Bazar günü günü, 29 noyabr 2026
     

Şərqi Avropa, Qafqaz və Baltikyanı ölkələr üçün Rusiya təhlükəsindən hələ də danışılır

Image


Kremlin Ukraynada son fəaliyyəti yenidən bu qənaətə gəlməyə əsas verir ki, Rusiya bu ölkəni parçalamaqda, onu tam şəkildə öz nəzarəti altına almaqda israrlıdır. Bu istiqamətdə Kreml daha açıq fəaliyyətə keçib və Ukrayna separatçılarına hərbi yardımları daha da artırmaqdadır. Belə bir vaxtda yayılan məlumata görə, Rusiya Donbass hövzəsindəki separatçılara hərbi texnikanın növbəti partiyasını çatdırıb.
Artıq internetdə Donetsk şəhəri istiqamətində hərəkət edən RSZO BM-21 "Qrad" reaktiv yaylım atəş sistemlərinin görüntüləri yayılıb. Hərbi texnika kolonunda 24 ədəd RSZO BM-21 "Qrad" sisteminin olduğu görünür. Yaranmış vəziyyəti şərh edən Ukraynanın sabiq prezidenti Leonid Kuçma bildirib ki, Rusiya öz ordusunu Ukraynaya açıq şəkildə daxil etməyəcək: "Rusiya nizami qoşununun Ukraynada olmasını indiyə kimi etiraf etmir. Amma bu gün səfeh də bilir ki, bütün baş verənlər Rusiya hərbçiləri olmadan mümkün deyil".
Rusiya öz məqsədinə nail olmaq üçün Ukraynanın federativ dövlətə çevrilməsində də maraqlı təərf kimi çıxış edir. Düzdür, Ukrayna prezidenti Petro Poroşenko bəyan edir ki, Ukrayna hər zaman unitar quruluşa və yeganə dövlət dilinə malik olacaq. O bildirib ki, Ukraynanın bütün vətəndaşları ölkənin bütövlüyünə tərəfdardır və mütləq əksəriyyət Ukraynanı federasiya yox, unitar dövlət kimi görür: "Elə prinsipial məsələlər var ki, hər hansı kompromisin predmeti ola bilməz. Birincisi, Ukrayna federasiya olmayacaq və unitar dövlət kimi qalacaq. İkincisi, Avropa seçimi müzakirə mövzusu deyil. Üçüncüsü, yeganə dövlət dili Ukrayna dilidir və belə də qalacaq, lakin heç kim heç vaxt insanların rus dili və ya başqa bir dildə danışmaq hüququna qəsd etməyəcək". Qeyd olunduğu kimi, Rusiya Ukraynanın federallaşmasını və rus dilinin ikinci dövlət dili olmasını tələb edir. Bu mövqeni xarici işlər naziri Sergey Lavrov son mətbuat konfransında bir daha təkrarlayıb. O, Ukraynanın niyə unitar dövlət olmasının səbəbini anlamadığını söyləyib: "Belə görünür ki, Ukrayna hakimiyyəti Konstitusiya islahatı barədə danışmağa cəhd göstərməyə çalışır. Lakin hətta "federallaşma", "muxtariyyət", "desentralizasiya" sözlərini işlətmək də artıq onların nöqteyi-nəzərindən eyib sayılır".
Ekspertlər qeyd edir ki, Qərbin yardımı olmasa, Ukraynanın süqutu qaçılmaz olacaq. Eyni zamanda Şərqi Avropa, Qafqaz və Baltikyanı ölkələr üçün böyük təhlükə yaranacaq. Artıq bununla bağlı olaraq Almaniya, Hollandiya və Norveç Rusiya təhlükəsinə qarşı qabaqcıl qüvvələrini Şərqi Avropaya göndərib. NATO Baş katibi Yens Stoltenberq bu qərarın beynəlxalq hüququn, xüsusilə də Ukraynanın suverenlik və ərazi bütövlüyünün pozulduğuna görə alındığını bildirib. NATO-nun mətbuat katibi Oana Lungesku isə Şərqi Avropaya göndərilən qüvvələrin sayının bir neçə minə çatacağını bildirib. Qeyd edək ki, son vaxtlar Rusiyaya məxsus təyyarələr davamlı olaraq Baltikyanı və Skandinaviya ölkələrinin sərhədlərini pozur.
Yaranmış vəziyyətdə Litva Müdafiə Nazirliyi mümkün müharibəyə intensiv hazırlıq görür. Nazirlik, hətta əhaliyə "Ekstremal situasiyalarda və ya müharibə mərhələsində özünü necə aparmalı" adlanan vəsait də paylayıb. Bu, 1940-1991-ci illərdə sovet nəzarəti altında yaşayan, amma indi Avropa Birliyinin və NATO-nun üzvlüyünün çətiri altında təhlükəsizliyini təmin edən Litvanın böyük narahatlığını göstərə bilər. Vilnüs rəsmiləri deyir ki, Ukraynada baş verənlər Rusiyanın təhlükəli qonşu kimi qaldığını göstərir.
Müdafiə naziri Жuozas Olekas "Reuters"ə müsahibəsində bildirib ki, Rusiya Ukraynada aqressiv hərəkətlərə başlayanda litvalılar başa düşüb ki, qonşu dostcanlı deyil. O deyir ki, Rusiya və rusiyapərəst seperatçılar tərəfindən əraziləri işğal edilən Gürcüstan və Ukrayna nümünəsi göstərir ki, onlar da oxşar hadisələrdən sığortalanmayıb. Жuozas Olekas vəsaitin təqdimatında bildirib ki, Litva vətəndaşlarının vətənin müdafiəsi ilə bağlı sualları ilə tez-tez qarşılaşır. Müdafiə Naziriyinin veb-saytından yüklənməsi mümkün olan vəsaitdə düşmən əsgərlər evə girən zaman necə gizlənmək lazım gəldiyi barədə məsləhətlər də yer alır. Burada, həmçinin, düşmən əleyhinə mülki itaətsizlik formaları - tətillər, blokadalar, dezinformasiyalar, kiberhücum kimi instruksiyalar da əksini tapıb. Vəsaitdə Rusiya spesifik olaraq xatırlanır, amma fərqlənmə nişanı olmayan və ya hansısa dövlətə məxsusluğu bilinməyən hərbçilərin daxil olduğu "hibrid müharibəyə" necə cavab verilməsi ilə də bağlı məsləhət yer alıb. Bu məsləhət açıq-aydın Ukraynadakı müharibənin əlamətlərini özündə əks etdirir. Müdafiə Nazirliyinin vəsaiti litvalıların mümkün evakuasiyasını da diqqətdən kənarda qoymur.
Vəsaitdə cənubdan Polşaya, qərbdən bərə ilə Polşa, Almaniya, İsveç, Finlandiyaya keçməkdən danışılır. Litvanın LNG qaz terminalının sahilyanı xətləri istənilən düşmən üçün strateji əhəmiyyətlidir, buna görə dəniz yolu ilə evuakasiya da eyni zamanda təhlükəli sayılır. Litvalılara məsləhət görülür ki, gözlənilməz hadisələrdən xilas olmaq üçün indidən tədarük görsünlər: maşının yanacaq çəni dolu olsun, ərzaq ehtiyatı tutulsun, ailənin qoca və azyaşlılarının, o cümlədən ev heyvanlarının xüsusi ehtiyacları əvvəldən hazırlansın. Eyni zamanda, Litva yavaş-yavaş öz hərbi texnikasını gücləndirir, hərbi büdcəsini artırır.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ