Bazar ertəsi günü, 14 sentyabr 2026
     

Cənublu Babək Muğanlı molla rejiminin hansı cinayətlərindən danışdı… - MÜSAHİBƏ

Image


Cənubi Azərbaycan mövzusunda “Arazı ayıra bilmədilər, Kürlə doyura bilmədilər...” rubrikamızın qonağı Dünya Azərbaycanlıları Konqresinin  (DAK) Güney Azərbaycan nümayəndəliyinin rəhbəri, molla rejiminin zülmündən köçüb Şimali Azərbaycana gələn şair Babək Muğanlıdır.

1965-ci ildə Ərdəbil vilayətinin Muğan bölgəsində, Parsabad şəhərdə anadan olan B.Muğanlı ali təhsillidir, ali məktəblərin birində iradəetmə ixtisası üzrə təhsil alıb. Orada müəyyən işlərlə məşğul olub, milli fəal olduğu üçün molla rejiminin zindanlarına salınıb…

- Babək bəy, Şimali Azərbaycana köçüb  gəlməyinizin səbəbi nə idi? Nə zaman gəlmisiniz?

- 1984-1985-ci ildən mənim orada azad iqtisadi fəaliyyətlərim vardı. 1987-1988-ci ildən isə Azərbaycan Radiosunun Cənubi Azərbaycan radiosu  ilə fəal əməkdaşlıq edirdim. O dövrdə hələ yollar bağlı idi, açılmamışdı. Orada “Sözlü-nəğməli sətirlər”, “Körpü” verilişləri vardı. Biz o vaxt o taydan göndərdiyimiz məktublarla bu verilişlərə fəal qatılmışıq. Mən şairəm, bir neçə kitabım çıxıb, hərdən məqalələr yazıram. Hazırda Şimali Azərbaycandayam.  Mən birinci dəfə 1990-cı ildə gəldim, sonra geri qayıtdım. 2006-cı ildə isə tamam köçüb gəldim. Bura köçüb gəlməyimin səbəblərindən biri molla rejimi tərəfindən təzyiqlərə məruz qalmağım olub. Gündə tutub aparıb sorğu-suala tuturdular, incidirdilər. Molla rejiminin təzyiqləri nəticəsində ölkəni tərk etməyə məcbur olduq. 2026-cı ildən burada yaşayırıq.

- Siz molla rejiminin xalqımızın, soydaşlarımızın başına gətirdiyi bütün müsibətlərin şahidi olmusunuz. Özünüz də bu zülmlərdən, təzyiqlərdən əziyyət çəkmisiniz. Tehran rejimi bu qədər müddətdir niyə xalqımıza zülm edir, dilimizi, mədəniyyətimizi, milli dildə təhsilimizi nə üçün yasaqlayıb, mədəniyyət abidələrimizi hansı səbəbdən dağıdıb? Rejimin məqsədi nədir?

- Dediklərimiz təkcə molla rejiminə aid deyil, şah rejiminə də aiddir. Şah-Pəhləvi rejimi ilə molla rejimi arasında heç bir fərq yoxdur. Bizim dilimizin, mədəniyyətimizin, ədəbiyyatımızın, tariximizin qadağan olunması, tarixi abidələrimizin sökülməsi, yerlərimizin, ərazilərimizin, bölgələrimizdə coğrafi adlarının dəyişməsi, qalalarımızın, kəndlərimizin, çaylarımızın, dağ-dərələrimizin tarixi adlarının saxtalaşdırılması işinə şah rejimi dövründə başlanılıb və molla rejimi tərəfindən də davam etdirilib. Bilirsiz ki, orada 35 milyon azərbaycanlı yaşayır. Onda da dil qadağan idi, indi də qadağandır. Özü də qadağan olunan təkcə dil deyil. Bizim torpaqlarımızı talan edirlər, təbii sərvətlərimizi söküb daşıyırlar. Bu məsələ şah rejimindən indiyə qədər davam edir. Molla rejimi də şah rejiminin davamçısıdır. Rejimin Azərbaycan xalqını görəsi gözü yoxdur. Onun başında duran Xamenei Təbrizə gələndə türkcə danışır. Deyir ki, fars da türk kimi, türk də fars kimi, hamısı iranlıdır. Tutaq ki, hamımız iranlıyıq. Bəs orda mənim hüquqlarım, haqlarım var, dil azadlığı istəyirəm, arzum öz ana dilimdə yazıb-pozmaqdır. Bir zamanlar ali məktəb səviyyəsində Azərbaycan dilinin tədrisini qoydular. Yaxşı, kim gedəcək orada oxumağa? Çünki birinci sinifdən bizim uşaqların hamısı farsca oxuyur, bağçada da fars dili öyrəniblər. Uşaqlara bağçadan başlayaraq böyüyənə qədər fars dilində təhsil verirlər. Dəfələrlə demişəm, Tehrandakı qohumlarımız iqtisadi cəhətdən əziyyət çəkərək Tehranda yerləşiblər, onların uşaqları fars dilində oxuyur. İsfahana ayrılan büdcənin cəmi bir faizi həcmində Azərbaycana pul ayrılır. Türklər yaşayan yerlərlə farslar yaşayan yerlərin büdcəsi çox fərqlidir, farslara daha çox vəsait ayrılır. Urmu gölünü qurudur. Deyir büdcəmiz yoxdur, amma Xəzər dənizindən səhralığa su çəkir.  Molla rejiminin orada gözü götürmədiyi yeganə xalq Azərbaycan xalqıdır. Molla rejiminin gözü müstəqil Azərbaycan dövlətini götürmür. Dəfələrlə gəlib Azərbaycan dövlətinin sərhəddlərində hərbi təlimlər keçirməklə, erməni ilə qardaşlıq, dostluq etməklə öz simasını ortaya qoyur. Belə getsə, aparıb Paşinyanı müsəlman edib başına da özləri kimi əmmamə qoyacaqlar. Gözümüzün qabağında 44 günlük müharibədə Ermənistana nə qədər silah-sursat verirdi, indi də PUA-ları göndərir. Molla rejimi və şah rejimi bizim xalqımızın düşmənidir. Məmmədrza şahın oğlu xaricdə bir dənə koalisiya yaradıb, başına da bir-iki mütrüb yığıb. Biri aktrisadı, biri nə bilim kimdir. Bunları başına yığıb. Baxın, həm o, həm də molla rejimi, hər ikisi eyni məqsəddən çıxış edir. İkisi də “bütün İran” deyir, orada bir dənə də olsun etniklərə işarə yoxdur…

- Azərbaycanlılar orada etnik deyil, aborigen, yerli əhalidir…

- Mən Azərbaycan xalqını demirəm, oradakı azsaylı xalqları nəzərdə tuturam. Orada ən böyük xalq bizik, sayımız 35 milyondan çoxdur. Burada olan xalqların 6 milyonu kürd, 6 milyonu ərəbdi, 5 milyonu bəlucdur. Bu torpaqda farsa bir şey qalmır. Şahın oğlu da İranda yaşayan heç bir xalqa hörmətlə yanaşmır, farsları düşünürlər. Demək istəyirəm ki, bizə münasibətdə Pəhləvi rejimi ilə molla rejiminin heç bir fərqi yoxdur, hər ikisi də diktarordur. Yəni şahla şeyxin heç bir fərqi yoxdur. Xalqımız bunu düşünür, bunu bilir. Güneydəki Azərbaycan xalqı 1979-cu ildəki xalq deyil, müasir, inkişaf etmiş və savadlı, özünü, öz azadlığını düşününən bir xalqdır. Molla rejimi nə edir etsin xeyri yoxdur, xalqımız o əsarətdən qurtaracaq.

- Molla rejiminin zülmündən canını götürüb dünyanın müxtəlif ölkələrinə səpələnən mühacirlər çoxdur. Onlar bu gün güneyli soydaşlarımız üçün hansı işlər görürlər? Nəzərə alsaq ki, nə qədər milli fəal həbs edilib, işgəncələrə məruz qoyulub, edam edilib. Güneylilərin haqq səsini beynəlxalq qurumlara çatdırmaq üçün hansı işlər görülür?

- Xeyli işlər görülüb. Orada gedən proseslərlə bağlı bütün məlumatlar toplanılır və müxtəlif səfirliklərə ötürülür. Bizim xaricdəki təşkilatlar düzdür, əl-ələ vermirlər, bir az zəiflik var. Amma beynəlxalq təşkilatlarda, BMT-də bizim xalqımızın dərdini deyirlər, eşitdirirlər. Bunların da fəaliyyətləri az deyil. Həbsdə olan soydaşlarımızın siyahısı BMT-yə qədər gedib çıxıb. Qardaşım oğluna 10 il həbs 2 il sürgün vermişdilər, bu məsələ beynəlxalq təşkilatlara qədər gedib çıxdı. İndi 16 yaşlı bir uşağı qondarma iddia ilə tutublar, onu məhkəməyə veriblər ki, guya təxribat törədib, ayatullalara hörmətsizlik edib. Bu rejim kimi qəddar rejim yoxdur. Molla rejiminin qəddarlığının 1982-ci ildə həbsdə olarkən şahidi olmuşam. O vaxtkı qəddarlıqlar indi də gözümün önündədir. Gecə yarısı gəlib 10-15 nəfər adamı çağırırdılar və səhər saat 5-də güllə səsi gəlirdi, onları güllələyirdilər. Orada həbs olunan milli fəallarımızın müdafiə hüquqları var. Ad çəkmək istəmirəm, amma xaricdə bu yöndə çox güclü işləyirlər. Biz həbsdə olan milli fəallarımızın haqlarını xaricdə də müdafiə edirik.

- Keçən ilin sentyabrından güneyli soydaşlarımız rejimə qarşı hər cür dirəniş göstərirlər, mübarizələrinə davam edirlər. Necə bilirsiz, onların başlatdığı bu iş, mübarizə qələbə ilə başa çatacaqmı?

- Sentyabr hadisəsi ilk deyil. Bundan iki il əvvəl molla rejimi bir həftənin içində 1500 nəfəri qətlə yetirdi. Ondan da dörd il əvvəl yenə də xalq ayağa qalxmışdı. Ancaq bu dəfə Məhsa Əmininin ölümü ilə xalq yenə meydana çıxdı. Bir rejimdən ki, xalq cana doyub, bütün haqları pozulub, rejimdən bezib, belə halda bir qığılcım lazımdır ki, hadisələr alovlansın. Məsha Əmininin ölümü də bir qığılcım idi. Xalq ayağa qalxdı 120 şəhərdə etirazlar başladı. Bu etirazlar bütün şəhərlərə sıçradı. “Diktatora ölüm”, “Molla rejimini istəmirik” şüarları səsləndirilir. Həbsdə 20 mindən çox adam var. Yeniyetmə, gənc uşaqları asırlar, edam edirlər.

Azərbaycan xalqı ayaqdadır və molla rejimi də gedəcək, buna inanıram. O rejimin qalması mümlün deyil. Bir söz var: Deyirdilər ki, nə zaman İran həssas bölgələrdə böhran yarada biləcək, yaşayacaq, böhran yaratmaq imkanı tükəndisə, qurtardısa onda o rejim getməlidir. Bu gün xalqın 80-90 faizi molla rejimini istəmir, o rejimdən cana gəlib. Bahalıq, narkomaniya, haqsızlıq baş alıb gedir. Məmləkəti xalqın gözünün qabağında çapıb-talayırlar, insanlar axşam ailəsinə çörək pulu götürə bimir. Vəzifəlilər milyardlarla pul qazanır. Bu rejimin limiti bitib və inanıram ki, yaxınlarda bu etirazların müsbət mənada əks-sədasını eşidəcəyik.

- Azərbaycanın Şimalında Cənubla bağlı görülən işlər, soydaşlarımıza dəstək özünü necə göstərir? Münasibətdən razısınızmı? 

- Xüsusən Prezidentin çıxışını vurğulamaq istəyirəm. Buradakı təşkilatların fəallaşması diqqətdən yayınmır. Şimali Azərbaycan həmişə o taya dəstək verir. Güneylilər də deyirlər ki, bizim BMT tərəfindən tanınan müstəqil dövlətimiz var, o da müstəqil Azərbaycan dövlətidir. Hesab edirəm ki, Güney Azərbaycana dəstək çox güclüdür, bunu bəyənirik, alqışlayırıq və bu dəstək davamlı olsun. 

  • “Rejim bilir ki, o istəsə də, istəməsə də Güney Azərbaycan öz istiqlaliyyətini əldə edəcək”
-  İran rejimi xalqımızın öz mədəniyyətinə, dilinə, abidələrinə sahib çıxmaq arzusundan, ana dilində orta və ali təhsil almaq istəyindən niyə qorxur, əndişəyə düşür?

- Ölümdən yapışan titrətməyə düşər. O rejim bilir ki, istər-istəməz Güney Azərbaycan ya bütün İrana hakim olmalıdır, ya ordan ayrılmalıdır. İranın bir dənə çıxış yolu vardır, o əgər bütöv qalmaq istəyirsə orada iki dilli xalq olmalıdır, bütün hər şey Azərbaycan və fars dilində yazılmalıdır, bütün sənədlər və sair.  İranın ən böyük qorxusu Şimali Azərbaycandır. Biz bunu dəfələrlə çıxışlarımızda demişik. Düzdür, Şimali Azərbaycanın müstəqilliyini tanıdı və sair. Amma İran 30 ildir Şimali Azərbaycanda təxribatla məşğul oldu. İndi erməniyə görə deyir ki, o 44 kilometr mənim qırmızı xəttimdir. Halbuki, Azərbaycan əraziləri erməni tapdağı altında idi, amma heç vaxt molla rejiminin qırmızı xətti olmadı, ordan casuslarını göndərdi, narkotik keçirdi, sərhəddə təxribatlar törətdi. Onun qorxusu orada türk xalqındandır. Rejim bilir ki, o istəsə də, istəməsə də Güney Azərbaycan öz istiqlaliyyətini əldə edəcək. Bunun da qarşısını almaq üçün molla rejimi əlindən gələni edir.

- Arazı ayırsalar da, qum ilə doyursalar da, yenə də mənəvi ayrılığa nail ola bilmədilər. Kür Araza qovuşduğu kimi o tayın da bu taya qovuşacağına inamınız varmı?

-  1988-ci ildə “Körpü” verilişi onunla başlayardı ki:

Sən o taydan dur bax, mən də bu taydan
Bir elin içində çahaldır-mahal.
Bu necə dərddi ki, öldürür bizi
Səni Cənub dərdi, məni də Şimal.

Mən Arazın qırağında yaşayan adamam. Bizim evlər gəlib Araza dirənib. Başımıza gələnlər tarixdir, onu atalarımız, analarımız, qardaş-bacılarımız yaşayıb. Hələ Azərbaycan SSRİ tərkibində olanda biz Araz qırağından bu taya həsrət-həsrət baxırdıq. Sərhədlər açılanda, tikanlı tellər qırılanda hadisələrin şahidi olmuşam ki, Cənubi Azərbaycandan Şimali Azərbaycana, Şimal Azərbaycandan da Cənubi Azərbaycana insanlar gəldilər. Araz bizim dərdimizdir, Xudafərin həsrət körpümüzdür. Araz bizim xalqımızı ikiyə bölsə də, onun suyunu qınamaq olmaz. Araz analarımızın göz yaşıdır. Həmişə deyirəm, gün o gün olsun ki, Arazın üstündən o qədər körpülər salınsın, bu taydan o taya, o taydan bu taya qızlarımız gəlin köçsünlər, Arazın üstündə “Vağzalı” səslənsin, Arazın suları sevinc göz yaşlarına bələnsin. Biz bu ümidlə yaşayırıq. İnanırıq ki, Azərbaycan bütövləşəcək. Bütöv Azərbaycanı biz də görməsək, inişallah uşaqlarımız görəcək. Qismət olar, biz də görərik.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

14.09.2026 / 15:23
Husilərin hücumu qlobal neft tədarükünü təhdid etməyə başladı - hələlik 4 faiz…

14.09.2026 / 14:54
Professor Kərim Şükürovun yaradıcılığında vətənpərvərlik ruhu və Qarabağın tarixi məsələləri

14.09.2026 / 14:16
BRICS-in Dehli Zirvəsində qala menyusu mübahisə yaratdı - otellərinə qayıdan liderlər ət yeməkləri sifariş verdi…

14.09.2026 / 14:01
Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?

14.09.2026 / 13:42
Ölkədə təhsilin inkişafına və innovasiyalara həsr edilən ömür - Əliyusif Məmmədov – 70

14.09.2026 / 13:22
Makronun Fransada reytinqi rekord həddə aşağı düşdü – cəmi 16 faiz…

14.09.2026 / 12:57
Yunanıstanda miqrantları daşıyan qayıq batdı - 25 nəfər itkin düşdü

14.09.2026 / 12:41
Rusiyadan Avropaya gözdağı – Kiyevdən qayıdan siyasətçi və diplomatlar ölümdən son anda qurtuldu…

14.09.2026 / 12:26
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi – razılaşmanın elan edilməsi təxirə salındı…

14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi - FOTO

14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı – işin arxasından ABŞ çıxdı…

14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....

14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi

14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib

14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....

14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…

14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...

14.09.2026 / 09:44
Rusiya Ermənistana qaz tədarükünü dayandırır...

14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirildi - YENİLƏNDİ

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ