çərşənbə günü, 11 noyabr 2026
     

MŞ media subyektlərinin cərimələnməsi ilə bağlı qanunvercilikdə dəyişikliklərə münasibət bildirdi

Image


Mətbuat Şurası İnzibati Xətalar Məcəlləsində media ilə bağlı dəyişikliklərə münasibət bildirib.

Şuradan verilən məlumata görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu günkü iclasının gündəliyinə daxil edilmiş İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsində media ilə bağlı məqamlar da əksini tapıb.

"Əvvəla, təkzib, cavab və düzəliş verilməsi məsələsi üzərində dayanaq. İXM-ə dəyişiklik layihəsi “Media haqqında” qanunla bununla bağlı müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslərin üç yüz manatdan altı yüz manatadək, hüquqi şəxslərin isə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsini nəzərdə tutur.

Əslində, belə bir müddəa əvvəlki “Kütləvi informasiya vasitələri haqqında” qanunda da olub. Dəyişiklik daha çox yeni qanunun icrasının optimallaşdırılmasını nəzərdə tutur. Hesab edirik ki, dəyişiklik, eyni zamanda, real işlək mənzərənin formalaşmasını şərtləndirəcək. Nəzərə alaq ki, buna ciddi ehtiyac var. Məsələni əsaslandırmaq üçün bir neçə məqama diqqət yetirək.

Ümumən, mediamızda təkzib, düzəliş və cavab mədəniyyəti olduqca zəifdir. “Nyu York tayms”, “Vaşinqton post” kimi nüfuzlu nəşrlər hər gün öz səhifələrində çoxsaylı təkziblər yayımlayırlar, cavab hüququnun tanındığı materiallar yerləşdirirlər, ancaq Azərbaycanın media orqanları bir çox hallarda məsələyə dair tövsiyələrdən nəticə çıxarmırlar. Bəzən olur ki, Mətbuat Şurası hansısa media orqanına təkzib verməyi tövsiyə edir. Həmin təkzib narazılıq doğurmuş materialın özündən qat-qat artıq etiraz yaradır. Düşünürük ki, qanunun effektiv icra mexanizmi mövcud sahədəki problemləri aradan qaldıracaq, ayrı-ayrı şəxslərin fərdi mahiyyətli spekulyativ yanaşmalarına meydan tanımayacaqdır.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən növbəti dəyişiklik media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayımına maneə yaradılmasına qarşı mexanizmlərin sərtləşdirilməsi ilə bağlıdır. İXM-ə buna görə fiziki şəxslərin iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə olunmaları təklif edilir. Qeyd edək ki, əvvəllər kütləvi informasiya vasitələrinin qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə fiziki şəxslərin yüz manatdan yüz əlli manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulurdu.

İXM-ə təklif edilən növbəti dəyişiklik də vacibdir. Söhbət qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsi təqsirkar kimi göstərən məlumatların yayımlanmasından gedir. Mövcud istiqamətdəki dəyişiklikdə cərimə məbləğinin ən yüksək həddinin seçilməsi bir çox şəxslər tərəfindən jurnalist fəaliyyətinə maneçilik kimi qiymətləndirilir. Bəli, məlumat yayıcılığında iştirak edən başlıca tərəf mediadır, jurnalistlərdir. Ancaq məsələnin onların fəaliyyətinə məhdudlaşdırma formasında qoyuluşu yanlışdır.

Ümumən, nəzərə alaq ki, təcrübədə əksər hallarda medianın deyil, ayrı-ayrı şəxslərin özlərinin sosial şəbəkə profilləri vasitəsilə məhkəmə müzakirəsində olan bilgiləri paylaşdığının şahidi oluruq. Yəni, təqsirsizlik prezumpsiyasına riayət etməyənlər əsasən onlardır. Təqsirsizlik prezumpsiyasına isə bütün dünyada həssas yanaşma mövcuddur. Müqayisəli yanaşsaq, görərik ki, buna əməl edilməməsinə görə cərimələr dünya dövlətlərinin bir çoxunda həddən artıq yüksəkdir. Hətta, azadlıqdan məhrumetmə cəzalarının tətbiqi də geniş yayılıb. Bu zaman əsas kimi bir çox amillər və motivlər götürülür. Şəxsi həyatın toxunulmazlığından tutmuş, məhkəmənin qərarına təsiretməyədək müxtəlif məqamlar nəzərə alınır. Başlıca ideya isə məhkəmə mükahiməsinə çəkilmiş şəxsin törətdiyi əməldən asılı olmayaraq, onun insan kimi malik olduğu hüquq və azadlıqlara sayğılı münasibətdir.

Bütün bunları nəzərə alaraq hesab edirik ki, İXM-ə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə ayrı-ayrı kateqoriyalardan asılı olaraq, yüksək cərimə məbləğinin seçilməsində elə bir fövqəladə hal yoxdur. Hesab edirik ki, bu dəyişiklik ancaq mediada deyil, bütövlükdə cəmiyyətdə məsuliyyət mühitini gücləndirmək, dərinləşdirmək məqsədi daşımaqdadır", - Şura bildirir.

Açıqlamada deyilir ki, İXM-ə təklif edilən edilən növbəti dəyişikliklər bilavasitə jurnalist fəaliyyəti ilə bağlıdır. Belə ki, jurnalistin peşəkar fəaliyyətinə qanunsuz müdaxiləyə görə yeni cərimələr üç yüz manatdan altı yüz manatadək qaldırılır.

"Başqa bir məqam isə jurnalist sorğusuna qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsi ilə bağlıdır ki, burada da cərimə məbləği üç yüz manatdan beş yüz manatadək müəyyənləşdirilir. O da məlumdur ki, hazırda jurnalist sorğusuna cavab verilməməsinə görə cərimə məbləği iki yüz manatdan beş yüz manatadək məbləğdədir.

Hesab edirik ki, bu iki dəyişiklik də mühüm əhəmiyyət daşımaqdadır. Birincisi, dəyişiklik jurnalist sorğusuna məsuliyyətli yanaşmaq üçün, mesajdır, bir növ, çağırışdır. Mövcud istiqamətdə məsuliyyətsizlik hallarının olması isə reallıqdır.

İkinci vurğulanmalı məqam əvvəlki “kütləvi informasiya vasitələri məhsulu” ifadəsinin “media məhsulları” ifadəsi ilə əvəzlənməsidir ki, bu da ümumən, media anlayışının “Media haqqında” qanuna uyğunlaşdırılması, yəni geniş götürülməsi, onun medianın bütün seqmentinin əhatə olunması baxımından mühüm əhəmiyyət daşımaqdadır.

Digər tərəfdən, media məhsullarının yayımına maneyə görə cərimə məbləğinin artırılması da önəmlidir. Bunun da mövcud sahədəki məsuliyyət hissinin artırılmasına, müəyyən özbaşınalıq meyillərinin aradan qaldırılmasına kömək göstərəcəyinə inanırıq", - açıqlamada qeyd edilir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 12:28
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ