Bazar günü günü, 29 noyabr 2026
     

“Dağlıq Qarabağ münaqişəsi Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlərin qurulmasına imkan vermir”

Image


"Cənubi Qafqaz regionunda Rusiya ilə münasibətlərinin normal olmasında maraqlı olan yeganə ölkə Azərbaycandır. Lakin bunun qarşısını Dağlıq Qarabağ problemi alır". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "2015-ci ildə Rusiya üçün xarici siyasətdə təhlükə” mövzusunda Moskvada keçirilən mətbuat konfransında Rusiya Elmlər Akademiyası Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun aparıcı elmi əməkdaşı, politoloq Aleksey Fenenko deyib.

Onun sözlərinə görə, Gürcüstanda son 20 ildə anti-Rusiya əhval ruhiyyəsi hökm sürür: "Qamsaxurdiyadan bu tərəfə heç bir gürcü lider Rusiya ilə normal münasibətlər qurmaqda maraqlı olmayıb. Onlar indi də Rusiyanı özlərinə təhlükə sayırlar. Hesab edirlər ki, Rusiya onları iki böyük əyalətini ələ keçirib. ABŞ isə onlardan uzaqda yerləşir, ona görə də heç bir təhlükəsi yoxdur. Hətta Rusiya Osetiya və Abxaziyanı Gürcüstana güzəştə getsə belə, Gürcüstan yenə də ABŞ istiqamətində siyasət yürüdəcək".

Rusiyalı ekspert Ermənistanda da çoxluğun Qərbə meyl etdiyini bildirib: "Ermənistan 2004-cü ildən NATO ilə danışıqlar aparır. Rusiyanın strateji tərəfdaşı olan bu ölkə, Qərblə də əlaqələri kəsmir. Bağlı qapılar arxasında danışıqlar gedir. Azərbaycan isə regionda yeganə ölkədir ki, Rusiyanın onunla gerçəkdən müsbət, normal tərəfdaşlıq münasibətləri ola bilər”.

Politoloq deyib ki, buna səbəb Azərbaycanın gerçəkdən müstəqil siyasət kursu yeritməsidir: "Lakin Dağlıq Qarabağ konflikti bu münasibətləri qurmağa imkan vermir. Nə qədər ki, bu konflikt həll olunmayıb, yüksək səviyyədə Moskva-Bakı münasibətlərindən danışmağa dəyməz”.

2015-ci ildə Rusiya qarşı təhlükələrdən danışan Aleksey Fenenko bildirib ki, Rusiya üçün əsas təhlükə ABŞ-dır: "Bunun bir sıra səbəbləri var. Birinci səbəb, Rusiya yeganə ölkədir ki, ABŞ-ı texniki cəhətdən məhv edə bilər. Onlarınkına bərabər hərbi-sənaye kompleksimiz mövcuddur. Rusiyadan başqa ABŞ-ın digər rəqibləri olan Çin və Hindistanın hərbi gücü hələ bu səviyyəyə çatmayıb. Onların hərbi gücünün bu səviyyəyə çatması hələlik məlum da deyil. İkinci səbəb isə, Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması və ABŞ-ın hər hansı siyasi aksiyasına qarşı veto qoymaq imkanın olmasıdır. Üçüncü səbəb isə, Rusiyanın ABŞ-ın dünya lideri olması konsepsiyasını qəbul etməməsidir. Kobud şəkildə desək, ABŞ Rusiya problemin həll etmədikcə, tək qütblü dünyadan, ABŞ-ın dünya lideri olmasından danışmaq mümkün deyil. Ona görə də, ABŞ Rusiya problemini həll etməlidir. Bunun üçün ilk növbədə Rusiyanın nüvə potensialı ABŞ üçün təhlükəsiz olan səviyyəyə qədər aşağı salınmalıdır və BMT-nin Təhlükəsizlik Şurası yenidən formalaşdırılmalıdır. Bu ABŞ siyasətinin əsas strateji məqsədidir. Rusiya ilə ABŞ 2014-cü ilə kimi də bir-birinə rəqib olsalar da, hər iki ölkə arasında oyun qaydalara görə aparılırdı. Lakin hazırda oyun qaydasız olaraq aparılır. Fikrimcə bu, "soyuq müharibə"dən daha çox təhlükəlidir".

A. Fenenko Ukraynada gedən prosesləri də şərh edib: "Ukraynada baş verənlər Sovetlər İttifaqının bərpa edilməməsinin qarantıdır. Ukrayna uğrunda ona görə Qərb belə gərgin mübarizə aparır ki, Sovetlər İttifaqına bənzər layihənin gerçəkləşməsi mümkün olmasın".

Politoloq Ukrayna probleminin də Dağlıq Qarabağ münaqişəsi kimi dondurulmuş münaqişəyə çevriləcəyini söyləyib.

Rusiya İctimai-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, hərbi-siyasi ekspert Vladimir Yevseyev isə çıxışında ABŞ-ın Cənubi Qafqazda mövqelərinin zəiflədiyini söyləyib: "ABŞ hazırda mövcud olduğu regionlarda diktə edə bilmir. Cənubi Qafqazda ABŞ açıq-aydın Gürcüstan və Azərbaycanda mövcuddur. Gürcüstanda keçirilən sorğuların nəticələrinə görə, ABŞ-ın mövqeləri zəifləyir. Çünki gürcü xalqı ABŞ-dan gözlədiyini əldə edə bilmədi. Ona görə də, Gürcüstanda ABŞ-a daha ümid etmirlər".

Ekspert deyib ki, Azərbaycanda isə sabitlik hökm sürür: "Lakin bu sabitliyi pozmağa cəhd edən xarici qüvvələr var. Azərbaycanda sabitliyin pozulması Rusiya üçün ən böyük təhdiddir. Gürcüstanda da vəziyyət gərgin olaraq qalır. Ermənistanda da vəziyyəti Rusiyanın əleyhinə gərginləşdirmək istəyən qüvvələr var. Həmin qüvvələr Ermənistanı Rusiyadan qoparmaq istəyir. Biz bunun Gümrü hadisələrində şahidi olduq. Fikrimcə, Cənubi Qafqazda turbulentlik artır. Ona görə artır ki, ABŞ Cənubi Qafqazdan ola bilsin ki, getməyə hazırlaşır”.

Mərkəzi Asiyada da vəziyyət gərgin olduğunu qeyd edən hərbi ekspert bildirib ki, bu regionda hər an sabitlik pozula bilər: "Qırğızıstan, Özbəkistan və Tacikistanda radikal islam daxildən partlaya bilər. Sabitliyin təhdid altında olduğu ölkələrin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkəsi olduğuna baxmayaraq, Rusiyanın bu ölkələrlə yalnız ikitərəfli münasibətləri təhlükəsizliyə töhfə verə bilər. KTMT hərbi-siyasi bir təşkilat kimi Mərkəzi Asiya ölkələrində sabitliyi qoruya bilməz".

Yeni Dövlətlər Beynəlxalq İnstitutunun direktoru Aleksey Martınov ABŞ-ın Cənubi Qafqazda mövqelərinin zəifləməsi ilə bağlı fikirlərlə razılaşmadığını söyləyib: "Siz İrəvan aeroportundan üzü mərkəzə tərəf gedəndə böyük bir ərazisi olan ABŞ səfirliyini görə bilərsiz. Onlar regionda ən böyük radioqəbuledicilərinin və xüsusi xidmət orqanının bu ərazidə yerləşdiyini bildirirlər. Gümrüdə baş verən hadisələrə nəzər salsaq görərik ki, hadisələr həddindən artıq piar olundu. Əslində məişət zəminində törədilmiş hadisə idi. Çox təəccüblüdür ki, baş verən cinayət hadisəsinin sabahı günü etirazçılar əvvəlcədən hazırlanmış kimi müəyyən tələblərlə çıxış etməyə başladılar. Onların əsas tələbi Rusiya qoşunlarının Ermənistandan çıxarılması və Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması idi. Bütün bunlar şübhəli məqamlardır".

A. Martınov Gürcüstanda ABŞ təşkilatlarının sayının günü-gündən artdığını söyləyib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ