Pakistandakı İŞİD yaraqlılarının başçısı olduğu bildirilən Yusuf əl Sələfi, ölkənin şərqindəki Lahor şəhərində həbs edilib.
Baki-xeber.com xəbər verir ki, bununla bağlı «Reuters»ə açıqlama verən mənbə, əl Sələfinin Suriyadan keçərkən tutulduğunu, ancaq sonra qaçmağı bacardığını bildirib. Beş ay əvvəl isə Pakistana gedərək İŞİD-i qurub.
Mənbə Pakistan əslli suriyalı əl Sələfinin cinayət ortaqlarından Hafiz Tayyipin Lahorda imamlıq etdiyini və Pakistandan İŞİD-ə üzv edib Suriyaya göndərdiyi hər yaraqlıya görə təşkilatdan 600 dollar aldığını iddia edib.
Üç ayrı kəşfiyyat qaynağının «Reuters»ə verdiyi məlumata görə, Lahorda həbs edilən əl Sələfi, təhlükəsizlik qüvvələrinə verdiyi ifadədə İŞİD-in Pakistandakı nümayəndəsi olduğunu etiraf edib.