Bu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tərəqqi gözlənilmir.
Bunu Trend-ə amerikalı politoloq Pol Qobl 2015-ci ildə münaqişənin həll perspektivlərini şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistan münaqişənin həllində heç bir tərəqqi istəmir: "Bu il münaqişənin həllində tərəqqi ilə bağlı nikbin deyiləm. Düşünmürəm ki, Ermənistan bunu istəyir və Moskvanın Yerevanı buna sövq etdiyini görmürəm".
Ekspert hesab edir ki, Kreml yalnız ona Azərbaycandan nə isə lazım olarsa, Ermənistanı hərəkətə sövq edəcək.
P. Qoblun qənaətincə, Rusiya bu yaxınlarda Azərbaycan və Qərb arasında ixtilafa baxmayaraq, Azərbaycandan nə isə ala bilməyəcək.