Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə fəallığı səngimir. Bununla bağlı Trend-ə yeni görüntülər daxil olub.
Aİ-yə məxsus üç ədəd “Toyota” markalı avtomobildə "müşahidəçilər" Ermənistan-Azərbaycan sərhədinə yaxınlaşaraq, ərazilərimizi izləməyə başlayıblar.
"Müşahidəçilər"in fəaliyyəti Dövlət Sərhəd Xidmətinin hərbçilərinin gözündən yayınmayıb. Onların bizim ərazilərimizi izlədiyi kimi, bizim hərbçilər də onların fəaliyyətlərini diqqətlə izləyirlər.