Cümə günü, 06 noyabr 2026
     

“Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir” - Vüqar Rəhimzadə

Image


Azərbaycan daim dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə olub. Lakin tarixi Zəfərimizdən və suverenliyimizin tam təmin olunmasından ötən dövr ərzində bu yanaşmanın daha açıq müstəviyə keçdiyi diqqətdən kənarda qalmır. 

Demokratik prinsiplərin inkişafına xidmət etməli olan, əsl həqiqətdə isə bu və ya digər dairələrin əlində təzyiq alətinə çevrilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ölkəmizlə bağlı son addımı birmənalı qarşılanmamaqla yanaşı, Azərbaycana qarşı qərəzin son həddə çatdığını bir daha ortaya qoydu. Belə ki, bu beynəlxalq qurumda təklif olunub ki, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ məhdudlaşdırılsın. Bu təşəbbüsün müəllifi Sosialistlər siyasi qrupunun rəhbəri, almaniyalı deputat Frank Şvabedir və həmin təşəbbüs təsdiqlənmişdir. Səbəblərə diqqət yetirdikdə çoxsaylı suallar yaranır. Guya Azərbaycan qurumun qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir, eyni zamanda, Avropa Şurası ilə əməkdaşlıqda maraqlı deyil. Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında  guya Qarabağın 100 mindən artıq erməni əhalisnin zorakılıqla qovulmasını və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib. Bu təşəbbüs almaniyalı deputat tərəfindən irəli sürülsə də heç şübhəsiz ki, onun arxasında AŞPA rəhbərliyinin özü dayanır. Reallıq budur ki, bu gün AŞPA Almaniya və Fransanın əlində oyuncağa çevrilib. Fransa bu təşkilatdan bir siyasi alət kimi istifadə edərək Azərbaycana qarşı əks təbliğat kampaniyası həyata keçirir. AŞPA-nın bu addımı Fransanın  tarixi Zəfərimizdən sonra Azərbaycana qarşı açıq müstəviyə keçən qərəzli kampaniyasının davamıdır. 

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə onu da qeyd edib ki, qurum bu addımını müxtəlif səbəblərlə əsaslandırmağa çalışsa da əsas səbəb Azərbaycanın tarixi Zəfərini, Ermənistanın məğlubiyyətini həzm edə bilməməsidir. Sual olunur: 23 illik üzvlük Azərbaycana nə verdi? Keçilən yola qısa nəzər salsaq Avropa Şurasının zaman-zaman Azərbaycana qarşı  qərəzli yanaşma sərgilədiyini görərik. Bir müddət əvvəl saxta "siyasi məhbus" məsələsini siyasi alverə çevirməklə ölkəmizə qarşı bir təzyiq vasitəsi kimi gündəmdə dayanırdı. Avropa Şurasının həmməruzəçilərinin mütəmadi  olaraq Ermənistana dəstək xarakteri daşıyan bəyanatlarla gündəmdə olmaları Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olmaqla yanaşı, bu reallığın təkrar-təkrar səsləndirilməsinə rəvac verdi ki, Avropa Şurası həmməruzəçilərdən ibarət deyil. Təbii ki, quruma üzv dövlətlərin hamısının ölkəmizə münasibətdə səmimi olmaması haradasa başadüşüləndir. Amma reallığı inkar edib Azərbaycanı özlərinin fərziyyələrinə uyğun olaraq ittiham etmək birmənalı qarşılana bilməz. Ermənistanın mütəmadi olaraq qurum qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsinə görə səsvermə hüququndan məhrum edilməsi məsələsi dəfələrlə gündəmə gətirilsə də  bugünədək belə bir addım atılmayıb. Amma Azərbaycana gəldikdə bu cür qərəzli və ikili standartlarla yanaşma ortaya qoymaq həmin beynəlxalq təşkilatın əsl simasını ortaya qoyur. Bu baxımdan ki, daim ədalətin, beynəlxalq hüququn yanında olan, demokratik prinsiplərə böyük hörmətlə yanaşan, bu dəyərlərə sadiqliyini sözdə deyil, əməldə nümayiş etdirən bir ölkəni səsvermə hüququndan məhrum etmək qərəzdən başqa bir şey deyil. 

Vüqar Rəhimzadə vurğulayıb ki, bu xatırlatmanı bir daha həmin təklifin müəllifinə çatdırmaq istərdik ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə nümayiş etdirdi. Ümummilli Lider Heydər Əliyev qurumun ilk sessiyasındakı çıxışında bu məqamı xüsusi qeyd etmişdir ki, Avropa Şurası Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da Avropa Şurasına bir o qədər gərəkdir. Ulu Öndərin bu fikirlərinin davamı olaraq isə cənab İlham Əliyev bildirir ki, demokratikləşmə  sadəcə bir niyyət, şüar deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. Atılan addımlar hansısa beynəlxalq təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür.

Təbii ki, hər hansı bir quruma üzv qəbul olunarkən əməkdaşlıq üçün qarşılıqlı öhdəliklər olur. 2001-ci ildən ötən 23 ildə Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunarkən götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirib. Bəs, AŞPA necə üzərinə düşən öhdəlikləri yerinə yetiribmi? Qətiyyətlə və birmənalı şəkildə deyə bilərik ki, yox!

Ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində atılan addımların uğurlu nəticələri göz önündədir. Hazırda ölkəmiz 7 fevral tarixində keçiriləcək prezident seçkiləri ərəfəsindədir. Seçkilərin demokratikliyini təmin etmək üçün zəruri olan bütün addımlar atılır. Bu mühüm məqam da xüsusi qeyd edilməlidir ki, seçkilərin azad, demokratik, beynəlxalq standartlara uyğun keçirilməsini təmin edən Seçki Məcəlləsi qəbul olunarkən Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə birgə müzakirələr aparılaraq ümumi rəyə gəlinmişdi. Azərbaycan demokratik təsistaların inkişafı istiqamətində atdığı addımlarda beynəlxalq təcrübəyə əsaslanır və yeniliyə, təkmilləşməyə maraq göstərir.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, 2001-ci ildə sözügedən təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi ermənipərəst, İslamofob, Azərbaycanofob qüvvələrin bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə etmələrini açıq-aydın sübut edir. Bəzi dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycanda ən kiçik bir olayı belə lupa ilə izləmələrinə, amma maraqlarının həyata keçirilməsində bir vasitə rolunu oynayan Ermənistan kimi işğalçı, demokratiya anlayışından bixəbər olan dövlətdə cərəyan edən proseslərə göz yummalarına daim rəsmi Bakı tərəfindən sərt reaksiya verilib. Əgər ədalət maraqların arxasında əriyirsə, bu halda dünya güclərinin beynəlxalq hüququn norma və prinsiplərindən xəbərsiz olduğunu necə söyləməyək, yaxud bu problemin mövcudluğunu necə inkar edək. Görəsən, beynəlxalq hüququn norma və prinsiplərini zamana və məkana görə tətbiq edən dünyanın iri dövlətlərinin əlində oyuncağa çevrilən təşkilatlar heç bu suallar ətrafında düşünürlərmi? Bəzi iri dövlətlərin və beynəlxalq təşkilatların hər kəsə bəlli, özlərinə isə "təsadüf" kimi görünən ikili yanaşmalarına Azərbaycan ictimaiyyəti daim sərt münasibətini nümayiş etdirib. Dünya güclərinin ikili siyasətinə və bu yanaşmadan yaranan Ermənistana dəstəyə işıq salan faktlar saysız-hesabsızdır. AŞPA nümayəndə heyətimizin səsvermə hüququnu məhdudlaşdırmaqla Azərbaycana təzyiq, Ermənistana isə dəstək göstərməyə çalışır. Avropa Şurası nə üçün bir dəfə də olsun bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarını dilə gətirmədi? Postmünaqişə dövrünün reallıqları sırasında yer alan Ermənistanın mina terroru və bunun nəticəsində yüzlərlə insanın həlak olması və yaralanması Avropa Şurasını bəs nə vaxt narahat edəcək? Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması bəzi Qərb dövlətlərinin siyasi riyakarlığı və sifarişidir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bəyanatında da qeyd edilir ki, bu qurumdan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. Qurumda mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin bu addımı artıq əksər dünya güclərinin açıq müstəviyə keçən ikili standartlara əsaslanan siyasətinə ciddi etiraz və mesajdır. Azərbaycana qarşı qarayaxma kampaniyasının bir mərkəzdən koordinasiya olunması inkaredilməzdir. Son hadisələrə qısa nəzər salmaqla bunu bir daha təsdiqləyə bilərik. ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan hüquqlarına dair vəziyyətlə bağlı hesabatı, ABŞ Konqresinin ədalətsiz 907-ci düzəlişin fəaliyyətinin bərpası məsələsini qabartması, Fransanın tarixi Zəfərimizdən sonra səngiməyən qərəzli kampaniyaları və simasızlığı, bunun tərkib hissəsi olaraq bu günlərdə Fransa Senatının qəbul etdiyi qondarma qətnamə, Avropa Parlamentinin ölkəmizdə keçiriləcək prezident seçkilərinə nümayəndə heyəti göndərməkdən imtina etməsi, Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellin utanmadan Azərbaycanı Ermənistana qarşı təcavüzdə ittiham etməsi və sair kimi ikili standartlardan irəli gələn addımları... Atılan belə addımların, qəbul olunan qərarların və qətnamələrin Azərbaycan üçün heç bir önəmi yoxdur. AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qəbul olunmuş qərar öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycana qarşı birmənalı şəkildə qərəz və ədalətsizlikdir. Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə bir əhəmiyyət kəsb etmir. Təbii ki, işğalçı ilə işğala məruz qalan dövləti eyni vaxtda üzv qəbul edən bir qurumdan ədalət gözləmək sadəlövhlük olardı. Azərbaycan 23 ildə daim bu ədalətsizliyin, qərəzli yanaşmanın şahidi olub.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ