Bazar günü günü, 29 noyabr 2026
     

Azərbaycan Avrasiyanın ən çevik "qaz oyunçusu" rolunda...

Image


Rusiya və Qərb ölkələri arasında yaşanan gərginlik enerji sektorunda da özünü getdikcə qabarıq formada büruzə verməkdədir. Real vəziyyət Rusiyanın artıq enerji kartını Avropa ölkələrinə qarşı işə saldığını göstərir. Britaniyanın "Deyli Mail" qəzetinin yazdığına görə, Rusiyanın inhisarçı şirkəti olan "Qazprom" Avropanın 6 ölkəsinin qazını kəsib. Burada söhbət Ukrayna üzərindən qaz alan ölkələrə ötürülən qazdan gedir.
Ukraynadakı şirkətlər bu barədə qərarı təsdiq edib. Qazı kəsilən ölkələr isə Bolqarıstan, Yunanıstan, Makedoniya, Rumıniya, Xorvatiya və Türkiyədir. Xorvatiya rəsmiləri Rusiyanın yalnız sənaye müəssisələrinə verilən qazı kəsdiyini deyib. Bolqarıstan isə qazın tam kəsildiyini və yalnız bir neçə günlük ehtiyatlarının qaldığını etiraf edib.
Yaranmış vəziyyətdə Avropa Birliyi "Qazprom"a ən böyük müştərisi olan İngiltərə ilə razılığa gəlməyi tövsiyə edib. Qurum İngiltərədə havanın mənfi 10 dərəcədən aşağı olması səbəbindən qaza tələbatın artdığını, "Qazprom"un isə qiymətləri endirmədiyini deyir. Xatırladaq ki, hazırda "Qazprom" Avropa ölkələrinin 60%-ni, AB ölkələrinin isə 80%-ni qazla təmin edir. Proseslər Rusiya şirkətinin bu gedişlə Avropanı enerji amili ilə daha çox təhdid edəcəyini göstərir. Bu vəziyyətdə Avropanın alternativ mənbələrə ehtiyacı daha da artır. Belə mənbələrdən biri qismində isə Azərbaycan çıxış edir. Ümumiyyətlə, Avropanın qarşıdakı günlər ərzində bu xüsusda Azərbaycanla əməkdaşlığını daha da dərinləşdirməsi istisna olunmur. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Maroş Şeftsoviçin açıqlamaları da bunu təsdiq edir.
Xatırladaq ki, Şeftsoviç ötən həftə Moskvaya səfər edərək Rusiyanın energetika naziri Aleksandr Novak və "Qazprom" rəhbəri Aleksey Millerlə danışıqlar aparıb. Bu danışıqlarda Rusiya tərəfi rəsmən elan edib ki, Qara dənizin dibindən keçməklə Bolqarıstana, oradan isə Mərkəzi və Şərqi Avropa ölkələrinə ildə 63 milyard kubmetr qaz nəqli üçün çəkilən "Cənub axını" kəməri layihəsi bağlanır. Bunun əvəzində "Qazprom" eyni həcmdə qazı "Türk axını" adı verilən yeni kəmərlə Türkiyənin Yunanıstanla sərhədinə nəql edəcək. Qaz daha sonra Türkiyə-Yunanıstan sərhədində tikiləcək paylayıcı məntəqədə avropalı müştərilərə təhvil veriləcək. A.Miller xəbərdarlıq edib ki, Avropa ölkələri Türkiyə-Yunanıstan sərhədindən qazı özləri öz ərazilərinə qədər nəql etməli olacaq və bu məqsədlə elə indidən başlayıb yeni kəmər çəkmək lazımdır. Əks halda həmin həcmdə Rusiya qazı başqa bazarlara gedəcək. Avropalı rəsmi bu xüsusda bildirir: "Mən etiraf etməliyəm ki, Miller "Cənub axını"nın bağlandığını və Ukrayna üzərindən nəql olunan bütün qazın - ildə 50-60 milyard kubmetr həcmdə - Türkiyəyə yönəldiləcəyini elan edəndə buna çox təəccübləndim. O dedi ki, qaz Türkiyə-Yunanıstan sərhədinə çatdırılacaq, sonra onun necə istifadə olunacağı isə artıq bizim problemimizdir. Miller dedi ki, biz həmin qazı almaq istəyiriksə, elə bu gündən başlayıb qaz nəqli infrastrukturu inşa etməliyik". Şeftsoviç deyib ki, A.Millerdən nəyə görə belə qərar verdiklərini soruşub. Axı həmin həcmdə qaz təbii olaraq Türkiyənin və cənub-şərqi Avropanın tələbatını artıracaq. Ukrayna isə ağır vəziyyətə düşəcək və Mərkəzi Avropa ölkələrində qaz təchizatı ilə bağlı problem yaranacaq. Həmçinin, "Qazprom"un etibarlı təchizatçı kimi imici korlanacaq. Komissarın bildirdiyinə görə, o, "Türk axını" layihəsinin detallarını bilmir və ümumiyyətlə, bu layihədən təəccüblənib.
Maroş Şeftsoviç deyib ki, Rusiyanın Türkiyə-Yunanıstan sərhədindən Mərkəzi Avropa ölkələrinə yeni qaz kəməri çəkilməli olduğu haqda şərtini indi eşidib və bu məsələyə şərh vermək imkanında deyil: "Biz bu haqda indi eşidirik. Mən energetika naziri Novaka dedim ki, Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrinin iştirakı ilə toplantı keçirib enerji planını müzakirə etmək lazımdır. Əlbəttə, bizim hesablamalarımız Azərbaycandan qazın Türkiyə və Yunanıstan üzərindən nəqlini, daha sonra şimala istiqamət almasını nəzərdə tutan "Cənub qaz dəhlizi"nədir". Xatırladaq ki, söhbət burada TANAP və TAP kəmərlərindən gedir. 16 miyard dollar dəyərində olan "Cənub Axını"nın yerinə Azərbaycandan İtaliyaya uzanacaq TAP Avropa üçün prioritet sayılır. Artıq bunların nəticəsi olaraq Avropa üçün mühüm əhəmiyyətə malik olan "Cənub Qaz Dəhlizi"nin əsası qoyulub. Bu marşrut üzrə ilkin mərhələdə "Şahdəniz" yatağından Azərbaycan qazının nəql olunacağına baxmayaraq, bu marşrut gələcəkdə Mərkəzi Asiya və İranın enerji daşıyıcılarının Avropaya tədarükü üçün vacib yola çevrilə bilər.
Yeni marşrut, ilk növbədə, Avropaya qaz tədarükləri mənbələrini şaxələndirməyə, özü üçün yeni alternativ marşrutlar açmağa imkan verəcək.
Hazırda Avropa üçün əsas qaz mənbələrindən biri Mərkəzi Asiya ola bilər. Qeyd olunan xüsusda Avropa üçün digər perspektivli marşrut isə qazla zəngin olan Mərkəzi Asiya regionundan enerji daşıyıcılarının Xəzər və Azərbaycan ərazisilə nəqlidir. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ