Milyarder Corc Soros, Avropanı Ukraynaya maliyyə yardımı etməyə çağırıb. «Wall Street Journal» xəbər verir ki, Avropanın bugünkü vəziyyətindən şikayətlənən Soros, «Avropa, 25 il əvvəl birləşirdi, indi dağılır, Rusiya, əksinə güclənir" – deyə bildirib.
Baki-xeber.com xəbər verir ki, Avropanın, ortaq məqsədlər üçün dominantlıqlarının bir hissəsini fəda etməyə hazır olan suveren ölkələrin könüllü birliyindən tamamilə fərqli bir şeyə çevrildiyini ifadə edən Soros, "Avropa, kredit verənlər və alanlar arasındakı əlaqələr sisteminə çevrilib. Bu sistemdə, kredit alanlar öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir, kredit verənlər isə borçlulara asılılıqdan xilas olmaq fürsətini tanımayan şərtlər qəbul edir" – deyə bildirir.
Buna son qoymaq üçün Ukraynaya maliyyə yardımı edilməsinin vacib olduğunu deyən Soros, bildirib ki, Avropa Birliyinin gələcəyi də təhlükədədir: "Yalnız Ukrayna deyil, Avropa Birliyinin gələcəyi də təhlükədədir. Məncə, Ukraynanın itirilməsi, Avropa üçün çox böyük bir itkin olar. Bu, Rusiyaya «parçala hökm et» siyasətini tətbiq etməyə fürsəti verər".