ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı keçirməyi ümid edir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin spikeri Ned Prays məlumat verib.
“Yaxın günlərdə Blinkenin Prezident Əliyevlə danışmaq imkanı olacağını gözləyirəm”, - Prays brifinqdə bildirib.