Cümə günü, 06 noyabr 2026
     

Avropa Şurası tarixində ən böyük siyasi intihar aktı...

Image


Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı sərgilənən təxribatçı mövqe yerli və xarici ekspert dairələrində də geniş müzakirə mövzularından birinə çevrilib. İndilikdə görünən odur ki, AŞPA-da açıq-aşkar saxtakarlıq edilir, bir çox faktlar təhrif olunmuş formada verilir, həqiqətlərə, belə demək mümkün olarsa, qara eynəkdən baxılır. 

Elə bunlar fonunda AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov olduqca maraqlı fikir səsləndirib: "Bu gün artıq Azərbaycan müasir tarixinin ən ağır problemini həll edib, öz ərazilərini işğaldan qurtarıb. Bu düyünü özü açıb. Avropa Şurası isə 20 il ərzində bu istiqamətdə, hörmətlə xatırladığımız Terri Devisin hazırladığı məşhur qətnamədən artıq heç nə etmədi. Bu gün Azərbaycanın qarşısında böyük üfüqlər vardır və onun səsini heç bir qüvvə ala bilməz. Güman edirəm ki, ən yaxın zamanlarda digər üzv ölkələr də artıq məkrli siyasətlərin oyuncağına çevrilmiş və ömrünü başa vurmaqda olan Avropa Şurasının həyatını süni şəkildə uzatmaq üçün vəsait ayırmağın bihudə olduğu barədə ciddi düşünəcəklər".

Hesab edilir ki, Avropa Şurası üzvlərini qərəzli yanaşmalarla itirdikcə, həqiqətən də qüruba getməyə məhkumdur. Xatırladaq ki, Rusiyanın bu qurumdan ayrılması  Avropa Şurasına həm də böyük maliyyə itkiləri hesabına başa gəlib. İndi Azərbaycan da maliyyə ayırmalarını kəsməlidir və bu, sözügedən təşkilat üçün yeni problemlərdən başqa heç nə vəd etmir. Eyni zamanda Avropa Şurasının ikili standartları da onun süqutunu şərtləndirən əsas faktorlardan biri hesab olunur.  AŞPA-nın son anti-Azərbaycan qərarını şərh edən rusiyalı politoloq Dmitri Solonnikov qeyd edir: "Bu gün AŞPA dünyanı "bizimlə birlikdə olmayan düşməndir və onu məhv etməliyik" prinsipi üzrə bölən bir strukturdur. AŞPA-ya baxdıqda, biz öz məcrasından tamamilə çıxmış və bir zamanlar daşıdığı ideyalardan uzaqlaşan bir təşkilat görürük.

Bir vaxtlar müxtəlif tərəflər arasında ortaq təmas nöqtəsi tapmağa kömək edən, dialoq və mürəkkəb vəziyyətlərin həlli üçün yaradılmış bir təşkilat vardı. İndi o, əvvəlcədən qəbul olunmuş qərarlar vasitəsilə təzyiq göstərmək, Qərbin liberal ideologiyasının hökmranlığını təmin etmək və dünyanı "bizimlə birlikdə olmayan düşməndir və onu məhv etməliyik" prinsipi üzrə bölmək üçün fəaliyyət göstərən bir struktura çevrilib. Təəssüf ki, biz bir çox beynəlxalq təşkilatlarda bunun şahidi oluruq". Politoloq qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması üzrə son qərar bunu bir daha sübut edir: "Azərbaycanlı deputatlar onları o halda qane edə bilər ki, Azərbaycan AŞPA-nın bütün qərarlarını tam şəkildə tanısın və bu təşkilatın dedikləri ilə oturub-dursun, əks halda, Bakı ilə hesablaşmayacaqlar, nümayəndə heyətinin iclaslarda iştirak etməsinə imkan verməyəcəklər və sairə. Bəzi ölkələr öz üzərinə Roma Papasından da müqəddəs funksiya götürüb, özlərini Tanrıdan sonra ikinci güc hesab edir, başqalarına nəyin düzgün, nəyin yanlış olduğunu diqtə etməyə çalışırlar". Ekspert vurğulayıb ki, hazırda bu dominant mövqe bir çox Avropa dövlətlərinə xasdır, onlar başqa cür yanaşmanı qəbul etməyə hazır deyillər: "Görünür ki, yaxın illərdə dünya bu cür mövqe tutanların idarəçiliyi altında olmağı qəbul edənlərə və öz milli ləyaqətini, suverenliyini qoruyaraq müstəqil siyasət aparanlara bölünəcək".

Onu da qeyd edək ki, AŞPA Azərbaycana qarşı 4 əsas iddia irəli sürür. Bunlardan biri Qarabağın erməni əsilli sakinlərinin bölgədən, guya zorakılıqla köçürülməsi ilə bağlıdır. Halbuki, ermənilər könüllü köçdüklərini özləri bəyan edirlər. Həm də bu köç prosesi bütün dünyanın gözü qarşısında baş tutdu. AŞPA-nın digər iddiası Azərbaycanın onun nümayəndə heyətinə 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə icazə verməməsi ilə bağlıdır. Halbuki, Laçın yolunun nəzarətsiz ərazi olmasına göz yumanlardan biri məhz Avropa Şurası olub. Azərbaycan burada sərhəd buraxılış məntəqəsi qurduqdan sonra isə gediş-gəlişin dünya ictimiayyəti tərəfindən müşahidəsinə imkan yaradıb. Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra, digər Avropa institutları kimi, Avropa Şurası da Ermənistanın işğal müddətində törətdiyi dağıntıları, maddi-mədəni, dini irsin yox edilməsini öz gözləri ilə görmək üçün heç bir təşəbbüs göstərməyib, Bakının dəvətlərinə qarşılıq verməyib. AŞPA-nın daha bir iddiası Azərbaycanda "siyasi məhbus"larla bağlıdır. Reallıqda bu qurum iqtisadi və kriminal xarakterli cinayət faktları ilə bağlı araşdırma çərçivəsində saxlanılan şəxsləri "siyasi məhbus" kateqoriyasına aid edir. Təşkilatın Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqləməməsi üçün yekun iradı isə rəsmi Bakının fevralın 7-də keçiriləcək prezident seçkisini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməməsi göstərilib. AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bunun səbəblərini belə izah edir: "Azərbaycanı qınayırlar ki, niyə Avropa Şurasını ölkədə keçirilən növbədənkənar seçkiləri müşahidə üçün dəvət etməyib. Azərbaycan müşahidəçi kimi hətta ən sərt mövqeyi ilə tanınan beynəlxalq qurumları da dəvət edib, lakin 23 il müddətində həqiqi üzvü olduğu, buna qədər də daim seçki müşahidələri aparan komandalarını məmnuniyyətlə qəbul etdiyi Avropa Şurasından bu dəfə imtina edib. Avropa Şurası rəhbərliyi, buraya birbaşa təsir imkanları olan dairələr gərək əvvəl bu barədə düşünərdilər. Bunun səbəbini indiyə qədər Azərbaycana qarşı bu təşkilatda apardıqları qəbuledilməz siyasətdə axtarmalıdırlar". Deməli, Azərbaycana qarşı iradlar tam əsassızdır. Avropa Şurasını narahat edən digər məsələ isə Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların intensivləşməsi ilə bağlıdır. Məlumdur ki, Azərbaycanın bu məsələdə təklifi problemləri ikitərəfli qaydada həll etməklə bağlıdır. Ermənistandakı bəzi qüvvələr də sülh danışıqlarının ikitərəfli qaydada keçirilməsinin tərəfdarıdır. Bu da Avropa Şurasının vasitəçilik rolunun aradan qalxmasına gətirib çıxaran amildir. Belə vəziyyət təşkilatı qane etmir. İndi baş verənlərin fonunda Azərbaycanın da, öz növbəsində, Avropa Şurasından çıxmaq haqqı var. Amma bundan itirən Avropa Şurası özüdür.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ