Fransanın həftəlik jurnallarından biri olan “Le Point” bu həftə üz qabığında ABŞ-ın 47-ci prezidenti Donald Trampa yer verib. Jurnal Trampın şəklinin altına isə bu sözləri yazıb - “Moskva adamı”.
“Moskvanın adamı” başlıqlı yazıda ABŞ prezidentinin Moskva ilə münasibətlərindən bəhs edilir və Trampın keçmiş KQB agenti olduğu iddia edilir.
Jurnal onun 1980-ci illərdə KQB tərəfindən istifadə oluna biləcəyini iddia edib. Trampın KQB agenti olması ilə bağlı iddianı 1990-cı illərin əvvəllərində Fransada KQB agenti işləyən və sonra sığınacaq istəyən Sergey Jirnov irəli sürüb. Jirnov iddiasında KQB-nin altıncı şöbəsinin keçmiş əməkdaşı Elnur Musayevə istinad edib.
Qazaxıstan Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Musayevin sözlərinə görə, KQB Trampı “Krasnov” kod adı ilə işə götürüb. KQB-nin altıncı şöbəsinin ən mühüm iş sahəsi zəngin Qərb iş adamları arasında casuslar və məlumat mənbələri əldə etmək olub.
TAHİR