət kəsb edir. 

Ona görə də Rusiya burada mövcudluğunu saxlamaq üçün  Naxçıvana xüsusi önəm verir. 

Xankəndiyə gəlincə, o ərazinin yaxınlığında ailələri ilə birlikdə Rusiyanın sülhməramlı qüvvələri yerləşir.

Könsulluq həm də müəyyən ailə problemlərinin və yaşam, vətəndaşlıq problemlərinin  həll olunması üçün  vacibdir. Hələ ki, 1 ildən çox müddətə orada Rusiya sülhməramlıları qalacaq. Məsələnin o tərəfi var. Dugər tərəfdən bu nöqtə hələ də dünyanın diqqət mərkəzindədir. Hələ də ermənilərin Xankəndiyə qaytarılması və ya qaytarılmaması üçün mübarizə gedir, bu ətrafda siyasi ritorika davam edir. Qərb məsələni konkret şəkildə qoyur ki, erməni əhalisi "xüsusi statusdan" sonra qayıtmalıdır, Rusiya bu məsələdə yardım etməyə hazır olduğunu bildirir. Rusiyanın xarici işlər nazirinin müavini Qaluzin bir neçə gün əvvəlki açıqlamasında bildirdi ki, erməni əhalinin ora qaytarılmasına yardım etməyə hazırdırlar. Ona görə də, proses davam etdiyi üçün rus istəyər ki, orada da hansısa bir əl tutacaq yeri olsun. Xankəndinin önəmi bununla bağlıdır. Gəncə də Azərbaycanın mərkəzində yerləşir. Gəncənin özündə və ətrafında kifayət qədər rusdilli əhali var. Onlar üçün  də ola bilsin ki, əhəmiyyət kəsb etsin, amma Gəncə və Gəncə ətrafında yaşayanlar Bakıda gəlib konsulluq xidmətindən istifadə edirlər".   

A.Nağı bu baxımdan hesab  edir ki, Rusiyanın Gəncədə konsulluq açmaq istəyi ilə bağlı ehtimallar elə də real sayılmır. "Gəncəyə o qədər də ehtimal vermirəm, amma Rusiya əsasən Naxçıvanda və Xankəndidə konsulluq açmaq istəyəcək. Bunun da səbəblərini bildirdik".

A.Nağı hesab edir ki, bu məsələdə əsas rolu Azərbaycan oynamalıdır, ortada Azərbaycanın mövqeyi olmalıdır: "Bunu Rusiya yox, Azərbaycan həll edir. Bu məsələlər Rusiyanın özünü  necə aparacağından asılıdır".

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ