Bazar günü günü, 08 noyabr 2026
     

Sülhməramlıların 2025-də Qarabağdan çıxmaq fikri yoxdur...

Image


"Rusiya sülhməramlı kontingentinin Qarabağda olması tələbatdır və bu, gələcəkdə də zəruri olacaq". Bunu MDB ölkələri ilə əlaqələrə nəzarət edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində deyib.

M.Qaluzin  “Bu gün Qarabağı tərk edənlərin bəzilərinin hansısa mərhələdə geri qayıtmağa qərar verəcəyini istisna etmək olmaz. Sülhməramlıların olması isə bu insanlar üçün əlavə sakitlik amili olacaq” - deyə bildirib.

Onun sözlərinə görə, sülhməramlı kontingentin sonrakı mövcudluğunun hansı üsullarla həyata keçirilə biləcəyi məsələsi müəyyən edilmiş kanallar vasitəsilə Moskva ilə Bakı arasında müzakirə və həll olunacaq. Digər tərəfdən, Qaluzin vurğulayıb ki,  Bakı ilə Xankəndi arasında təmaslar sülhməramlıların vasitəçiliyi ilə həyata keçirilir: "Qarabağın gələcək inkişafı ilə bağlı çox mürəkkəb məsələlər də Rusiya sülhməramlılarının köməyi ilə Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycan Respublikasının hakimiyyət orqanları arasında həll olunur”- deyə nazir müavini bildirib.

Bakı, İrəvan və Moskvanın  9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, Rusiya sülhməramlı kontingenti Qarabağdakı təmas xətti və  Laçın yolu boyunca yerləşdirilib. Onların yerləşdirilməsi müddəti beş ildir (2025-ci ilə qədər). 

Qaluzin xatırladıb ki, sülhməramlıların mandatı müəyyən edilməyib, Bakı bununla razılaşmaqdan imtina edir.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri S.Lavrov da bəyanatında "Rusiya sülhməramlıları Qarabağda sülh və etimadı möhkəmləndirməyə hazırdır" - deyə qeyd edib. 

  • "...Niyyətləri ondan ibarətdir ki, hansısa ad altında regionda qalsınlar"

Qaluzinin bəyanatına şərh verən Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Rusiya ermənilərdən bölgədə qalmaq, Qərb isə bölgəyə girmək üçün istifadə etməyə çalışır.  "Ona görə də erməni əhalisi Qarabağa qayıdacaq, qayıtmayacaq, nə qədər erməni olacaq, onlar üçün bir o qədər də fərqi yoxdur. Onlar ermənilərin qayğısına qalsınlar, onlarla bağlı narahat olsunlar kimi bir şey yoxdur. Ermənilər hələ də bunu başa düşmək istəmirlər ki, kimlərsə öz maraqlarını təmin etmək üçün onlardan istifadə etməyə çalışır. Rusiyanın da bu niyyəti var. Rusiya diqqətlə prosesləri izləyir və Azərbaycanın hərəkətlərinə neytral, tərəfsiz qaldı. Böyük ehtimalla, bunun müqabilində böyük planları, niyyətləri var. Hadisələr orada Azərbaycanın istəklərinə uyğun gedir, Azərbaycan öz torpaqlarını işğaldan azad edib ərazilərində suveren hüquqlarını bərpa etdi. Hələ ki, Rusiya da Azərbaycanın istəklərinə uyğun hərəkət edir. Bu da Rusiyanın Azərbaycana xüsusi rəğbəti ilə bağlı deyil, Rusiya Azərbaycanın və Türkiyənin gücü ilə hesablaşır. Azərbaycanın regionun lideri olması faktı ilə razılaşmaq məcburiyyətindədir. Amma öz maraqlarını da güdür. Azərbaycan da  yaranmış situasiyadan maksimum dərəcədə istifadə edib çalışmalıdır ki, Rusiyanın bölgədə təsiri azalsın. Azərbaycan buna doğru gedir. Görürsüz ki, bir çox yerlərdən artıq Rusiya sülhməramlılarının postları götürülüb və bununla da artıq Azərbaycana qarşı təxribat yuvaları aradan götürülür. Yəni o postların sayı azaldıqca Azərbaycanın mövqeyi möhkəmlənir, xətti Rusiya tərəfindən qəbul edilir. Rusiya da reallıq qarşısında buna getməyə məcburdur"-deyə A. Nağı bildirdi.

Partiya sədrinin sözlərinə görə, çünki artıq Azərbaycan öz ərazisindədir və öz ərazisinə ciddi nəzarət edir, orada qalan erməni əhali ilə elə bir problemi yoxdur. O vurğuladı ki, orada Azərbaycan polisi və başqa dövlət qurumları öz fəaliyyətini tam həyata keçirirlər, kiminsə müdaxiləsinə ehtiyac yoxdur. "Əvvəllər də yerinə yetirirdilər, sadəcə Rusiya sülhməramlıları süni şəkildə gərginlik yaradırdılar ki, onun bölgədə qalmasına ehtiyac olsun. Bundan sonra da niyyətləri ondan ibarətdir ki, hansısa ad altında regionda qalsınlar. Ola bilsin ki, Azərbaycanla Ermənistan arasında hələlik şərti sərhəd xətti ilə bağlı hansısa funksiyanı yerinə yetirsinlər. Bilirsiz ki, regiona kənar hərbi qüvvələrin, yaxud müşahidəçilərin yeridilməsi ilə bağlı Qərbin də mövqeyi, təklifləri var. Son açıqlamalarda BMT-nin nəzarəti altında müəyyən qüvvələrin regiona yerləşdirilməsi təklifi var. Hətta Avropa Parlamentinin son bəyanatında göstərildi ki, Rusiya sülhməramlıları dərhal regiondan çıxmalıdır və onları BMT-nin rəhbərliyi, himayəsi altında beynəlxalq qüvvələr əvəz etməlidir. Yəni belə bir xətt də, mübarizə də var. Ona görə də Azərbaycan iki mövqenin arasında çalışır ki, özünə uyğun olan mövqeni seçsin. Bu istiqamətdə də işlər gedəcək, gedir də. Deyək ki, razılaşmaya əsasən Rusiyanın 2025-ə qədər regionda qalmaq hüququ var, ancaq bu, Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli razılaşmaya əsasən idi. Artıq Ermənistan o razılaşmadan çıxır. Həm Azərbaycan öz  ərazilərini nəzarətə götürüb, həm də Ermənistan Rusiyaya qarşı açıq konfrontasiya mövqeyindədir. Ona görə də Ermənistan üçtərəfli razılaşmadan çıxmış hesab olunur. Çünki onun qalmağına ehtiyac yoxdur. Ermənistanın orada bir səsi, mövqeyi yoxdur. Situasiya dəyişib. Rusiya rəhbərliyi də dəfələrlə bildirib ki, bundan sonra sülhməramlıların taleyi Azərbaycanla Rusiya arasında ikitərəfli danışıqlar vasitəsilə müəyyənləşəcək. Azərbaycan maksimum çalışmalıdır ki, sülhməramlıların orada iştirakı tam şəkildə minimuma endirilsin. Azərbaycan onların fəaliyyətini 2025-ci ildə, yaxud ondan əvvəlki dövrdə tam aradan qaldırmağa nail olmağa çalışmalıdır. Mətbuatda Türkiyə və Rusiya monitorinq mərkəzinin də buraxılması ilə bağlı müəyyən fikirlər var, ona da ehtiyac olmadığı barədə mövqelər səsləndirilir. Hesab edirəm ki, Rusiya sülhməramlıları regionda qalırsa birgə monitorinq qrupunun funksiyası və səlahiyyətləri artırılmalıdır. Hansı funksiyanı Rusiya sülhməramlıları yerinə yetirmək istəyirlərsə onu Türkiyə ilə birgə yerinə yetirməlidirlər. Azərbaycan onsuz da son rəsmi açıqlamalarında Türkiyənin məsələyə müdaxiləsini açıq şəkildə qoyur. Bilirsiz ki, İspaniyanın  Qranada şəhərində keçirilən görüş ərəfəsində Azərbaycan Türkiyənin orada iştirakını şərt kimi qoydu və şərt qəbul olunmadı, buna görə də Azərbaycan iştirak etmədi. Deməli, Azərbaycan Türkiyənin bu və digər formada prosesdə iştirakını artıq gündəmə gətirir, irəli sürür və bu məsələnin üzərində təklif verir. Azərbaycan Türkiyənin rus sülhməramlıları ilə birlikdə eyni səlahiyyət daxilində regionda hərəkətinə də nail olacaq. Böyük ehtimalla, artıq bu məsələ müzakirə olunub. Ən azı müzakirə olunmalıdır. Biz Rusiyanın niyyətlərini, məqsədlərini bilirik, Azərbaycan da mövqeyində davamlıdır, ardıcıldır. Çalışmaq lazımdır, xətt, tendensiya ona doğru getsin ki, Rusiyanın regionda təsir imkanları azalsın"-deyə A.Nağı vurğuladı. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ