çərşənbə günü, 11 noyabr 2026
     

Molla rejimi özünü həbs etdi, qardaşını öldürdü - məşhur Cənubi Azərbaycan jurnalistinin mühacirət həyatı... - I yazı

Image


“Cənubi azərbaycanlı mühacirlər” rubrikasında müsahibimiz molla rejiminin zülmündən baş götürüb doğma evini, el-obasını tərk etmək məcburiyyətində qalan və İsveçə mühacirət edən, hazırda Stokholm şəhərində yaşayan publisist, tərcüməçi, jurnalist Abdulla Əmir Haşımidir (Abdulla Əmirbahadır oğlu Əmir Haşımi - Cavanşir).

Abdulla Əmir Haşimi (Cavanşir) 1950-ci ildə Güney Azərbaycanda, Təbrizin ətrafında yerləşən Həştəri mahalında zəhmətkeş ailədə dünyaya göz açıb. Bir yaşı olanda ailəsi ilə birgə Təbrizə köçüb. İbtidai təhsil illərindən əməyə, zəhmətə alışıb, ailəsinə iqtisadi cəhətdən kömək üçün işləyib. İbtidai məktəb dövründən oxumağa marağı olan A. Əmir Haşimi, cəmiyyətin ona yaratdığı dar şəraitdən irəli gələn minlərcə sualın cavablarını oxuduğu kitablarda axtarırdı. Orta təhsilini riyaziyyat ixtisası üzrə Təbrizin məşhur Firdovsi gimnaziyasında alıb. Təbriz Universitetinin fizika fakültəsində oxuyarkən, eyni zamanda axşamlar oxuduğu texniki institutu bitiribdir. Təbriz Universitetində təhsilini davam edərkən, Təbrizin gimnaziyalarında fizika elmini tədris edib. 1974-cü ildə atası vəfat etdikdən sonra, ailəsinin məişətini idarə etmək üçün, günortadan sonra Sofiyanın sement zavodunda teknisyən kimi işə başlayıb. 1973-cü ildən dostları ilə milli və siyasi qrupları təşkil etdiklərinə və Şah rejiminin əleyhinə apardıqları fəaliyyətə görə 1976-cı ildə bir neçə dostu həbsə alınır və A.Əmir Haşimi gizli yaşamağa və gizli fəaliyyətə məcbur olur. Ancaq bir il sonra o da həbs olunur...

Onun barəsində məlumatda qeyd edilir ki, Haşimi 2001-ci ildən 2006-cı ilədək Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, 2006-cı ildən isə Güney Azərbaycan Konqresinin birinci məsulu vəzifəsindədir. Tanınmış Azərbaycan şairi Söhrab Tahirin "İnqilab Qartalı" romanını, "Heydər Əliyevin siyasi portreti" adlı kitabı və Əbülfəz Bərəkətin "Çörək" əsərini Azərbaycan-türkcəsindən farscaya, Əhməd Kəsrəvi Təbrizinin "İranın Məşrutə hərəkatının tarixi" kitabını (1046 səhifədən ibarət) farscadan Azərbaycan-türkcəsinə tərcümə edib, "Fiyuzat" jurnalını eləcə də Səbri Eyvazovun "Nədən bu hala qaldıq?" əsərini dilimizin latin və kiril qrafikalarına köçürüb, çap etdiribdir. A.Əmir Haşimi, Güney Azərbaycanın milli qurtuluş yolunda olan problemləri və onların həlli yollarını əks etdirən bir çox elmi məqalələrin müəllifidir. Yazılarının bir sırası, "Məqalələr toplusu" və "Bir neçə söz..." adlı müəllif-kitablarında nəşr edilibdir. Bunlar Abdulla bəyin ömürlüyündən bəzi məqamlardır.  A.Əmir Haşimi sözün həqiqi mənasında çox keşməkeşli, məşəqqətli, eyni zamanda da çox mənalı, məzmunlu, mübarizə dolu bir  həyat yolu keçib. Həyat hekayətinin ardını isə onun özündən eşidək.

  • “1982-ci ildən 1992-ci ilə qədər fəaliyyətimiz gizli oldu”

Abdulla Əmir Haşimi ilə vatsap üzərindən əlaqə saxladıq, o, “Bakı-Xəbər”in suallarını yaşadığı Stokholmdan cavablandırdı.

- Təbrizin ətrafında yerləşən Həştəri mahalında doğulmuşam. Atam Azərbaycan Demokratik Firqəsinin üzvü olduğu üçün öz mahalımızda qala bilməyib, ailəmiz Təbrizə köçüb. Təbrizdə böyümüşəm, orta və ibtidai məktəbi Təbrizdə oxumuşam, universiteti Təbrizdə bitirmişəm.

- Bildiyimiz qədər, hələ gənc yaşlarınızdan milli mücadilə, mübarizə işinə qoşulmusunuz. Hansı təşkilatın üzvü idiniz?

- Bəli, çox gənc yaşlarımdan Azərbaycan Demokrat Firqəsinə üzv olmuşam, burada fəaliyyət göstərmişəm. Dostlarımla birgə Təbrizdə və Azərbaycanın digər şəhərlərində Azərbaycan Demokrat Firqəsinin ofislərini açdıq. Demokrat Firqəsi Pişəvəri hərəkatının, Pişəvərinin qurduğu təşkilatın davamçısıdır. O Demokrat Firqəsi ki, Güney Azərbaycana milli hökumət töhfə verib. Bu barədə yəqin ki, ətraflı məlumatınız var.

- Bəli var.

Azərbaycan Demokrat Firqəsində fəaliyyətinizə görə hansısa təzyiqlər gördünüzmü? 

- O dövrdə fəaliyyətimə görə Şah rejimi tərəfindən həbs olunmuşam. İnqilab baş verib həbsdən çıxmışam...

Firqənin Mərkəzi Komitəsinin İcraiyyə Heyətinin üzvü kimi Firqənin işçi-fəhlələr məsulu, Azərbaycanın vilayət məsulu və Firqənin kəndlilər üzrə məsuliyyətini daşımışam. Təbriz də daxil olmaqla 22 şəhərdə Firqənin ofislərini açmışıq, bu sahəyə məsul olmuşuq.  

- Fəaliyyətinizə nələr daxil idi ki, rejim belə qıcıqlanırdı?

-  “Azərbaycan” qəzetini buraxdıq. 1969-cu ildən 1982-ci ilə qədər yarım demokratik şəraitdə fəaliyyətimizi bərpa etməyə fürsət yarandı. O dövrdə də biz çox əzab-əziyyətlər çəkdik. Rejim hücum etdi və fəaliyyətimizə əngəl oldu, biz isə yenə gizli fəaliyyətə keçdik. 1982-ci ildən 1992-ci ilə qədər fəaliyyətimiz gizlin oldu. Çox çətinliklər yaşadıq, bizə çox əziyyət verdilər.

Türkcə kitabların çapı, Azərbaycan filmlərinin çoxaldılıb yayılması, beynəlxalq insan haqları orqanlarına imza toplama, şəhidlərin anma mərasimlərinin təşkil edilməsi, şair və yazıçıların yubileylərinin keçirilməsi, şeir gecələrinin təşkili, Azərbaycan icmalarının yaradılması, dağçılıq və bu kimi işlərin görülməsi mənim gördüyüm işlər idi. Eyni zamanda Tehran, Qəzvin, Zəncan, Ənzəli və Təbrizin zavodlarında mühəndis vəzifəsində müvəqqəti və qeyri-rəsmi işləyirdim. Zavodlarda işlədiyim zaman Azərbaycan iqtisadiyyatı üzrə, həmçinin cəmiyyətin elm, maarif, iqtisadiyyat sahəsində geri qalması səbəblərini arayıb-araşdırırdım.

- O cür irticaçı rejimdən ailənizi necə qoruyurdunuz?

- Çox çətin idi. Ailə üzvlərimizi, yaxınlarımızı həbs edirdilər. Qardaşım Məhəmmədhüseyn Əmir Haşimini həbsə aldılar, sonra isə edam etdilər.  

- Neçənci il idi?

- Molla rejimi qardaşımı 1987-ci ildə edam etdirdi, öldürdü. Kütləvi həbslər zamanı rəhmətlik qardaşımı da tutdular və edam edilənlərdən biri də o oldu. Azərbaycan Demokrat Firqəsinin başqa üzvlərini də edam etdilər. Firudin İbrahiminin qardaşı Ənuşirəvan İbrahimi də edam edilənlər sırasında idi. 3 mindən artıq insanı həbsə məruz qoydular.

Mən özüm rejimin basqısına məruz qalırdım, gizli yaşamağa məcbur idim. Məlumat alırdım ki, həbs olunmağım çox yaxındır...Odur ki, çıxıb Bakıya gəldim, Bakıya sığındım.

- Bakıya neçənci ildə gəldiniz?

- 1992-ci ilin əvvəllərində gəldim. Əlbəttə, ondan beş il əvvəl ailəmi, həyat yoldaşımı və üç  uşağımı çıxarmışdım. Çünki qardaşımı edam edəndən sonra məni də tutmağa çalışırdılar. Bilirdim ki, həbs edəcəklər. Çox çalışdım ki, molla rejiminin zülmlərinə tab gətirib fəaliyyətimi davam etdirim, amma dözə bilmədim, o basqılara, təzyiqlərə dözmək mümkün olmadı.

Rahatlığımı Bakıda tapdım.

- Bakıda nə işlə məşğul oldunuz?

- Əvvəlcə, Hacı Zeynalabdin Tağıyev zavodunda az müddət mühəndis işlədim. Sonra tale elə gətirdi ki, 1992-ci ildən 1998-cı ilə qədər  AzTV-də Xarici Verilişlərin Şərq (türk, fars və ərəb) redaksiyasının baş redaktor müavini vəzifəsində işlədim, 6 il burada çalışdım, əvvəl böyük redaktor, sonra isə baş redaktor müavini oldum.

- Tərcümə işi ilə də məşğul olmusunuz...

- Bəli, həm tərcümə işi ilə məşğul olmuşam, həm yazmışam. Xaricdə də Konqres adına “Güney Azərbaycan” jurnalı buraxmışıq, Bakıda olanda da bu tip nəşrlərimiz olub.

1998-ci ildə İsveçə köçəndən sonra burada “Qarabağ” dərnəyini təsis etdim. Burada qanuni olaraq tərcümə işi də görürdük. Müxtəlif sənədləri fars, isveç, ingilis dilinə, Azərbaycan türkcəsinə tərcümə edirdik. Sürgündə olan Yazıçılar Birliyinin üzvüyəm. İndə də yazı-pozunu davam edirəm.

- Məlumatımıza görə, Siz BMT-nin xətti ilə İsveçə mühacirət etmisiniz. Ora gedəndən sonra nə ilə məşğul oldunuz?

- Doğrudur, BMT-nin vasitəsilə İsveçə köçdüm. Üç il müddətində isveç dilini öyrənməyə çalışdım. Dili öyrəndikdən sonra 15 il İsveçdə, Stokholm şəhərində ibtidai məktəbdə 3-cü sinif müəllimi işlədim. Çörəyimi qazanmaq üçün müəllim işlədim. Beş il bundan əvvələ qədər İsveç uşaqlarına dərs deyirdim. Hazırda təqaüddəyəm.

- Güneyli soydaşlarımız təkcə şah rejimi dövründə əziyyət, işgəncə görməyib, eyni zamanda molla rejiminin adını “islam inqilabı” qoyduğu hərəkatdan sonra, mollalar hakimiyyət başına keçdikdən sonra da bu zorakılıq davam etdirilib. Yəni molla rejiminin azərbaycanlılar üçün şah rejimindən heç bir fərqi olmayıb. Bu barədə nə deyərdiniz?

- Tamamilə doğru vurğuladınız. O siyasət ki, türklərə qarşı şah rejimi dövründə köklənmişdi, o molla rejimi tərəfindən də davam etdirildi. Bu rejimlərin bizə münasibətdə bir-birindən heç bir fərqi olmadı. Baxmayaraq ki, molla rejimi hakimiyyətə gəlməmişdən əvvəl Azərbaycan türklərinə çox vədlər vermişdi. Deyirdilər ki, azərbaycanlılar da başqaları kimi azad olacaq, heç bir milli ayrı-seçkilik olmayacaq, ictimai ədalət bərpa ediləcək, suyu, işığı müftə edəcəyik, evsizlərə ev, işsizlərə iş verəcəyik. Mollalar bizə çox vədlər verdilər. Onların verdiyi vədlər onunla nəticələndi ki, biz şahın qarşısında bunları müdafiə edə bilərdik. Çünki şah tamamilə rüşvətxorluqla məşğul idi, azərbaycanlılara divan tutmuşdu, bizi hətta mədəni və milli genosidə məruz qoymuşdu. Biz şah rejimində də xalq olaraq həm milli, həm də mədəni genosidə  məruz qaldıq. Fiziki olaraq azərbaycanlıları 1946-cı ildə qırğına məruz qoymuşdu, həm də ana dilimizdə olan kitabları yandırmışdı. Molla rejimi “islam ədalət gətirər” deyimindən, şiəlikdən sui-istifadə etdi. Biz də bunlara doğrudan da inandıq. Dedik ki, zülmə, diktatora müqavimət göstərmək, mübarizə aparmaq dinimizdən gəlir...43 ildir ki, molla rejimi öz əsl simasını göstərir, bölgədə və daxildə intriqaçı bir rejim kimi tanınır...

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 12:28
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ