Cümə günü, 06 noyabr 2026
     

Erməni “Lazarev klubu”nun ardınca molla kanalları da Rəsulzadəyə hürməyə başladılar...

Image


"Rəsulzadəni kimlərinsə farsçılığa bağlamaq cəhdləri qətiyyən yolverilməzdir, o bir Turançı, Azərbaycançıdır" 

Azərbaycan Cumhuriyyətinin qurucusu, Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı Prezidentin imzaladığı Sərəncam qonşularımızı ciddi narahat etməyə başlayıb. 

Son günlər Ermənistan mediası, oradakı qondarma qurumlar, eləcə də Rusiyada fəaliyyət göstərən ermənipərəst "Lazarev klubu" M.Ə.Rəsulzadəyə qarşı hücuma başlayıb. Artıq molla rejiminin bəzi informasiya resursları da bu çirkin kampaniyaya qoşulublar. Molla rejiminin siyasətini yürüdən "Azərbaycan tarixi" adlı Telegram kanalı Rəsulzadəni "İrançı" kimi qələmə verməyə başlayıb. Sözügedən üzdəniraq kanal Rəsulzadənin "vəsiyyətnaməsini" yayıb. 

İddia edirlər ki, guya Rəsulzadə əsərlərində "Siyasi nəzəriyyələriniz iranlılıq çərçivəsindən kənara çıxmamalıdır", "Mömin gərək vəsiyyətsiz ölməsin, odur ki, möhtərəm oxucular, mən ''Niş"də vəsiyyət edirəm...Elə hamımız bir yerə toplaşıb bir azad İran məmləkəti yaradaq, rus və ingilisi də yaddan çıxarmayaq!" fikirlərini qeyd edib. Guya bu "vəsiyyətnamə" Rəsulzadənin əsərlərinin ikinci cildində öz əksini tapıb (İkinci cild 1909-1914, S. 62 NİŞ, "İrani-nov" N206, 17 may 1910) 

Ermənilərdən, "Lazarev klubu"ndan sonra indi də molla rejimi Rəsulzadəyə çirkab atır. Bunların belə çirkin kampaniya yürütməkdə məqsədləri nədir? 

"Bu sərəncam fars şovinistlərinin, erməni və ermənipərəstlərin antirəsulzadə təbliğatının üstündən qara bir xətt çəkib" 

M.Rəsulzadənin sosial – fəlsəfi görüşlərini tədqiq edən və bu barədə kitablar yazan AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərli molla rejiminin iddialarına cavab olaraq  "Bakı-Xəbər"ə bildirdi ki, bu irançılıq, iranlılıq məsələsinə dərindən yanaşmaq lazımdır. "Biz ancaq aysberqin görünən yox, görübməyən tərəflərini bilməliyik. Necə oldu ki, XIX əsrin əvvəllərindən etibarən bu İran, irançılıq məsələsi, paralel olaraq Turan və turançılıq məsələsi gündəmə gətirildi? Təbii ki, bunu gündəmə gətirən Avropa mərkəzçiləri idi. İngilislər, fransızlar, almanlar hərəsi öz maraqlarına uyğun olaraq bu anlayışlardan yararlanırdılar. Həmin dönəmdən etibarən də Qacarlar dövlətində, Çar Rusiyanın işğalı altında olan Azərbaycanda və digər bölgələrimizdə məhz bu anlayışlar - İran, irançılıq, Turan, turançılıq  geniş yayılmağa başladı. Görürük ki, Turan, turançılığın əsas ideoloqları Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Məhəmməd Əmin Rəsulzadə və başqalarıdır. Ancaq Azərbaycan türkləri arasında irançılığın da nümayəndələri vardı. Mirzə Fətəli Axundovun adını çəkə bilərik. Hətta Mirzə Əbdürrəhim  Talıbovda, ilk dövrlərdə Əhməd bəy Ağaoğlunda, müəyyən dərəcədə də Məhəmməd Əmin Rəsulzadədə bu hiss olunur. Bu nədən qaynaqlanır? Əslində, Mirzə Fətəli Axundov sonuna qədər müəyyən mənada irançılığın təsiri altında da qaldı. Amma Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə sonradan Əli bəy Hüseynzadənin turançılıq ideyasından daha möhkəm yapışdılar və bunu davam etdirdilər. Əhməd bəy Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin irançılıq məsələsinə baxışında, əlbəttə, Avropa mərkəzçilərinin də təsiri vardı. Ancaq Rəsulzadə 1909-1911-ci illərdə Qacarlar dövlətində, özünün də yazdığı kimi, onlar İran və irançılıq məsələsinin əsl mahiyyətinə çox da varmırdılar ki, Avropa Mərkəzçiləri hansı məqsəd güdür, onların əslində niyyəti türk dövləti Qacarları devirib yerinə fars dövləti qurmaq idi. O zaman Rəsulzadə də, onun silahdaşları da, hətta Səttarxan özü də Qacarlar dövlətinin yeniləşməsinin, konstitutsiyalı olmasının tərəfdarı idi. Onlar istəyirdilər ki, konstitutsiyalı bir dövlət yaradılsın. Rəsulzadə özü "İran türkləri" əsərində  yazır ki, biz o zaman bu yöndə Tehranda, Təbrizdə bəzi işlər görərkən, xüsusən "Yeni İran" qəzeti çap edərkən millət, türklük, yaxud farslıq məsələsi ön planda deyildi, məqsəd sadəcə İran və iranlılıq adı altında Qacarlar dövlətinin yenişləməsi idi. Şübhəsiz, avropalılar İran və iranlılıq məsələsini farslara, Turan və turançılığı isə türklərə bağlayırdılar. Sonradan türklər Turan və turançılığı, farslar isə İran və irançılığı qəbul etdilər. Məhəmməd Əmin Rəsulzadə, əlbəttə, "Yeni İran" qəzetində yazdıqlarında yalnız Qacarlar dövlətinin yeniləşməsindən, demokratik bir dövlətə çevrilməsindən bəhs edirdi. Burada konkret olaraq türklük və farslıq məsələsi qoyulmurdu. Ümumiyyətlə, o zaman heç irançılıq farsçılıq mənasında da işlədilmirdi. Dediyim kimi, heç o dövrdə Qacarlar dövlətində millət söhbəti getmirdi. Bu baxımdan da Rəsulzadəni kimlərinsə farsçılığa bağlamaq cəhdləri qətiyyən yolverilməzdir, o bir Turançı, Azərbaycançıdır.   

Şübhəsiz, zaman-zaman ingilislər elə bir oyun oynadılar ki, o zamankı Qacarlar parlamenti də mahiyyətcə İran və irançılıq adı altında əslində farsizmə xidmət etməyə başladı. Aydındır ki, elə 1925-ci ildə də Qacarlar türk dövləti devrilib. Mənə elə gəlir ki, ingilislərin oynunun bir parçasına çevrilən farslar və bəzi azərbaycanlılar sonra elə irançılığa da davam etdilər. Amma Məhəmməd Əmin Rəsulzadə məsələnin əsl mahiyyətini İstanbulda olarkən daha dərindən incələyib öyrəndi. Bildi ki, Avropa mərkəzçilərinin məqsədi əslində onun ortaq yurd, ortaq vətən kimi gördüyü Qacarlar türk  dövlətini devirib "demokratiya", "parlamentli quruluş" adı altında farslaşdırma siyasətini həyata keçirməkdir. Ona görə də, o öz əsərlərində yazırdı ki, bizim mücadiləmiz ortaq yurd, ortaq dövlət, ortaq vətən, Qacarlar dövlətində yaşayan bütün xalqların azadlığını, haqlarını, hüquqlarını orataya qoymaq üçün idi. Bundan sonra, şübhəsiz ki, Məhəmməd Əmin Rəsulzadə türkçülüyün, Turançılığın, Azərbaycançılığın ideoloquna çevrildi. Sonrakı proseslərdə İran, İrançılıq fars şovnizminə, farsizmə xidmət etməyə başladı... Rəsulzadə də bir türk övladı olaraq Turançılığı və Azərbaycançılığı qəbul etdi və yeni yaranan dövlətə də Azərbaycan adını ona görə verdi ki, məhz Turanın mərkəzi Azərbaycandır".

F.Ələkbərlinin sözlərinə görə, Rəsulzadə "Əsrimizin Siyavuşu" əsərində də yazır ki, tarixən mövcud olmuş Turanın mərkəzi həmişə Azərbaycan olub, Turan deyilən yer elə Azərbaycandır, Azərbaycan Cumhuriyyəti də kiçik Turandır. 

Müsahibimiz qeyd etdi ki, o zaman türklər demokratik bir quruluş istəyində olsa da, ingilis və onların oyuncağı olan farsların məqsədi tamam başqa olub, onlar farsçılığa, fars şovinzminə xidmət ediblər. "Çox təəssüflər olsun ki, Qacarlar dövlətində Əhməd Kəsrəvi, Seyid Həsən Tağızadə və başqaları elə axıra qədər irançılığı qəbul etdilər və onun müdafiəçisinə çevrildilər.

Rəsulzadənin yazdıqlarını, görüşlərini, mücadiləsini heç bir halda farsçılığa, panfarsizmə xidmət anlamında qəbul etmək olmaz. İndinin özündə də bu iranlılıq məsələsi ciddi bir problemdir və bundan farslar çox böyük ustalıqla istifadə edirlər, türkləri, başqa xalqları iranlılıq adı altında məcburən farsçılığa, farsizmə xidmət etdirməyə çalışırlar. Ancaq bu uzun sürməyəcək, keçmiş Qacarlar dövlətində olan xalqlar da oyanacaq. Türklər də yaxşı bilir ki, bizim yolumuz Turandır, Azərbaycandır.

Onu da deyim ki, Rəsulzadə Qacarlar dövlətinə getmişdi, o da bir türk dövləti idi, məqsəd də dövləti yeniləmək, demokratikləşdirmək, burada yaşayan bütün xalqların rifahı naminə fəaliyyət olub.

O ki qaldı Rəsulzadəyə qarşı fars-molla rejiminin, ermənilərin və ermənipərəstlərin hücumlarına, bunun heç bir faydası olmayacaq. Bu qüvvələr Azərbaycanın möhtəşəm qələbəsini heç cür həzm edə bilmədikləri üçün birləşiblər. Azərbaycan dövlətinin özünü Azərbaycan Xalq Cumhuriyyətinin varisi elan etməsindən də ciddi əndişə keçirirlər. Bizim tariximizə, tarixi şəxsiyyətlərimizə sahib çıxmağımızdan o qədər narahat olublar ki, Rəsulzadə ilə bağlı həqiqətə uyğun olmayan iddialar irəli sürürlər. Rəsulzadə Azərbaycan xalqının, türk dünyasının oğludur. Onun 140 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncam imzalaması düşmənlərimizi ciddi şəkildə sarsıdıb. Bu sərəncam fars şovinistlərinin, erməni və ermənipərəstlərin antirəsulzadə təbliğatının üstündən qara bir xətt çəkib. Onları qorxudan xalqımızın birliyi, öz tarixinə, dövlətçilik irsinə sahib çıxmasıdır"-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ