Bazar günü günü, 29 noyabr 2026
     

ABŞ-Rusiya düşmənçiliyi dərinləşir

Image


Hərbi güc baxımından dünyanın öndə gələn iki dövləti olaraq qəbul edilən ABŞ və Rusiya arasında münasibətlər getdikcə daha gərgin xarakter alır. Tərəflər getdikcə daha açıq şəkildə bir-birini qəbul etmədiyini açıq şəkildə meydana qoyur. Real vəziyyət isə onu göstərir ki, ABŞ Qərb dövlətlərini öz ətrafında səfərbər edərək Rusiyanı daha çox iqtisadi cəhətdən çökdürmək taktikasını davam etdirmək niyyətindədir.
Moskva isə hərbi sferada öz gücünü daha çox nümayiş etdirməyə üstünlük verir.
Belə bir vaxtda ABŞ prezidenti Barak Obama yenidən Moskvanı Ukraynanı işğal etməkdə ittiham edərək, Rusiyanın beynəlxalq arenada təcrid olunduğunu və iqtisadiyyatının param-parça olduğunu qeyd edib: "Biz Amerika gücünün və diplomatiyasının təsirini nümayiş etdiririk. Böyük ölkələr kiçik ölkələrə hücum edə bilməz, biz bu prinsipi dəstəkləyirik. Biz Rusiya təcavüzkarlığına qarşı Ukrayna demokratiyasını dəstəkləyirik və NATO-dakı müttəfiqlərimizə zəmanət veririk". Obama Konqresdə çıxışı zamanı bu xüsusda daha sonra deyib: "Ötən il biz müttəfiqlərimizlə birlikdə sanksiyaların tətbiq edilməsi üzərində çalışarkən bəziləri cənab Putinin təcavüzkarlığının bacarıqlı güc və strategiyanın bir nümunəsi olduğunu güman edirdi. Bu gün isə Amerika güclü və müttəfiqləri ilə əlbir olduğu halda, Rusiya təcrid vəziyyətində, iqtisadiyyatı isə param-parçadır".
ABŞ-ın ittihamları və mövqe üstünlüyü ilə razılaşmayan Rusiya qalib olduğunu göstərmək üçün Ukraynada hərbi fəaliyyətini daha da gücləndirib. Hadisələr bu qənaətə gəlməyə əsas verir ki, Kremlin əsas niyyəti Qərbi hərbi güc hesabına, ümumiyyətlə, Ukraynadan vurub çıxarmaqdır. Bunun üçün Moskva separatçıların əli ilə hətta Kiyevə də hücum təşkil edə biləcəyinə dair açıq mesajlar verir. Qondarma Donetsk Xalq Respublikasının lideri Aleksandr Zaxarçenkonun Ukrayna prezidenti Petro Poroşenkoya belə bir vaxtda yayılan müraciəti təsadüfi sayılmır. Zaxarçenko Ukraynanın paytaxtı Kiyevə iddialarını bəyan edib: "Mən Poroşenkoya səslənirəm. Hər dəfə, biz istənilən yaşayış məskəninə girəndə mən sənin iqamətgahına neçə kilometr qaldığını bildirəcəm. Və bizim səninlə görüşümüz qaçılmazdır". Bununla yanaşı o da məlum olub ki, Ukrayna ilə sərhədə 50 mindən çox Rusiya hərbçisi cəmlənib. Ukrayna daxili işlər nazirinin müşaviri Zoran Şkiryak məsələ ilə bağlı qeyd edib: "Bu gün Ukrayna ilə sərhədə Rusiya ordusunun 50 000-dən çox əsgəri, minlərlə zirehli texnikası, yüzlərlə hərbi təyyarəsi cəmlənib. Bundan başqa, desantçılar və xüsusi təyinatlı qüvvələrin müxtəlif bölmələri, həmçinin ağır artilleriya və zenit-raket kompleksləri yerləşdirilib".
Maraqlıdır ki, bunlar fonunda Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna böhranı ilə əlaqədar Qazaxıstanda keçirilməsi planlaşdırılan sülh danışıqları ertələnə bilər. Peskov Ukrayna hökumətini ölkənin şərqində döyüşləri yenidən intensivləşdirməkdə ittiham edib: "Rəsmi Kiyevin bu addımı sülh danışıqlarını ertələyə bilər. Ukraynanın şərqində döyüşlərin yenidən başlaması rəsmi Kiyev üçün çox pis nəticələr verə bilər. Döyüşlərin başlaması sülh danışıqlarını baltalayır". Ukrayna da Rusiya qüvvələri ilə ağır döyüşlərin qaçılmaz olduğunu bildirir. Bu səbəbdən orduya çağırılanların sayı artır. Poroşekonun bu günlərdə imzaladığı fərman da artıq yanvarın 20-də parlamentin mətbu orqanı olan "Ukraynanın səsi" qəzetində dərc olunaraq qüvvəyə minib. Fərmana görə, səfərbərlik 3 mərhələdə həyata keçiriləcək və ümumilikdə 210 gün çəkəcək. Orduya 20-27 yaş arası kişilər çağırılacaq. 2015-ci ildə 100 minə yaxın əsgər səfərbər ediləcək. Hakim dairələr bunun səbəbini Rusiya tərəfindən Ukraynanın ərazi bütövlüyünə təhlükə olması ilə izah edir. Qərbdə hesab olunur ki, Ukraynaya edilən yardım artırılmasa, Rusiya burada tək Ukraynaya yox, bütövlükdə Qərbə qalib gələcək. Belə vəziyyət isə ABŞ-ı qane etmir. Buna görə, Ukraynaya edilən Amerika hərbi yardımlarının artırılması gözlənir. Rusiyada isə bütün bunlara sərt reaksiya verilir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Arqumentı i faktı" qəzetinə müsahibəsində deyib ki, Qərb Rusiyanı çökdürmək, prezident Vladimir Putini devirmək istəyir. Peskov Qərbin Rusiyadan heç vaxt əl çəkməyəcəyini deyib: "Hətta Donbasdakı münaqişə həll olunsa da. Məsələ Krımda və Ukraynada deyil".
Putinin sözçüsü deyib ki, Rusiya Donbasdakı münaqişənin dayandırılması üçün əlindən gələni edir, Ukrayna iqtisadiyyatına kömək göstərir, daş kömür, elektrik enerjisi verir. Ölkənin cənub-şərqində fəlakətli duruma düşmüş insanlara isə humanitar yardım karvanları göndərir. "Biz bu insanları taleyin ümidinə buraxa bilmərik".
Peskovun sözlərinə görə, Qərb Ukraynadakı münaqişənin tərəfi kimi Putini göstərmək istəyir, onu beynəlxalq siyasətdən təcrid etməyə, Rusiyanı iqtisadi baxımdan boğmağa və Putinin devrilməsinə nail olmağa çalışır: "Üstəlik ondan tələb edirlər ki, qonşu ölkədəki münaqişəni də nizama salsın".





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ