çərşənbə günü, 11 noyabr 2026
     

Qarabağ separatçıları bir-birini “qırmağa” başladılar

Image


Son dövrlərdə Qarabağ separatçıları arasında münasibətlərin daha gərgin mərhələyə daxil olması müşahidə edilir. Belə görünür ki, erməni əsilli rus milyarder Ruben Vardanyan buraya gəldikdən sonra separatçı rejim daxilində intriqalar daha gərgin xarakter alıb. Hələ bir müddət əvvəl məsələnin bu tərəfinə nəzər salan Ermənistanın “Qraparak” nəşri yazırdı ki, Ruben Vardanyanla qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərgindir.  

Qəzet qeyd edirdi ki, əvvəllər Balasanyan ruslar və azərbaycanlılarla əsas danışıq aparan şəxs idisə, indi onu arxa plana atıblar. O, hətta Xankəndidə son mitinqdə də iştirak etməyib: “Mənbəmizin məlumatına görə, Vardanyan “ya mən, ya da Balasanyan” tələbini irəli sürüb. Qondarma rejimin keçmiş rəhbəri Bako Saakyan da “hökumətin” formalaşdırılmasında aktiv iştirak edir və Ruben Vardanyanı dəstəkləyir”. Bunun ardınca Qarabağdakı separatçı rejimin “təhlükəsizlik şurasının” katibi Vitali Balasanyan istefaya göndərilib. “Azatutyun” radiosu diqqəti belə bir məqama çəkir ki, 44 günlük müharibədən sonra, əsasən humanitar məsələlərlə bağlı olsa da, Azərbaycan tərəfi ilə təmaslara girən yeganə şəxs məhz Balasanyan idi. Qeyd olunur ki, məsələn o, ötən ilin dekabrında azərbaycanlılar Laçın yolunu bir neçə saatlığına kəsəndə Azərbaycan tərəfi və Rusiya sülhməramlıları ilə danışıqlara getmişdi. Bundan əvvəl ötən ilin martında Qarabağa qazın verilməsi dayandırılanda da Azərbaycan rəsmiləri ilə danışıqları o aparmışdı. “Azatutyun” yazır ki, Qarabağ müxalifətçiləri belə çətin vəziyyətdə, Laçın dəhlizinin bir aydır bağlı olduğu bir vaxtda Balasanyanın niyə işdən kənarlaşdırıldığını anlaya bilmirlər. Radio sual edir: Bunun səbəbi Balasanyanla Qarabağın “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan arasında fikir ayrılığı ola bilərmi? Separatçı rejimin “parlamentində” Daşnaksutyun partiyasını təmsil edən Vaqram Balayan belə söhbətləri eşitdiyini, amma məsələnin dəqiq səbəbini bilmədiyini deyib. Amma Balayan hesab edir ki, səbəblərdən asılı olmayaraq, birgə iş üçün ortaq məxrəc tapılmalıdır. O əlavə edib ki, Balasanyan bu proseslərlə yaxından tanış idi. “Azatutyun” yazır ki, başqa bir Qarabağ müxalifətçisi, “Ədalət” partiyasının üzvü Metakse Akopyan da Balasanyanın işdən azad edilməsini qəbuledilməz sayır. O əlavə edib ki, bütün hallarda, baş verənlərə Arayik Arutyunyan cavab verməlidir. Burada onu da qeyd edək ki, Ruben Vardanyanla Arayik Arutyunyan arasında da münasibətlər gərgindir. Arutyunyan Vardanyanın onu əvəzləcəyindən ehtityat edir. Bu fonda növbəti maraqlı hadisə baş verib. Ruben Vardanyan ötən həftə bəyan etmişdi ki, hazırda Laçın dəhlizinin açılması ilə bağlı heç bir danışıq aparılmır. Lakin Rusiya Müdafiə Nazirliyi bu məqsədlə aparılan danışıqların davam etdiyini bildirmişdi. Metakse Akopyan isə qeyd edir ki, danışıqlar barədə söz demək səlahiyyəti Vardanyanda yox, Arayik Arutyunyandadır: “Ruben Vardanyan belə bəyanatlar verə bilməz, çünki bunun üçün Arutyunyan var. Belə məsələlərdə təmsilçi o olmalıdır, çünki o, buna cavabdehdir. Mən belə bəyanatlara ciddi yanaşa bilmirəm. Mən qəbul edə bilmərəm ki, “dövlət naziri” mənə danışıqların aparıldığını və ya aparılmadığını desin”.

Bu arada digər məlumata əsasən, Ruben Vardanyanın son videomüraciəti də separatçı rejimin bir çox üzvlərinin narazılığına səbəb olub.  Həmin müraciətində Vardanyan erməni icmasının “blokada şəraitində” necə dolanmasını dolayısı ilə etiraf edib. Onun sözlərindən belə anlaşılıb ki, hazırda imkanlı ailələr Yeni il tətili keçirir, istirahət edir, dincəlir; bəziləri isə tonlarla benzin alıb və “dar gün üçün” saxlamaq və yaxud ehtiyacı olan məhsula dəyişməklə məşğuldur. Vardanyan bildirib ki, bir çox mağaza sahibi malları nisyə və yaxud pulsuz verməkdən imtina edir. Onun fikrincə, mağaza sahibləri tanışlarına ərzaq və digər məhsulları pulsuz verməlidirlər. Vardanyan Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağa ərzaq tədarükü həyata keçirdiyini bildirib. O, daha əvvəl “Byline Times”a müsahibəsində Laçın yolunun “blokadada” olmadığını da etiraf edib. “Byline Times” qəzetinə müsahibəsində Ruben Vardanyan bəyan edib ki, Rusiya sülhməramlıları müəyyən qədər ərzaq tədarük edirlər. Erməni jurnalist Onnik Krikoryan bu xüsusda qeyd edir: “Bu hələ kifayət deyil, amma bu doğrudursa, bir çoxlarını narahat edən bu məsələ ilə bağlı ilk dəfədir ki, rəsmi fikir bildirilir. Təbii ki, buna şübhə etmək üçün heç bir əsas yoxdur, amma bu fikrin səsləndirilməsi bir qədər gözlənilməz oldu. Bəlkə də bu, jurnalistin ilk dəfə bu barədə sual verməsi ilə əlaqədardır. Təbii ki, getdikcə Laçından sülhməramlıların daha iri avtomobil karvanları keçir, amma Vardanyanın sözləri gözlənilməz oldu".

Qeyd edək ki, Vardanyanın bu sözləri bir müddət öncə “Erməni İnqilabçı” Teleqram kanalının paylaşımını xatırladır. Kanal Qarabağdakı erməni icmasına müraciət edərək, restoranlardan yeyib-içməklə bağlı fotolar paylaşmamağa çağırmışdı. Çünki bu fotolar “Qarabağdakı ermənilərin humanitar fəlakətlə üzləşməsi” haqda erməni təbliğatını məhv edir, bu şəkilləri görənlər ermənilərin normal həyat yaşadığı, restoranlara və tətilə getdiyi, hər hansı çətinliyinin olmadığına əmin olurlar. İndi bunu Ruben Vardanyanın etiraf etməsi, separatçı rejimin digər bir sıra rəhbərlərinə görə, “dövlət naziri”nin naşılığından xəbər verir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 14:36
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ