Cümə axşamı günü, 05 noyabr 2026
     

Amerika jurnalistinin Putindən müsahibəsi Baydenə ağır zərbə oldu…

Image


Azər Həsrət: "ABŞ "dərin dövləti" Putinə bir nəfəslik açdı, güc verdi ki, ayaqda durub, Rusiyanı dağıtmaqda davam etsin"

"Təbliğat müharibəsində ABŞ-ı məğlub etmək çox çətindir, çünki Birləşmiş Ştatlar bütün dünya və çoxlu Avropa mediasına nəzarət edir", - Rusiya prezidenti Vladimir Putin müstəqil amerikalı jurnalist Taker Karlsonla müsahibəsində deyib.

Dost olmayan Qərb ölkələrinin mətbuatı hələ müsahibə dərc edilməzdən əvvəl Karlsonu təbliğatda ittiham edirdi. Media onu kənar adam adlandırdı və video yayımlanandan sonra, görünür, hay-küyü dağıtmamağa çalışıblar. Ən azından, Qərb nəşrlərinin internet saytlarının əsas səhifələrində Karlsonla söhbətə dair mesajlar tapmaq asan deyildi. Putin və ABŞ-ın keçmiş prezidenti Donald Trampın etibarlı adamı adlandırılan Karlsonun Amerikada prezidentlik kampaniyasının nəticələrinə təsir etmək cəhdində ittiham olunması gözlənilirdi.

Kreml hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsinin dünyada eşidilmək məqsədinə nail olunub: "Putin bir amerikalı jurnalistlə təkcə Amerika Birləşmiş Ştatlarında deyil, Avropada və bütün digər istiqamətlərdə beynəlxalq auditoriyaya belə bir mesaj göndərir. ABŞ rəsmiləri Putinin həqiqi dünyagörüşünün sadə amerikalılar üçün əlçatan olmasını istəmirlər".

Rusiya Federasiyası prezidentinin müsahibəsinin əks-sədası dünyanın qüdrətli ölkələrindən gəlməkdə davam edir. ABŞ, Almaniya, Britaniya, Fransa və digər ölkələrin rəhbərləri olmaqla, bir çox siyasi xadimlər Putinin mülahizələrinə reaksiya verir, əsasən tənqidi fikirlər səsləndirirlər. Həmin ölkələrdə işləyən jurnalistlərin əsas qınaq obyekti Taker Karlsondur. Onu dünyanın ən odioz lideri ilə müsahibə aparmaqda, ona tribuna verməkdə, təhlükəli fikirlərini dünyaya tirajlamağa yardımçı olmağa görə qınayırlar.

Proseslərin bu vaxtında Trampa yaxın olduğu deyilən bir teleaparıcı Putindən müsahibə götürür və ona Amerikanın, bütün Qərbin siyasətini ifşa etmək şansı verir. Bu nə məsələdi? 

Media məsələləri üzrə ekspert, əməkdar jurnalust  Azər Həsrət "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, bu məsələdə çoxlarının diqqət yetirmədiyi bir məqam var: "Xatırlatmaq istərdim ki, 2009-cu ildən sonra başlayan "ərəb baharı"ndan sonra Misir, Tunis, Liviya kimi ölkələrdə hakimiyyətlər dəyişdi, qanlı qarşıdurmalar oldu. Hətta Liviya hələ də özünə gələ bilmir. Həmin dalğada Suriyada da inqlab ssenarisi işə salındı və Bəşər Əsədə qarşı əməlli-başlı hərəkətlənmə oldu. Bütün dünya ona fokuslanmışdı ki, Bəşər Əsəd də digərləri kimi hakimiyyətdən devriləcək. Ancaq görürük ki, Bəşər Əsəd hələ də hakimiyyət başındadır, Suriya isə darmadağın olub. Bütün ölkə ərazisində Suriya hakimiyyətinin sözü keçmir. Dövlət suverenliyi təhlükə altındadır, ancaq buna baxmayaraq, Bəşər Əsəd hələ də hakimiyyətdədir və güya ABŞ onunla bacarmır. Rusiya ilə bağlı baş verənlər də bir növ buna bənzəyir. Biz düşünürdük ki, ABŞ və bütün Qərb Putini qısa müddətdə bitirəcək. Amma belə anlaşılır ki, onlar Putini hələ də bitirmək fikrində deyillər. Onlar Rusiyanı getdikcə zəifləyən, haldan düşmüş bir dövlətə çevirməyə çalışırlar. Bu müsahibə də məhz bu motivdən qaynaqlanır. Düzdür, deyirlər ki, Karlson Trampa yaxın jurnalistdir. Trampın da Rusiyaya münasibəti Bayden administrasiyasından ciddi şəkildə fərqlənirdi. Müsahibə çox həssas məqamda alınıb. Belə qənaətə gəlinir ki, məqsəd ABŞ-da ikitirəlik yaratmaq, Trampa xal qazandırmaqdır. Burada ABŞ "dərin dövləti"nin də bir gedişi hiss olunur. Putinə özünü ifadə etmək üçün bir pəncərə açdılar. Ona özünü ifadə etməsi üçün şərait yaratdılar və bunu ən yüksək səviyyədə etdilər. Mümkün deyil ki, sadəcə Trampa yaxın olan jurnalist durub öz başına bu qədər böyük işə girişsin. Nə qədər desək də ki, ABŞ-da demokratiya var, oranın dərin qatlardan idarə olunan avtoritarizmi dı mövcuddur. Həmin sistemdən heç kim kənara çıxa bilmir. Karlson da istisna deyil. Mən düşünürəm ki, burada Suriya ssenarisi ilə bənzərlik var. Putin ayaqda qalır, prezidentliyə davam edir və Rusiya daha da haldan salınır. Bu da  böyük planın icrası üçündür. Rusiya ərazisində 41 dövlətin qurulması üçün işlər görülür. Bunun üçün Rusiyanı çox zəiflətmək lazımdır. Buna görə də, nə qədər ki Ukrayna müharibəsi davam edir, Rusiyaya qarşı iqtisadi sanksiyalar davam edəcək. Putinin bir addım belə geriyə çəkilmək fikrinin olmadığı gün kimi aydındır. Belə bir şəraitdə Rusiya get-gedə zəifləyəcək".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ