ABŞ dövlət katibi Con Kerri Rusiyadan tələb edib ki, Ukrayna ilə sərhədi bağlasın və Ukraynadakı separatçıları dəstəkləməyə son qoysun.
Kerri Mariupolda 30 nəfərin ölümü ilə nəticələnmiş bombardmanı da pisləyib. Buna görə separatçıları ittiham edib.
ABŞ dövlət katibi bildirib ki, əgər hücumlar davam etsə, Rusiyaya yeni sanksiyalar qoyula bilər.