Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ali Məclis yenə sədrsiz qaldı - Talıbova və oğluna yeni "etimadın" maraqlı tərəfləri...

Image


Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin sədrləri, sədr müavinləri və üzvləri məlum olub. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin növbəti sessiyasında qərar verilib.

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov da komitə üzvü seçilib. Belə ki, sabiq sədr Sosial siyasət komitəsində təmsil olunacaq. Vasif Talıbovun oğlu Seymur Talıbov isə Hüquq siyasəti komitəsinin üzvü seçilib.

Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bir sıra deputatları müvafiq komitələrin sədrləri, sədr müavinləri və üzvləri seçiliblər. Məlumatlara görə, amma Naxçıvan Ali Məclisinə son sessiayada da sədr seçilməyib, bu dəfə də Ali Məclis sədrsiz qalıb.

Vasif Talıbovun və Seymur Talıbovun komitə üzvləri seçilməsinə necə baxırsız?

Naxçıvanda korrupsiyaya görə həbslər var, hətta nazir statusunda olan adamlar tutulub, bütün komanda dəyişilib, Naxçıvanda idarəçilik, kadrlar, elita demək olar ki, kökündən dəyişdirilib. Bu halda keçmiş rəhbərlikdə olan adamın Ali Məclisin mötəbər komissiyalarına üzv seçilməsi nə deməkdir? Naxçıvan Ali Məclisinə yenə də sədr seçilmədi, sədr seçilməsi niyə təxirə salındı? Səbəb nə ola bilər? Sessiya oldu, bu dəfə də Ali Məclisin sədri vəzifəsi boş qaldı, sizcə  səbəb nə ola bilər?

  • Tural Səfərov: “Əgər ata-bala Talıbovlar hansısa komitənin sədri və yaxud sədr müavini seçilsəydi, bu onlara xüsusi münasibət kimi qiymətləndirilə bilərdi”

TNS İnformasiya Agentliyinin direktoru  Tural Səfərov  “Bakı-Xəbər”ə bildirdi ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında müzakirə olunan məsələlərdən biri də Ali Məclisin daxili nizamnaməsinin qəbul edilməsi idi. “Məsələnin müzakirəsi zamanı bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mövcud daxili nizamnaməsi Ali Məclisin fəaliyyətinin qurulmasına cavab vermir, ölkə qanunvericiliyi ilə uyğunlaşdırılmayıb. Bu səbəbdən yeni layihə işlənilib, sessiyadan öncə layihə baxılması üçün deputatlara təqdim edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov qanun layihəsi barədə ətraflı məlumat verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nə texniki dəyişikliklə bağlı təklif irəli sürüb və təklif nəzərə alınıb.

Sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq qəbul olunub.

TNS olaraq dəqiqləşdirduk ki, Ali Məclisin bundan əvvəlki daxili nizamnaməsi 1999-cu ildə qəbul edilib. Ancaq həmin nizamnamə ilə Ali Məclisin deputatları daxil heç kim tanış olmayıb. Ali Məclisin sabiq sədri Vasif Talıbov daxili nizamnamənin dərc edilməsini, internet informasiya ehtiyatlarında yerləşdirilməsini, deputatlara verilməsini qadağan edib. Bu daxili nizamnamə barədə Vasif Talıbovun özündən, onu hazırlayan vəzifəli şəxsdən başqa heç kim məlumatlı olmayıb.

Sual yaranır: Vasif Talıbov Ali Məclisin daxili nizamnaməsini niyə gizli saxlayırdı?

Redaksiyamıza etibarlı mənbələrdən daxil olan məlumata görə, Vasif Talıbov 1999-cu ildə qəbul edilmiş daxili nizamnaməni Ali Məclisin müzakirəsinə çıxarmadan qəbul etdirib, bir neçə il sonra isə səsverməyə çıxarılmadan nizamnaməyə dəyişiklik olunub. Həmin dəyişiklik isə Ali Məclis sədrinin vəzifədən kənarlaşdırlması qaydası idi. Talıbov nizamnamədə Ali Məclis sədrinin kənarlaşdırlması qaydasını ləğv etdirib. Bu qayda əvvəlki nizmnamənin 30-cu maddəsində öz əksini tapmışdı.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 31-ci maddəsi “Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılması” adlanır. Həmin maddədə göstərilir ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılması qaydası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin daxili nizamnaməsi ilə müəyyən edilir.

Göründüyü kimi, Vasif Talıbov daxili nizamnamədən bu maddəni çıxarmaqla toxunulmazlığını təmin etməyə çalışıb və konstitusiyanı kobud şəkildə pozub. Məhz elə buna görə Talıbovun vəzifədən kənarlaşdırılması mümkün olmadı və o, istefa verdi.

Əldə etdiyimiz məlumatlara görə, yeni daxili nizamnamə mükəmməl formada hazırlanıb. Həmin nizamnamə yaxın günlərdə internet informasiya ehtiyatlarında yerləşdiriləcək və hər kəs onunla tanış ola biləcək. Bəli, doğrudan da Naxçıvan dəyişir”-deyə qeyd etdi.

Konkret olaraq suallarımıza gəlincə, T.Səfərov “Vasif Talıbov və oğlu Seymur Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məcinin deputatıdır.  Ona görə də onların Ali Məclisin hansısa komitəsinə üzv seçilməsində qeyri-adi heç nə yoxdur. Ali Məclisə 45 deputat seçilib. Ötən dövr ərzində onlardan ikisi vəfat edib. Ali Məclisin sədr müavinləri isə komitə üzvü deyil. Deməli, komitə üzvü olacaq deputatların sayı 41-dir. Dünən keçirilən sessiyada Ali Məclisin 4 komitəsi yaradılıb, hər komitəyə isə ən azı 10 üzv seçilməlidir. Əgər Vasif Talıbov və oğlu komitə üzvü seçilməsəydi, onda gərək hansısa deputat  bir neçə komitənin üzvü olaydı. Mən Vasif Talıbov və oğlunun deputat kimi qalmasının əleyhinəyəm. Onlar ya istefa verməli, ya da deputat mandatından məhrum edilməli idi. Ancaq bu baş verməyibsə, onlar Ali Məclisin işində iştirak etməlidirlər. Bu deputatların kənarda saxlanıması doğru olmazdı. Əgər ata-bala Talıbovlar hansısa komitənin sədri və yaxud sədr müavini seçilsəydi, bu onlara xüsusi münasibət kimi qiymətləndirilə bilərdi. İndiki halda isə heç bir xüsusi münasibətdən söhbət gedə bilməz”-deyə vurğuladı.

  • Rəşad Bayramov: “Ehtimala görə, ölkə rəhbərliyi bu gün orada Ali Məclis sədri vəzifəsini düzgün şəkildə icra edə biləcək şəxsi görmədiyi üçün Ali Məclisə sədr seçilməyib”

AMİP Siyasi Şurasının üzvü, politoloq Rəşad Bayramov da “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Talıbovların sözügedən komitələrə üzv seçilməsi onlara etimad göstərilməsi kimi anlaşılmalı deyil, bu, sadəcə olaraq Ali Məclis deputatlarının sayının az olması ilə bağlıdır. “Vasif Talıbov, təbii ki, Ali Məclisin sədri olaraq komitələrdə təmsil olunmurdu, amma Seymur Talıbov indiyə qədər İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü idi. Sadəcə, indi Naxçıvan Ali Məclisində mövcud olan komitələrin sayı 4-ə endirilib və indi hər komitədə 10 nəfərin təmsilçiliyi nəzərdə tutulub. Bu o deməkdir ki, 4 komitədə Naxçıvan Ali Məclisinin 40 deputatı mütləq şəkildə təmsil olunmalıdır. Naxçıvan Ali Məclisində deputat sayının cəmi 45 olduğunu və sədr və müavinlərin də bu və digər komitədə təmsil olunmadığını nəzərə alsaq, geridə cəmi 40 deputat qalır və komitələrin də tərkibi deputatların sayına uyğun olaraq məcburi şəkildə formalaşır. Vasif Talıbovun Ali Məsclis sədri vəzifəsindən getməsindən sonra heç bir iclasda iştirak etmədiyini hər kəs dəqiq bilir. Bu o deməkdir ki, Vasif Talıbov bu komitənin də fəaliyyətində iştirak etməyəcək. Seymur Talıbova gəldikdə isə, onun da üzv seçildiyi komitənin iclaslarında iştirak edəcəyi şəxsən mənim üçün ağlabatan deyil və düşünmürəm ki, gəlib hansısa iclasda iştirak etsin. Bu, sadəcə olaraq, məcburiyyətdən irəli gəlib”-deyə bildirən R.Bayramov hesab edir ki, Naxçıvan Ali Məclisində komitə üzvlərinin sayının 10-a qaldırılması nəticəsində məcburiyyətdən deputatları bu və digər komissiyaya üzv seçiblər. Bunun çox effektsiz olduğunu qeyd edən R.Bayramovun sözlərinə görə, Ali Məclisin işində iştirak etməyən şəxslərin bu və digər komitəyə adlarını yazmaq və sadəcə ad xatirinə onları orada saxlamaq effektsiz bir fəaliyyətdir. “Naxçıvan Ali Məclisi bu qərarı verəndə nəyə istinad edib bilmirəm. Amma bu, təbii ki, effektsiz fəaliyyətdir. Amma komitələrin tərkibinin məcburi şəkildə 10-a qaldırılması özü də başadüşülən deyil. Yəni komitələrin tərkibi 6 nəfər olanda neyləyiblər ki, 10 nəfər olanda neyləsinlər? Bu baxımdan sual daha çox Naxçıvan Ali Məclisinin indiki rəhbərliyinə ünvanlanmalıdır, onlara sorğu göndərilməlidir ki, bunun nədən irəli gəldiyi barədə izahat versinlər. Ümumiyyətlə, Naxçıvan Ali Məclisinin işində iştirak etməyən şəxsin bu və digər komitədə təmsil olunması nə dərəcədə effektlidir?”.

R.Bayramov bu sesiyada Ali Məclisə yeni sədr seçilməməsinin də səbəblərinə münasibət bildirdi. Bizimlə ehtimallarını bölüşən R.Bayramovun mülahizələrinə görə, bu bir neçə səbəblə bağlı ola bilər. “Bu gün Naxçıvan Ali Məclisində sədrlik iddiasında olan, yaxud sədrlik yükünü daşıya biləcək adam yoxdur. Ehtimala görə, ölkə rəhbərliyi bu gün orada Ali Məclis sədri vəzifəsini düzgün şəkildə icra edə biləcək şəxsi görmədiyi üçün Ali Məclisə sədr seçilməyib. Yaxud bu vəzifəyə iddialı şəxslərin olmadığı səbəbindən bu post hələ də boşdur.  Bu gün Naxçıvan Ali Məclisinin 45 nəfər üzvündən 3-4 nəfər var ki, onlar ictimaiyyət tərəfindən də, Naxçıvan əhalisi tərəfindən də  tanınır. O deputatların çox az hissəsi Azərbaycan ictimaiyyəti tərəfindən tanınır. Geridə qalan deputatlar ictimai təşəbbüs göstərməyən, indiyə qədər hər hansı bir məsələ ilə bağlı çıxış edib ortaya konkret mövqe qoymayan şəxslərdir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, gözləntilər var. Gözləntilər də ondan ibarətdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına, yaxud Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına hansısa əlavə və dəyişikliklərin olması ilə bağlı referendum keçirilə bilər. O referendumdan sonra hələ Naxçıvan Ali Məclisinin özünün qalıb-qalmayacağı dəqiq deyil. İndi sadəcə qısa bir müddət üçün yeni sədri seçməyə lüzum görməyiblər. Onsuz da sədrin səlahiyyətlərini icra edən şəxs var, bu, səhv etmirəmsə, Azər Zeynalovdur. Vasif Talıbovun vaxında onun birinci müavini idi. Hələ də orda oturub. Artıq demək lazımdır ki, Naxçıvan Ali Məclisi adlı qurum sadəcə ona görə fəaliyyət göstərir, bu qurum konstitusiya ilə təsbit olunmuş qurumdur. Yoxsa ki, nə Vasif Talıbovun vaxtında o qurum bir fəaliyyətlə məşğul olub, nə də indi. Sadəcə Konstitusiya bəzi məsələlərlə bağlı Naxçıvan Ali Məclisinin qərar və tövsiyələrinin olmasını nəzərdə tutduğu üçün o qurum hələ saxlanılıb. Gördüyünüz kimi, bu və digər şəxsin vəzifədən azad olunması, hansısa şəxsin vəzifəyə təyin olunması Konstitusiyaya görə Naxçıvan Ali Məclisi sədrinin səlahiyyətində idi. Sadəcə, onların icrası üçün o qurum hələ də qalır. Belə baxanda, onsuz da effektiv fəaliyyət göstərmir...”-deyə R.Bayramov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ