ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni açıqlamalar verib. Ukrayna prezidenti Zelenskinin Ukraynanın NATO üzvü olması səylərinə toxunan Tramp deyib ki, Ukrayna NATO üzvlüyünü unutmalıdır.
“Ukrayna NATO üzvlüyünü unuda bilər. Zatən hər şeyin başlamasının səbəbi bu idi" - Tramp bildirib.
Bundan başqa, Tramp açıqlamasında Avropa Birliyinin ABŞ-ı məhv etmək üçün yaradıldığını iddia edib. “Məqsədləri bu idi və onlar bunu yaxşı bacardılar. Amma indi mən prezidentəm, qisas ala bilməzlər”, - deyə o bildirib.
TAHİR