Rusiya və ABŞ nümayəndə heyətləri arasında diplomatik missiyaların, xüsusən də səfirliklərin fəaliyyəti ilə bağlı keçirilən görüş başa çatıb.
İstanbulda nümayəndə heyətləri arasında keçirilən görüş səhər saatlarında başlayıb və 6 saatdan çox davam edib.
ABŞ Baş Konsulluğunun Arnavutköydəki iqamətgahında keçirilən görüşdə Rusiyanı təmsil edən diplomatlar görüşdən sonra heç bir açıqlama vermədən binanı tərk ediblər.
Görüşün nəticələri ilə bağlı ABŞ tərəfdən də mətbuata heç bir açıqlama verilməyib.
TAHİR