çərşənbə günü, 11 noyabr 2026
     

Azərbaycan və Türkiyə döyüş təyyarələrinin birgə istehsalına başlayır

Image


Hərbi məmulatların istehsalında qardaş Türkiyə son illər ərzində kifayət qədər böyük uğurlara imza atıb. Elə bu səbəbədəndir ki, Türkiyənin hərbi məhsullarına, xüsusən də pilotsuz uçuş aparatlarına dünya miqyasında tələb sürətlə artır.

Belə bir vaxtda o da bəlli olub ki, Türkiyənin milli döyüş təyyarələrinin ilk uçuşu 2023-cü ilin sonunda baş tutacaq. Türk Aerokosmik Sənayesindən bildirilib ki, buna səbəb təyyarələrin planlaşdırıldığından daha tez vaxtda hazır olmasıdır. Xatırladaq ki, daha əvvəl həmin təyyarələrin ilk uçuşunun 2025-ci il üçün nəzərdə tutulduğu bildirilmişdi.

Mövcud vəziyyətdə Türkiyə Azərbaycana özünün döyüş təyyarələrinin alınmasını təklif edib. Türkiyənin Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir  məsələ ilə bağlı qeyd edib: “Milli döyüş təyyarələri ilə bağlı dost və qardaş ölkələrə dəvət göndərmişik. Bu ölkələr siyahısında Azərbaycan, İndoneziya, Pakistan, Malayziyanı göstərmək olar. Əgər tələb varsa, müxtəlif səviyyələrdə bu məsələni onlara açmışıq. Tərəfdaşlığın bütün tərəflər üçün faydalı olacağını düşünürük”. Bundan başqa, Türkiyə özünün döyüş təyyarələrinin hazırlanmasında Azərbaycanla birlikdə çalışmağa hazır olduğunu da bəyan edib. İsmayıl Dəmir  bu xüsusda qeyd edib ki, Türkiyə dost və qardaş ölkələrin müxtəlif səviyyələrdə müdafiə sənayesi layihələrində tərəfdaş kimi iştirakına açıqdır: “Dost və qardaş ölkələri milli döyüş təyyarəsi layihəsində iştirak etməyə dəvət edirik. Bu ölkələrə İndoneziya, Pakistan, Malayziya və Azərbaycanı aid etmək olar”. Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Sadiq Akyar mətbuata açıqlamasında bu təklifin mühüm önəm daşıdığını qeyd edib. Polkovnik bu təklifi Şuşa və Bakı bəyannamələrindən irəli gələn vəzifə kimi dəyərləndirib: “Əlbəttə, belə bir dəvət bütün bəhs olunan qardaş və dost ölkələrdə, xüsusilə Azərbaycanda müsbət mənada yeni bir həyəcana səbəb oldu. Sözügedən addımın ölkələrimiz üçün siyasi, strateji və müdafiə sənayesinin inkişafı baxımından əhəmiyyətindən bəhs etmədən öncə, ümumi şəkildə Türkiyənin bütün adıçəkilən dövlətlərlə əlaqələrinə toxunmaq istəyirəm. Türkiyə Azərbaycanla uzun müddətdir ki, birlikdə hərəkət edir. Bu, 44 günlük Vətən müharibəsində də belə oldu. Daha sonra imzalanan Şuşa Bəyannaməsində müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsi öz əksini tapıb. Dolayısı ilə Azərbaycana dəvət çox təbiidir. Şuşa Bəyannaməsinin imzalanmasından təxminən bir ay sonra, yəni 27 iyul 2021-ci ildə Azərbaycan, Türkiyə və Pakistan arasında Bakı Bəyannaməsi imzalandı. Bakı Bəyannaməsində də müdafiə sənayesi sahəsində üçtərəfli sıx əməkdaşlıq nəzərdə tutulub. Bu təklif həm də imzalanan bəyannamələrin icrasının təzahürüdür”. Ekspert Türkiyənin layihədə iştirak edəcək ölkələrlə müdafiə sənayesi sahəsində mövcud əlaqələrindən də bəhs edib: “MİLGEM döyüş gəmilərinin istehsalı Türkiyə və Pakistanın bu sahədə birgə göstərdiyi fəaliyyətin ən bariz nümunəsidir. Digər tərəfdən ölkələrimiz arasında pilotların yetişdirilməsi, zabitlərin və başqa hərbi mütəxəssislərin hazırlanması istiqamətində uzun müddətdir ki, sıx əməkdaşlıq var. Malayziya ilə də əlaqələr artıq müəyyən bir səviyyəyə çatıb. Hətta Malayziyanın təlim qırıcısına olan ehtiyacının qarşılanması üçün Türkiyə “Hürjet” qırıcılarının göndərilməsini təklif edib. İndoneziya ilə bu yaxınlarda müdafiə sənayesi sahəsində Anlaşma Memorandumu imzalanıb”.

Sadiq Akyar bu layihənin Azərbaycanın dünyada və regionda təsirini artıracağını vurğulayıb: “Azərbaycan Ordusunun əlində olan qırıcıların və döyüş helikopterlərinin bir çoxu Rusiya istehsalıdır. Türkiyə və digər NATO ölkələri ilə əlaqələrini genişləndirən Azərbaycan tədricən öz inventarını müasirləşdirməyə başlayıb. Hazırda milli güc və imkanları ilə yeni silah sistemləri, döyüş təyyarələri və s. istehsal etmək dövlətin effektiv xarici siyasət həyata keçirməsi, eyni zamanda milli maraqları qoruması baxımından xüsusi önəm daşıyır. Türkiyə ilə birlikdə milli qırıcı təyyarənin istehsalı Azərbaycanı bu sahədə asılılıqdan qurtaracaq. Azərbaycan Qarabağ Zəfəri ilə yerləşdiyi bölgədə güclü ölkə olduğunu sübut edib və birgə döyüş təyyarəsi istehsalı ilə də bunu konsolidasiya etmiş olacaq. Ölkələrimiz arasında əməkdaşlıq Azərbaycanı Türk Dövlətləri Təşkilatı üçün nümunə dövlətə çevirə bilər. Bu da rəsmi Bakının strateji mövqeyini gücləndirəcək faktor kimi özünü göstərəcək”. Polkovnikin sözlərinə görə, müdafiə sənayesinin inkişafı bir sıra problemlərin həllini sürətləndirəcək: “Siyasi nəticə isə odur ki, ölkələrimiz arasında daha da möhkəmlənən əməkdaşlıq İran və Ermənistanla yaşanan problemlərin həllinə töhfə verəcək. Hətta Qarabağ məsələsi ilə bağlı sülh müqaviləsinin imzalanması prosesi də sürətlənə bilər. Eyni zamanda Türkiyənin meqa enerji layihələrinin həyata keçirilməsində tranzit ölkə kimi önəmi artacaq”. Akyar müdafiə sənayesindəki inkişafı ilə Azərbaycanın, öz ehtiyacını ödəməklə bərabər, dünya bazarı üçün hərbi texnika istehsal edən ölkəyə çevriləcəyinə də diqqət çəkib: “Ötən ilin yayında Bakıda “Texnofest”də iştirak etdiyim zaman da bunu vurğulamışdım. Dövlətlərimizin müdafiə sənayesi sahəsində yaxın əməkdaşlığı enerji təhlükəsizliyi, güclü xarici siyasət faktorları ilə inkişaf edən Azərbaycanı həm də öz silahını, texnikasını istehsal edən dövlətə çevirəcək”. Digər ekspertlər də bu qənaətdədir ki, Türkiyə ilə birlikdə döyüş təyyarələrinin istehsalını həyata keçirməklə Azərbaycan mühüm uğurlara imza atacaq. İlk növbədə döyüş təyyarələrinə tələb daha ucuz başa gələcək, xaricdən asılılıq azalacaq. Bundan əlavə, Türkiyə və Azərbaycan hərbi sənaye üzrə daha sıx inteqrasiya olunmuş dövlətlərə çevriləcəklər. Bu fonda Türkiyə ilә Azərbaycan arasındakı münasibətlərin strateji keyfiyyətinin 2023-cü ildə daha da güclәnәcәyi  gözlənilir. Türkiyə işğaldan azad edilmiş Qarabağ bölgəsinin inkişaf etmәsi  və bölgәdә sabitliyin tәmin edilmәsi, hәmçinin hərbi əməkdaşlığın davam etdirilməsində Azərbaycana dəstəyini davam etdirəcək. Bundan başqa, Türkiyə Azərbaycanla Ermənistan arasında hərbi gərginliyin daha da artmasının qarşısını almaq üçün də səylərini artıracaq.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 14:36
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ