Yəməndə İran tərəfdarı Husilər paytaxt Sanada nəzarəti ələ keçirərək Ər-Riyadın dəstəklədiyi prezident Hadini ev həbsinə alıb. Baki-xeber.com xəbər verir ki, Hadinin Husilərin tələblərinə boyun əyməsilə razılaşma əldə edilib.
«Əl-Qaidə» və Yəmən «İhvan»ı İslah Partiyasına də savaş açan Husilər Qərbdən da səssiz dəstək alır. Paris hücumlarını həyata keçirən Kuaşi qardaşlarının Yəmən «Əl-Qaidə»si adına hərəkət etdiklərini açıqladıqdan sonra gözlərin çevrildiyi ölkədə, son bir həftə ərzində «İran çevrilişi» reallaşdı. Dövlət başçısı Abdrabbuh Mənsur Hadini sarayında ev həbsinə məhkum edən İran tərəfdarı Husilər dünən rəhbərliklə razılaşma əldə edib.
Əl-Riyad və Tehranın regional rəqabət meydanına çevrilən Yəməndə, İran tərəfdarı şiə Ensarullah Hərəkatı (Husilər) dünən paytaxt Sana da daxil olmaqla iki şəhər xaricində bütün ölkədə nəzarəti ələ keçirib. Husilər dövlət başçısı Hadini də ev həbsinə alıb. Günboyu davam edən danışıqlar nəticəsində Hadi Husilərin tələblərini qəbul etmək məcburiyyətində qalıb.
Razılaşma Konstitusiya layihəsində dəyişikliyə gedilməsi, Barış və Milli Tərəfdaşlıq müqaviləsinin həyata keçirilməsi və təhlükəsizliklə bağlı problemlərin aradan qaldırılması mövzularını ehtiva edir. Yəmən prezidenti Husilərin dövlət təşkilatlarında işləmək haqqı olduğunu bildirib. Husilərin də paytaxtdakı hərbi qüvvələrini geri çəkməklə bağlı təminat verdiyi bildirilir.